Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Plan 4: İngiltərə burjua inqilabı dövründə beynəlxalq münasibətlər



Yüklə 168,22 Kb.
səhifə4/4
tarix13.05.2023
ölçüsü168,22 Kb.
#112842
1   2   3   4
Burjua inqilabi

Plan 4: İngiltərə burjua inqilabı dövründə beynəlxalq münasibətlər
XVII əsrin 40-cı illərində İngiltərə əsasən aqrar ölkəsi olaraq qalırdı.Monufakturalar meydana gəlir,xarici ticarət intensiv inkişaf edir,yeni müstəmləkələr meydana gəlirdi.1600-cü ildə Ost-Hind,1606-cı ildə iki Virginiya,1614-cü ildə Avanturist tacirlər xarici ticarət kompaniyaları meydana gəldi.
İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründəİngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu. Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitə İngiltərənin maraqlarına toxunurdu. Lakin “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı.Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzindəİngiltərənin xarici siyasətində kredo olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.
Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu. İngiltərədə yeni və köhnə rejim arasında mübarizə kralla parlament arasında mübarizədə təzahür edirdi. Parlament müxalifətinin görkəmli nümayəndələri Q.Hempdon, Pim, C.Eliton, E.Kok və başqaları idi (İngiltərə parlamentinin 500 nümayəndəsi var idi).. Dövrün başlıca tələblərindən biri xarici siyasətin idarə olunmasında parlamentin səlahiyyətlərinin artırılmasindan ibarət idi. Yeni təsis olunmuş agent vəşirkətlər bütün imtiyazları əldə etməyə çalışırdılar və bu məqsədlə hakimiyyəyə təsir göstərirdilər. İngiltərədə daxili vəziyyətə gərginlik gətirən problemlərdən biri də formalaşmışənənəyəəsasən fəal xarici siyasət yeritmək üçün daxili vergilərin artırılmasının bilavasitə parlamentdən asılılığı məsələsi idi.

Ədəbiyyat siyahısı


1.Dünya XVII əsrin II yarısı-XVIII əsrdə
2.Ангилиская буржуазия революция.XVII в.1954
3. Anar İsayev-Tarix.Dərs vəsaiti


Yüklə 168,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin