Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Biznes Universiteti



Yüklə 81,92 Kb.
səhifə3/7
tarix21.12.2023
ölçüsü81,92 Kb.
#188721
1   2   3   4   5   6   7
Amil Şahbazov - istehsal amilləri və ona olan tələb

Kapital istehsal vasitələridir. Belə şərhin tarixi banisi siyasi iqtisadın klassikləri A.Smit və D.Rikardo olmuşlar. A.Smitə görə kapital toplanmış və maddiləşmiş əməkdir; D.Rikardoya görə isə istehsal vasitələridir. Frans fiziokratlarının fikrincə kapital - torpaqdır.XX əsrin görkəmli iqtisadçıları U.Baumol və A.Blinder yazmışdır: «Kapital - firma, fərd və yaxud bəzi başqa təşkilatların sahib olduğu müəssisə ehtiyatları, avadanlıqlar və digər istehsal resurslarıdır».P.Samuelson və U.Nordhauzun fikrincə «kapital - yeni əmtəələrin istehsalı üçün iqtisadiyyatın yaratdığı uzun müddət istifadə olunan ne'mətlərdən ibarətdir. Bu ne'mətlərə müasir iqtisadiyyatın mənzərəsini təşkil edən də dəzgahlar, bahalı kompüterlər, böyük çəkiclər, yük maşınları, prokat dəzgahlar, binalar və s. daxildir».D.Beqq, S.Fişer və R.Dorabuşa görə «fiziki kapital - başqa nemət və xidmətlər istehsalına sərf olunan ne'mətlər ehtiyatıdır... » C.Robinsonun nöqteyi-nəzərincə «indiki zamanda mövcud olan kapital nemətlər həmin məqamdakı bütün nemətlərdir» Lakin onun fikrincə bütün mövcud olanları kapitala aid etmək olmaz. Məsələn, zibil topası, Kazbek və Elbrus Kapital deyildir. Ne'mətlərin xarakterini müəyyən edən fərqləndirici cəhət onların dəyərinin olmasıdır.
Kapital puldur. S.Fişer, D.Beqq, R.Dornbuş, B.Mints, M.Şvarts, C.Robinson kimi iqtisadçılar israr edirlər ki, kapital «pul məbləği» və «qiymətli kağızlar», həmçinin «maliyyə kapitalı»dır.
Kapital insanın əmtəə və xidmətlər istehsalında istifadə olunan biliyi və təcrübəsi, onun enerjisidir. «İnsan kapital»a gəlirlərin mənbəyi kimi baxılır. İnsanın təhsilinə çəkilən xərclər «insan kapital»a investisiyadır. Bu isə gələcək müəyyən edir. Buraya sağlamlığın saxlanması, ixtisasın yüksəldilməsi və s. xərclər də aiddir. Belə nöqt yi-nəzərə C.Bekker, F.Maxlap və başqaları tərəfdar çıxırlar.
Kapital - vaxtdır. Vaxt, gəlir yaradan sərhəst amildir.
Deməli, qısa yekun vursaq, onda belə qeyd etmək olar:
İstehsal vasitələri
KAPİTAL = İşçi qüvvəsi +Pul
İndi marksist kapital konsepsiyasını nəzərdən keçirək.
K.Marksın fikrincə kapital mürəkkəb anlayışdır. Zahirən o konkret formalarda, yə'ni istehsal vasitələri (sabit kapital), pul (pul kapital), işçi qüvvəsi (dəyişən kapital) və əmtəə kapital şəklində özünü göstərir. Lakin bunlar öz-özlüyündə kapital deyil, istehsal münasibətlərini göstərir. Ona görə kapitalın bir neçə tərifi vardır:
1. «Kapital muzdlu fəhlənin əməyilə yaradılan, öz-özünə artan dəyəridir.»
2. «Kapital bir hərəkətdir, dövran prosesidir ki, bu müxtəlif mərhələlərdən keçir və bunun özündə dövran prosesinin üç müxtəlif forması vardır. Bu, kapitalın pul formasından əmtəə, sonra istehsal, yenidən əmtəə və yenə pul forması alması kimi dəyər formalarının dəyişməsidir. Pul əmtəə forması almasa, kapital ola bilməz».
3. Kapital əşya deyil, müəyyən ictimai münasibətdir ki, əşyada təmsil olunması ona spesifik ictimai xarakter verir.
Həmin konsepsiyaların müqayisəsindən görünür ki, kapitalın tam mahiyyətini yalnız Marksda tapırıq. Belə ki, Marksa görə kapital müxtəlif formalar, o cümlədən adamların ictimai münasibətləri forması kəsb edən hərəkətidir. Bu gün üçün bu, öz məzmununa görə ən tutumlu və daha tam konsepsiyadır.
Əmək nemətləri hazırlanmasına və xidmətlər göstərilməsinə yönəldilən əqli və fiziki fəaliyyətdir. Bu amil cəmiyyətdə adamların
bilavasitə istehsal prosesində çalışan hissəsidir. Bu hissə bəzən «İqtisadi-fəal-əhali» termini şəklində işlədilir ki, bu da yalnız istehsalla məşğul olan əmək qabiliyyətliləri əhatə edir. Onların fəaliyyəti nəticəsində həm iş qüvvəsinin, həm də kapitalın istehlakı prosesi baş verir; məqsədə - istehsalın nəticələrinə nail olunur. Burada insan kapital öz funksiyasını göstərir. Cəmiyyətdə təhsil, peşə tə'limi, istehsal vərdişi, bacarıq, təcrübə və sağlamlıq ilə şərtlənən şəxsi qabiliyyətlərin məcmusu insan kapitalı əmələ gətirir. İnsanın əməyi nə qədər ixtisaslıdırsa, onun kapitalı və ona müvafiq olaraq əldə etdiyi gəlir də, yə'ni əmək haqqı bir o qədər yüksək olur. İndiki vaxtda insan kapitala investisiya qoyuluşu çox faydalıdır və nəinki öz xərcini çıxarır, həm də yüksək səmərə verir.

Yüklə 81,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin