Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Plan 3 : Oliver Kromvelin protektorluğu



Yüklə 168,22 Kb.
səhifə3/4
tarix13.05.2023
ölçüsü168,22 Kb.
#112842
1   2   3   4
Burjua inqilabi

Plan 3 : Oliver Kromvelin protektorluğu
Müharibənin gedişində Oliver Kromvelin (1599-1658) hərbi istedadı parladı. Orta zadəgan ailəsində doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644-­cü ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı.  Baş komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Neyzbi döyüşündə parlament ordusu tam qələbə çaldı. ngiltərədə vətəndaş müharibəsi dövründə Fransanın buradakı səfiri Karulle vəİspaniyanın səfiri Don Allon Karden Kromveli öz tərəfinə çəkmək üçün öz xidmətlərini təklif edirdilər. Fransanın adı Kromvelin imzaladığı Naviqasiya Aktında öz əksini tapmışdı. Aktda öz əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı vardı. Kromvel İspan səfirinin qardaşını özünü yaxşı aparmadığına görə camaat qarşısında edam etdirmişdi.1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə ciddi təsir göstərdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları royalistlərin də puritanlar kimi, Avropaya və Amerikaya axını başladı.
1648-ci ilin fevralında cəmi üç ay davam edən II vətəndaş müharibəsi başladı. Kromvel dərhal genişlənməkdə olan hadisələrə reaksiya verdi və parlament ordusu avqustda Preeton yaxınlığında royalistlərin vəşotlandların birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharbə başa çatdı. Kromvelin kralın edam edilməsi ilə bağlə təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenti prestveterianlardan təmizləmək üçün 1647-ci il 6 avqustda və 1648-ci il 5 dekabrda sayı 140 nəfərə çatan presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə «Prayd təmizlənməsi» adı ilə daxil oldu.
Kromvel Hollandiyadan İngiltərəyə ilhaq olunmağı tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən dəİngiltərəyə də imkan yaradılmasını tələb edirdi.  Uzun sürən danışıqlardan sonra 1655-ci ildə Fransa ilə müqavilə bağlandı. Çünki kardinal Mazerini Kromvelə pul, edan olunmuş kralın ailəsini və ittifaq təklif etmişdi. Müqvilə hər iki ölkənin Avropa siyasətində ziddiyyətlərin yumşalmasına, İspaniya və Niderlanda qarşı isə birgə siyasətin yeridilməsinə imkan verirdi.
İngiltərə ilə fəal rəqabət aparan Hollandiyanı sıradan çıxarmaq üçün Kromvel Naviqasiya Aktı adlı sənəd imzaladı (1651-ci il 5 avqust). Sənədə görə, İngiltərəyə mallar ancaq ingilis gəmilərində və adı akta düşmüş ölkələrdən gətirilə bilərdi. Hollandiyanın aktdan ciddi narazılığı 1652-54-cü illər ingilis-holland müharibəsinə gətirib çıxardı ki, bu müharibədə Hollandiya əzildi və təslim oldu. Sülhün şərtinə görə, Hollandiyanın çoxsaylı ticarət donanması İngiltərə bayrağı altında hərəkət etməli idi.
1651-ci il 5 avqust Naviqasiya Aktından sonra İspaniya ciddi şəkildə narazılıqlarını bildirdi. İspaniyanın Kromveldən Franasaya qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələnməsi iki ölkə arasında münasibətlərin gərginləşməsini şərtləndirdi. 1656-cı ildə İspaniya ilə başlanan müharibə Kromvelin ölümündən sonra qələbə ilə başa çatdı. Qul alverinin mərkəzi olan Yamayka adası İngiltərənin əlinə keçdi. İspaniya Avropa siyasətindən sıxışdırılıb çıxarılmağa başladı. Kromvel 1653-cü illərdə İsveç, Danimarka və Portuqaliya ilə ticarət müqavilələri imzalanmışdı. İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır.


Yüklə 168,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin