Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası



Yüklə 76,19 Kb.
səhifə2/5
tarix28.04.2023
ölçüsü76,19 Kb.
#103971
1   2   3   4   5
Perviz az dili (2)

Mühazirə ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur. Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentin söylədiyi mühazirə bu nitqə ən gözəl nümunədir. Mühazirə zamanı danışana yerindən sual verilə bilər. Bu zaman o, suallara yerindəcə və ya nitqin sonunda cavab verə bilər.
Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqdir. Məruzənin bir neçə növü vardır: hesabat məruzəsi, elmi məruzə, siyasi məruzə. Məruzə digər nitq növləri kimi üç hissədən- giriş, əsas hissə və nəticədən ibarət olur. Əvvəlcə məsələnin əhəmiyyətindən, aktuallığından, məqsədə çatmaq üçün hansı yol və üsullardan istifadə edildiyi, görülən işin məzmunu göstərilir, münasibət bildirilir, araşdırmalara yekun vurulur. Sonda məruzə müzakirə edilir, təkliflər verilir.
Çıxış yığıncaq, müşavirə, nümayiş və konfranslarda edilən məruzə ətrafında dinləyicinin öz fikrini, münasibətini bildirməsidir. Çıxış elmi, siyasi və ictimai xarakterdə ola bilər. Çıxış yığcam olmalı, mövzudan kənara çıxılmamalı, ardıcıl, rabitəli və aydın olmalıdır, loru, nalayiq sözlər işlədilməməlidir.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Yazılı akademik nitqə tezis, məqalə, dissertasiya və s. aid etmək olar. Akademik yazı elmin və təhsilin ayrılmaz atributlarından biridir. Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində akademik ünsiyyət standartlarından istifadə olunur. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq dünya elm sisteminə inteqrasiya etmək, orada qəbul olunmuş standartları mənimsəmək deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması vardır. Həmin standartlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir.Beynəlxalq yazı qaydaları akademik ünsiyyəti asanlaşdırır,oxunu sadələşdirir.Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, lazım olan informasiyanı tapmaq asan olur.
Akademik yazını digər yazı növlərindən fərqləndirən xüsusiyyətlərə nəzər salsaq, görərik ki, bu yazıda konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar. Akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Akademik yazı ilə digər yazı janrları arasında ikinci fərq isə nəşr edilmiş yazılardan gətirilən sitatlarla bağlıdır. Əgər akademik yazıda hər hansı bir arqument irəli sürülürsə,həmin fikir mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirilməlidir. Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu və ya digər ideyalardan öz yazı işinizdə istifadə etdiyinizi göstərir. Akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır. Bu qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.
Üçüncüsü, akademik yazıda hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl edilməlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.

Yüklə 76,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin