Levellerlər («bərabərçilər») hərəkatı İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Lilbernin tərəfdarlarını levellerlər («bərabərçilər») adlandırırdılar. Vətəndaş müharibəsi ölkəni sarsıtdı, özü ilə aclıq və fəlakət gətirdi. Belə çətin zamanda Levellerlər ordu hissələrinə müraciət edərək, onları üsyanan çağırdılar. Levellerlər krala və aristokratlara, parlamentin aristokratlardan təşkil olunmuş lordlar palatasına qarşı idilər. Levellerlər aşağıdakı tələblər irəli sürürdülər:
Respublika yaradılmasını.
Lordlar palatasının ləğv edilməsini.
Seçki hüququnun verilməsində dəyişikliklər edilməsini.
Qanun qarşısında hər kəsin bərabərlik və din azadlığını.
Lakin levellerlərin qaldırdığı qiyam yatırıldı. Qiyam başçıları edam olundular. Bundan sonra levellerlər siyasi yazılar çap etməklə mübarizə aparsalar da hərəkat zəifləyib təsirini itirdi.
Diggerlər («həqiqi levellerlər») hərəkatı 1649-cu ildə İngiltərədə kənd yoxsulları arasında diggerlər hərəkatı yayıldı. Diggerlər özlərini «həqiqi levellerlər» («həqiqi bərabərçilər») adlandırırdılar. Diggerlərin ideoloqu Cerard Uinstenli idi. Diggerlər levellerlərədən fərqli olaraq təkcə siyasi bərabərlik deyil, iqtisadi bərabərlik də tələb edirdilər. Diggerlər xüsusi mülkiyyətin əleyhinə idilər. Torpaq sahibliyinə qarşı çıxan diggerlər dinc yolla mübarizə aparırdılar. Onlar icma torpaqlarını belləyir və bütün yoxsulları onlara qoşulmağa çağırırdılar. Diggerlər bu yolla çoxlu tərəfdar toplamağa və xüsusi mülkiyyət olmayan bir cəmiyyət qurmağa ümid edirdilər. Lakin diggerlər də istədiklərinə nail ola bilmədilər. Respublika kasıbların bu dinc hərəkatı da amansızlıqla yatırdı.
Prayd təmizləməsi İngiltərənin Respublika elan edilməsi Parlamentdə sütünlük təşkil edən iri mülkədarlar kral hakimiyyətinin saxlanılmasının tərəfdarı idilər. Lakin, 1648-ci ildə polkovnik Prayd öz tərəfdarları ilə birlikdə kral tərəfdarı olan deputatları parlament binasına buraxmadı. Bu hadisə İngiltərə tarixində «Prayd təmizləməsi» adlandı. «Prayd təmizləməsi» hadisəsindən sonra kral əleyhdarları parlamentdə üstünlük qazandılar. Vətəndaş müharibəsindən sonra ordu kralın edam edilməsini tələb edirdi. Odur ki, Oliver Kromvel xalqın təzyiqilə monarxiyanı ləğv etməyə məcbur oldu. 1649-cu il, yanvarın 30-da I Karl edam olundu. Parlament 1649-cu ilin martında Kral hakimiyyətini və Lordlar palatasını ləğv etdi. 1649-cu ilin mayında isə:
İngiltərə respublika elan olundu.
Hakimiyyət Kromvel başda olmaqla parlamentin əlinə keçdi. İngiltərədə respublika cəmi 4 il (1649-1653) mövcud oldu, 1653-cü ildə Kromvel respublikaya son qoydu.