Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
SƏRBƏST İŞ
İxtisas : Beynəlxalq münasibətlər
Qrup : 221
Kurs: I
Fənn : Beynəlxalq münasibətlər tarixi
Müəllim : İlahə Ömərova
Tələbə : Lalə Qurbanova
Mövzu : Burjua inqilabı dövründə İngiltərə diplomatiyası və Oliver Kromvelin xarici siyasəti
Bakı-2022
Plan
1.İngiltərə burjua inqilabının başlanması və səbəbləri.............................2
2. İnqilab dövründə İngiltərədə daxili vəziyyət…….................................4 3. Oliver Kromvelin protektorluğu.............................................................5 4. İngiltərə burjua inqilabı dövründə beynəlxalq münasibətlər..............7 5. Ədəbiyyat siyahısı……………………………………………………….8
Plan 1 : İngiltərə burjua inqilabının başlanması və səbəbləri XVII əsrin ikinci rübündə İngiltərə feodal ölkəsi idi. Lakin iqtisadiyyattədricən inkişaf edir, manufakturaların sayı artırdı. Aparıcı sahə mahud sənayesi idi. Şəhərdə sex məhdudiyyətləri olduğuüçün manufakturalar daha çox kənd yerlərində açılırdı. Öz maraq və məşğuliyyətinə görə burjuaziyaya bənzəyən yeni zadəganların sayı cənub-şərqdə daha sürətlə artırdı. Onlar təsərrüfatlarındamuzdlu əmək tətbiq etməyə başlamışdılar. Fermer təsərrüfatı inkişaf edirdi. İngiltərənin şimalında isə zadəganlarköhnə qaydada yaşayır və əsas gəlirlərini kəndlilərin ödədikləri töycülərhesabına əldə edirdilər. İngiltərədə təhkimçilik yox idi.Torpağın mülkiyyətçisi kral hesab olunurdu. Hələ XVI əsrdə İngiltərə katolik kilsəsindən çıxmışdı və burada kilsə anqlikan kilsəsi adlanırdı. Anqlikan kilsəsinə Roma papası deyil, kral başçılıq edirdi. Xalq kütlələri, yeni zadəganlar və burjuaziya arasında puritan təriqətiyaranırdı. Puritanlar dəbdəbəli mərasimlərin və din xadimlərinin sərvət toplamalarının əleyhinə çıxır, kilsəni "israfçılıqdan təmizləmək" istəyirdilər.
1603-cü ildə hakimiyyətə gələn yeni sülalənin – Stüartların nümayəndəsi I Yakov (1603-1625) və onun varisi I Karl vergilərin müəyyən edilməsi hüququnun parlamentə məxsus olmasını istəmirdilər. I Karl 1629-cu ildə parlamenti buraxdı. Beləliklə, mütləqiyyət bərqərar oldu.1640-cı ilin əvvəlində kralın özbaşınalığına qarşı narazılıq gücləndi.İnqilabi şərait yetişdi.
İnqilabın əsas səbəbi qeyri-məhdud kral hakimiyyəti və feodalqaydalarının mövcudluğu idi. İnqilabın qarşısında duran əsas vəzifə mütləqiyyəti və digər feodal qaydalarını ləğv etmək idi. Yeni vergilər təyin etmək ümidi ilə I Karl 1640-cı ildə parlament çağırdı və bu parlament 1653-cü ilə qədər mövcud olduğu üçün"Uzunmüddətli parlament" adlandı. Bu, əslində, inqilabın başlanması demək idi. Həmin inqilab burjua xarakteri daşıyırdı, çünki o, feodalizmi kapitalizm quruluşu ilə əvəz etməli idi.
Yeni parlamentin icmalar palatasında kralın əleyhinə olan puritanlar sayca çoxluq təşkil edirdilər. Parlamentin qəbul etdiyi yeni qaydalara görə:
1. Ulduzlu palata və Ali komissiya ləğv edildi.
2. Kilsə məhkəməsi mülki şəxsləri daha mühakimə edə bilməzdi.
3. Məxfi şuranın Ali məhkəmə hüququ ləğv olundu.
4. Həbs olunmuş puritanlar azad edildilər.
5. Mətbuat azadlığı tətbiq olundu və yepiskop senzurası ləğv edildi.
6. İcmalar palatası yalnız özü-özünü buraxa bilərdi.
I Kral uzunmüddətli parlamentin həyata keçirdiyi islahatlarla razılaşmayaraq icmalar palatasının beş nəfər deputatını həbs etmək barədə göstəriş verdi. Bu xəbərdən qəzəblənən xalq parlamentin müdafiəsinə qalxdı. Odur ki, kral deputatları həbs etdirə bilmədi. Belə olduqda I Karl 1642-ci ilin avqustunda parlamentə müharibə elan etdi. 1642-ci ilin avqustunda I Karlın parlamentə müharibə elan etməsi ilə İngiltərədə vətəndaş müharibəsi başlandı. İngiltərədə vətəndaş müharibəsi dövrünə aiddir:
1642-1646-cı illərdə Kralla parlament arasında baş vermiş müharibədə kralın tərəfdarlarını kavalerlər, parlament tərəfdarlarını isə girdəbaşlar adlandırırdılar.
Müharibənin əvvəlində kral ordusu parlament ordusunu məğlub etdi.
Tezliklə parlament müttəfiq kimi Şotlandiya ilə birləşərək kral ordusu məğlub etdi.
Kromvelə general rütbəsi verildi və parlament ordusunun başçısı təyin edildi.
1645-ci ildə İcmalar palatası - Oliver Kromvelə yeni tipli ordu təşkil etməyi tapşırdı.
1645-ci ildə Neyzbi kəndi yaxınlığında döyüşdə parlament ordusu kralın başlıca qüvvələrini darmadağın etdi və vətəndaş müharibəsinin taleyi həll olundu.
Məğlub olan I Karl Şotlandiyaya qaçsada, şotlandlar böyük məbləğdə pul alaraq onu İngiltərə parlamentinə təslim etdilər.
1646-cı il iyununda İngiltərədə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı. Müharibə nəticəsində ölkədə bütün siyasi hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçdi.