Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2010, №1


Asetİlen və onun İstehsalının ekologİyası



Yüklə 438,5 Kb.
səhifə3/3
tarix07.01.2017
ölçüsü438,5 Kb.
#4994
1   2   3

Asetİlen və onun İstehsalının ekologİyası


K.e.n.R.İ.Hüseynov (Az TU), k.e.n.V.N.məmmədo, (ADAU),

k.e.n.M.İ.Babayev (GREM), elmi işçi N.Q.Nağıyev (GREM)


Molekulunda bir üçqat rabitəsi olan karbohidrogenlərin ilk nümayəndəsi olan asetilen, ilk dəfə 1837-ci ildə ingilis alimi Devi tərəfindən benzolun oksigenli törəmələrinin parçalanmasindan alınmışdır. Təmiz halda asetileni isə fransız alimi Bertlo 1860-cı ildə mis-asetilendən sintez etmişdir.

Hazırda asetileni sənayedə və labora­toriyada metandan, karbohidrogen qazlarından və kalsium-karbiddən alırlar.

Asetilen karbohidrogen qazlarından üç üsulla alınır: oksidləşmə ilə piroliz, piroliz və elektrokrekinq.

Oksidləşmə ilə piroliz sənayedə daha geniş yayılmışdır. bu üsulla asetilenin alınması xammalın qismən yanması hesabına alınan istiliyin nəticəsində karbohidrogenin piroliz olunmasına əsaslanır. Təbii qaz-metan və oksigen ayrılıqda 5000C temperaturadək qızdırılıb qarışdırılır və metan-oksigen qarışığı xüsusi konstruksiyalı reaktora verilir. Karbohidrogenin bir hissəsinin oksidləşməsi nəticəsində reaktorda temperatur 1500-18000 C-yədək qalxır. Qazların bu şəraitdə qalma müddəti 0,03-0,008 saniyədir. Reaktordan xaric olan qazlar sonra su ilə 800C-yədək soyudulur. Prosesin avtotermiki şəraitdə işləməsi üçün optimal şərait (O2 : CH4 = 0,65 : 1) saxlanılır və bu rejimdə asetilenin çıxımı maksimum olur. Qazların tərkibində 8% asetilen, 4,5% metan, 4% CO2, 26% CO, 54,5% hidrogen, 0,2% asetilenin homoloqları, 0,1% benzol və onun homoloqları və s. vardır.




15000C



6CH4 + 4O2 C2H2 + 8H2 + 3CO + CO2 + 3H2O



Elektrokrekinq üsulu ilə həm də qaz, həm də maye karbohidrogen emal olunur. Bu üsulla xammal böyük sürətlə elektrik qövsündən keçirilir və bu zaman onun temperaturu 30000C-yədək qalxır. Piroliz məhsulları içərisinə bilavasitə su püskürməklə 2000C-yədək soyu­dulub, sonrakı emal prosesinə verilir. Reaksiya məhsullarının tərkibində 16% asetilen, 7% etilen, 17% metan, 50% hidrogen və s. (CO, N2 və s.) karbohidrogenlər vardır.

Reaksiya qazlarının tərkibində alınma üsulundan asılı olaraq asetilenin miqdarı 8-30% arasında dəyişir. Asetilenin bu qazlardan ayrılıb təmızlənməsi üçün adsorbsiya üsulundan istifadə edilir. Adsorbent kimi su, dimetilformamid, N-metilpirrolidon, metanol, kerosin və aseton işlədilir.

Kalsium-karbid üsulu daha köhnə üsuldur; kalsium-karbidin su ilə təsir reaksiyasına əsaslanır.




CaC2 + 2H2O C2H2 + Ca(OH)2



Kalsium-karbid öz növbəsində 2500-30000C temperaturda koks və kalsium oksidin elektrik sobalarında birləşməsindən alınır.




CaO + 3C CaC2 + CO




Hesablanmışdır ki, 1 kq təmiz CaO-nun tam parçalanması üçün 0,562 kq su tələb olunur, nəticədə 380 litr asetilen ayrılır. Praktikada isə asetilenin çıxımı 230-300 litr olur. Kalsium-karbiddən alınan asetilenin təmizliyi 99,5%-ə (həcm) çatır və onun tərkibində NH3, PH3, H2S, CH4 və s. mikroqarışıqlar olur. Belə halda asetilen sintez üçün yaramır. Ona görə bu qazlar su və ya digər qələvi məhlulları ilə yuyulub qarışıqlardan təmizlənməlidir.

Asetilen zəif efir iyli rəngsiz qazdır, - 83,80C-də maye hala keçir. Adi şəraitdə bir litr suda bir litr C2H2 həll olur. Asetilen asetonda, benzində, spirtdə, dimetilformamiddə və digər üzvi həlledicilərdə yaxşı həll olur. Kimyəvi cəhətcə çox aktivdir. Üçqat rabitəsi hesabına müxtəlif birləşmə reaksiyalarına daxil olur. Hidrogen atomlarını metallarla (Cu, Ag və s.) əvəz edə bilir, partlayıcı xassələrə malik asetilenidlər əmələ gətirir. Asetilenin özü də partlayış təhlükəli maddədir. Hava ilə partlayıcı qarışığının həddi çox genişdir: 2,8 - 100%-dir. Partlayış təhlükəsini azaltmaq üçün onu ınert qazlarla (H2, N2, su buxarı və s.) qarışdırırlar.

Asetilen havada çox parlaq alovla yanır. Ondan yeraltı keçid və tunelləri işıqlandırmaq üçün, mayaqlarda işıq mənbəyi kimi istifadə edilir. Asetilenin istiliktörətmə qabiliyyəti də çox yüksəkdir. Oksigen-asetilen alovunun temperatu- ru 31500C-yədək çatır. Bu qarışıqdan metalların qaynaq edilməsində istifadə edilir (müqayisə üçün deyək ki, elektrik qövsünün temperaturu 30000C-dir).

Təmiz asetilen zəif narkotikdir. Tərkibində həmişə cüzi miqdarda zəhərli maddələr olduğundan o, zəhərlidir, (qəbul olunan qatılıq 0,5% mq/1-dir). Təbabətdə narsilen adlanan qarışığı işlədilir.

Asetilenin son dərəcə yüksək kimyəvi xüsusiyyətləri sintez sənayesinin inkişaf etməsinə səbəb olmuşdur. Prinsip etibarilə texnikada bütün məlum üzvi maddələr asetilenin müxtəlif çevrilmələri vasitəsilə sintez oluna bilər.

Müasir dövrdə sənayedə asetilen əsasında xlorpren kauçuku, vinilxlorid, sirkə turşusu, etil spirti, asetaldehid, akrilonitril, tri - və polixloretılen, vinil asetat və s. maddələrin istehsalı mövcuddur.

XX əsrin 60-cı illərinə qədər asetilendən üzvi sintez sənayesində xammal kimi geniş istifadə edilirdi. Lakin sintez sənayesi üçün daha ucuz və asan başa gələn olefinlər inkişaf etməyə başladıqdan sonra asetilen öz əhəmiyyətini itirmişdir. Asetilenin 1973-cü ildə maksimum istehsal həcmi 4 milyon ton olmuşdur. Hazırda asetilenin istehsal həcmi aşağı düşmüşdür, onun yarıdan çox hissəsi metal kəsmək və qaynaq işlərində istifadə edılır. İstehsal həcminin belə aşağı düşməsi onunla əlaqədardır ki, asetilenin istehsalı böyük enerji və çox xammal tələb edir, prosesin f.i.ə. aşağı, eklogiyaya mənfi təsiri isə böyükdür.

Mütəxəssislərin fikrincə, asetilenə maraq yaxın gələcəkdə arta bilir. Bu, bir tərəfdən maye karbohidrogenlərin (olefinlərin xammal bazası) ehtiyatlarının məhdudluğu ilə, digər tərəfdən asetilen texnologiyasının təkmilləşdirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərlə əlaqədardır. Belə ki, hal-hazırda asetilen istehsalında yaranan əlavə məhsulların və tullantı qazların istiliyinin utilizasiyası hesabına elektrotermiki proseslərin faydalı işini 70%-ə qaldırmaq imkanları vardır. Bundan başqa, etilendən fərqli olaraq asetilen almaq üçün təkcə neft məhsulları deyil, həmçinin daş kömür, koks, karbohidrogen qazları, təkrar neft kimya xammalları istifadə etmək mümkündür. Asetilenin bir üstünlüyü də ondadır ki, o, çox aktiv olduğündan müvafiq sintezlər mülayim şəraitdə və yüksək selektivliklə aparıla bilir. Asetilenin alınmasında külli miqdarda enerji və material ehtiyatları sərf olunur. Ətraf mühitə çoxlu müxtəlif qazlar, çirkab suları, tullantılar, şlam və əhəng südü və s. atılır. Bunların böyük bir qismi utilizasiya edilir və zərərsizləşdirilir. Asetilenin karbohidrogen xammalından alınması zamanı ətraf mühitə asetilen-konsentrat, pıroliz və krekinq qazları, absorbentlə udulmayan digər qazlar da düşə bilər. Əsasən bu qazlar, aqreqatları işə salma vaxtı və texnoloji rejimlər pozulduğu zaman ayrılır. Ayrılan qazlar toksiki və partlayış təhlükəli olduğundan bunları birbaşa atmosferə vermək olmaz. Büna görə tullantı qazlar bir yerə yığılaraq yandırılmaqla zərərsizləşdirilir.

Asetilen istehsalında yaranan çirkab suların tərkibində ona codluq verən duzlar, qurum, fenol, naftalin birləşmələri, çoxatomlu spirtlər və s. vardır. Belə suların birbaşa su hövzələrinə verilməsi qadağandır. Buna görə də asetilen istehsalında müstəqil qapalı dövrü su sistemi mövcuddur. Bu sistemlərdə çirkab sular durulaşdırılır, süzülür, qazsızlaşdırılır, soyudulur və beləliklə, təmizlənmiş su istehsala qaytarılır. Codluğun səviyyəsini normada saxlamaq məqsədilə təmizlənmiş suyun müəyyən hissəsi vaxtaşırı sistemdən ğötürülüb bioloji təmizləmə stansiyalarına ötürülür. Üzvi maddələrin qalıqları isə yandırılıb zərərsizləşdirilir.

Sönmüş əhəng və qurum (saja) sənayenin başqa sahələrində istifadə edilir.





ƏDƏBİYYAT
1. Лебедев Н.Н. Химия и технология основного органического и нефтехимического синтеза. М.: Химия, 1981, 605 с.

2. Капкин В.Д., Савинецкая Г.А., Чапурин В.И.. Технология органического синтеза. М.: Химия, 1987, 400 с.

3. Очистка технологических газов. Под редакц. Т.А.Семеновой и И.Л.Тейчеса. М.: Химия, 1977, 488 с.

4. Пиролиз углеводородного сырья. Под редак. Михина Т.Н., Барабанова Н.Л., Бабашова С.Е., М.: Химия, 1987, 249 с.

5. Воронский В.А. Прикладная экология. Ростов на Дону. M.: Наука, 1996, 270 с.

УДК 662.762:577.4
Ацетилен и экология его производства

K.х.н.Р.И.Гусейнов (АТУ), к.х.н.В.И.Мамедов (АГАУ),

к.х.н.М.И.Бабаев (ГРНЦ), н.с.Н.Г.Нагиев (ГРНЦ)

РЕЗЮМЕ
В данной статье рассматриваются способы получения ацетилена, получения его продуктов и влияние их на экологию.
Acetylene and ecology of its production article

R.İ.Khseynov, V.N.Mammadov,

M.İ.Babayev, N.Q.Nağıev

SUMMARU
İn this article are examined the methods of the receiving acetylene, the methods of the getting its products and its impact on ecology.
UOT 634.711
REMONTANT MORUQ SORTLARININ TƏSƏRRÜFAT VƏ İQTİSADİ ÜSTÜNLÜKLƏRİ
A.İ.Quliyev

Azərbaycan Dövlət Aqrar Universiteti


Bioekoloji xüsusiyyətlərinə və aqrobioloji göstəricilərinə, o cümlədən yük­sək məhsul­dar­lığına, meyvələrinin uzun müddətdə istifadəyə yararlığına, kimyəvi tərkibinin zənginliyinə, xəstəlik və zərərvericilərə qarşı münasibətinə görə fərq­lənən qida və müalicəvi əhəmiyyətə malik olan meyvə bitkilərindən biri də adi mo­ruqdur (Rubus idaeus L.). Dünyada bu bitki növünün remontant sortlarının müxtəlif regionlara introduksiyası və geniş sahələrdə becərilməsi istiqamətində mü­hüm elmi-tədqiqat işlərinin aparılmasına baxmayaraq, respublika­mızda bu iş hələ də öz lazımi həllini tapmamışdır. Ona görə də ölkəmizin müxtəlif ərazilə­rinə, o cümlədən Gəncə-Qazax bölgəsinə adi moruğun remontant sortlarının in­troduksiya edilməsi, burada geniş sahələrdə becərilməsi və bazar iqtisadiyyatı şə­raitində yaşayan əhalimizin uzun müddətdə keyfiyyətli qida və müalicəvi əhə­miyyətli, iqtisadi səmərəli və ekoloji cəhətdən təmiz meyvə məhsulu ilə təmin edilməsi günün ən aktual məsələlərindəndir.

Bu qiymətli bitkinin sahələri respub­likamızda gündən-günə böyüməkdədir. Digər meyvə bitkiləri gədər geniş sahələr­də becə­rilməsə də, Yer kürəsində çox müxtəlif torpaq və iqlim şəraiti olan ölkələrdə becərilir. Regi­on­larda pay torpaq­larında, kiçik həyətyanı sahələrdə və digər məqsədli əkin sahələrində moruq bit­kisinin remontant sortlarını becər­məklə vege­tasiya müddətində (VI-XII) olan dövr­də məhsul verməsi əsasında yüksək gəlir əldə etmək olar.

Moruq bitkisinin digər meyvə bitki­lərindən bir sıra üstün iqtisadi, təsərrüfat və aqrobioloji xü­su­siyyətləri vardır:

1.Qışda yarpağını tökən, şaxtayadavamlı yarımkol bitkisidir.

2.Alçaqboylu bitkidir, ona qulluq xeyli asandır [1].

3.Xırda bitki olduğu üçün sahə vahidində daha çox sayda bitki yerləşdirib məhsuldarlığı yüksəltmək müm­kündür.

4.Tez məhsul verir. Əkin ili ərzində əldə olunan məhsulun dəyəri, çəkilən xərcləri ödəyir. 2-3 yaşından tam məhsul verir.

5.Asanlıqla pöhrələrlə, digər vegetativ üsullarla (kolların bölünməsi, bas­ma­larla) artırılır, calağa ehtiyac qalmır.

6.Digər meyvə bitkilərindən fərqli olaraq hər il nəzarə çapmayan fərqlə məhsul verir.

7.Saçaqlı kök sisteminə və kökümsov gövdələrə malik olmaqla maili yer­lərdə torpaq eroziyasının qarşısını alır.

8.Vegetasiya (150-180 gün) ərzində fasiləsiz məhsul verir.

9.Vegetasiya və sükunət dövründə əsaslı budama və forma vermə tələb et­mir, yalnız yayın ortasında sanitar budamaya ehtiyac olur.

10.Xəstəlik və zərərvericilərə davamlıdır.

11.Bir çox torpaq tiplərinə uyğunlaşaraq məhsul verə bilir.

12.Cərgəaralarında güclü kök sisteminə malik olub, əksər alaq növlərinə üstün gəlir.

13.Çox əl əməyi tələb edir, yerlərdə əhali arasında bir məş­gulluq növüdür.

14.Yüksək məhsuldar olub, kiçik sahələrdə də çox gəlir verir.

Bir çox faydalı təsərrüfat-xeyirli bioloji xüsusiyyətlərə malik bu bitkinin yal­nız yı­ğımında çətinlik meydana çıxır ki, bu da ilk növbədə məhsulun eyni vaxt­da ye­tişməməsi ilə əlaqədardır. Son illər avropalı seleksionerlər remontant moruq sort­larının yeni iri giləli sort və hibridlərini əldə etmişlər ki, bu sortlar sahə vahi­dindən alınan məhsulu artırmaqla bərabər yüksək əmtəəlik qabiliyyətinə ma­likdir. Şotlandiyalı alimlər bu sortlardan 240 s/ha məhsul əldə etmişlər [2].

Rus alimləri yerli moruq sortları ilə Avropa sortlarını hibrid­ləşdirərək yerli şəraitə uyğun çoxsaylı sort və hibridlər əldə etmişlər. Əlverişli torpaq-iqlim şə­raitində və müasir aqrotexnolo­giyanın tətbiqi ilə onlar 350 s/ha məhsul əldə et­mişlər [3]. Respublikamızda böyük əl əməyi tələb edən bu sahəni genişlən­dirmək­lə regionlarda əhalinin məşğulluğunu xeyli yaxşılaşdırmaq olar.




ƏDƏBİYYAT
1.Əliyev C.M. Xüsusi meyvəçilik. Kirovabad, AKTİ, 1974, 144 s.

2.Кичин В.И. Крупноплодная малина. Последние достижения селек­ции. WWW.cofe.ru /garden/ articl. asp? heading – 47 & article=10443.

3. Кичин В.И. Крупноплодная малина.. WWW.cofe.ru / garden/ articl. asp? heading – 47 & article=7552
УДК 634.711

Хозяйственно-экономические преимущества ремонтантных сортов малины

Кулиев А.И.

РЕЗЮМЕ
Ценная пищевая и лекарственная культура малина в Азер­байджанской республике каждым годом увеличивает урожайность в отличии от других плодо­вых культур. Малина имеет ряд преимуществ. проблемы проявляются толь­ко в трудоемкости сбора урожая.

Но, при этом длительность периода плодоношения, затрудняющая од­новременный сбор ягод, благоприятно влияет на обеспечение базара про­дук­цией в более продолжительный период.



Farming economical advantages of remontant kinds of raspbеrry

A.İ.Quliyev

SUMMARY
The cultivation of a food and medicinal raspberry in contrast to other fruit crops is growing in the Azerbaijan respublic each year. The difficulties are in the gathering in the harvest.

But at the some time the cluration of the fructification period complicating simul­taneous gathering of berries favorably influences on providing market with producta during longer period.



UOT 634.948: 631.4
DAŞKƏSƏN RAYONU ƏRAZİSİNDƏ YAYILMIŞ DAĞ-MEŞƏ QƏHVƏYİ TORPAQLARIN MÜNBİTLİK GÖSTƏRİCİLƏRİ
Alim-aqronomlar: Z.H.Abdullayeva, H.M.Nəzərova,

magistr S.A. Osmanova

Azərbaycan Dövlət Aqrar Universiteti


Kənd təsərrüfatında davamlı inkişafın birinci və ən mühüm funksiyası qünbəgün artan əhalini qida məhsulları ilə təmin etməkdən ibarətdir. İlk öncə kənd təsərrüfatında davamlı inkişaf bu istehsal sahəsinin resurs potensialının başlıca elementi olan torpaqla bağlıdır. Torpaq resurslarının səmərəli istifadəsi və mühafizəsi problemləri sahəsində bir çox elm mərkəzlərində aparılan tədqiqatlara baxmayaraq, bu gün əkinçiliyin ekolojıləşdirilməsi problemləri tam həll olunmayıb. Bu nöqteyi-nəzərdən Azərbay­canda xırda və pərakəndə torpaq istifadəçiliyi şəraitində torpaqlarımızın münbitliyinin qorun­ması mütəxəssislərin qarşısında duran böyük vəzifədir [1].

1992-ci ildə BMT-nin “Ətraf mühit və inkişaf” üzrə Rio-de-Janeyroda keçirilmiş konfransında bütün dünya ölkələrinə ekoloji tənəzzülün qarşısının alınmasının ümumi strategiyası kimi tövsiyə edilmiş, “davamlı inkişaf”ın konsepsiyası qəbul edilmişdir. Onun əsasını qarşılıqlı bağlılıqda olan iqtisadi, ekoloji və sosial sferaların uzlaşdırılmış idarə olunması ideyası təşkil edir.

Davamlı inkişaf konsepsiyasının aşağıdakı tərifi qəbul edilmişdir:

- cəmiyyətin zəruri ehtiyaclarını ödəyən inkişaf gələcək nəsillərin təlabatlarının ödənilməsinə zərər vurmamaq şərti ilə baş verməlidir.

Bu baxımdan Azərbaycanda Milli Məclis 2008-ci ildə “Ekoloji kənd təsərrüfatı haqqında” qanun gəbul etmiş, onun da əsas məqsədlərinə aşağıda qeyd olunanlar daxil edilmişdir:


  • mikroorqanizmlər, torpaq florası və faunası, bitkilər və heyvanlar da daxil olmaqla əkinçilik sistemində bioloji dövranların stimullaşdırılması və gücləndirilməsi;

  • torpaq münbitliyinin uzunmüddətli saxlanılması və stimullaşdırılması;

  • yerli əkinçilik sistemlərində bərpa olunan resursların mümkün qədər qeniş tətbiqi;

  • üzvi qida maddələrinin qapalı dövran sisteminin yaradılması.

Daşkəsən rayonu Azərbaycanın qərb hissəsində, Şahdağ sıra dağlarının şimal yamacında yerləşir. Rayon faydalı qazıntılarla zənqindir və onları sənaye əhəmiyyətinə görə aşağıdakı qruplara ayırmaq olar:

  1. metallurgiya xammalı - bura Daşkəsən dəmir filizi və Zəylik alunit mədənləri, Xoşbulaq əhəng yataqları, daxildir.

  2. tikinti xammalı - Daşkəsən mərməri

Rayonda torpaq sahələri az olduğu üçün kənd təsərrüfatı məhsullarının artımı yalnız istehsalın intensivləşdirilməsinə əsaslanır. Kartof əkinləri geniş sahələr tutur, tərəvəzçilik inkişaf edir. Rayonda əsas kənd təsərrüfatı sahələrindən biri də heyvandarlıqdır. Təbii otlaqlar və biçənəklərdən istehsal edilən qarışıq yem heyvandarlığın yem bazasını təşkil edir.

Daşkəsən rayonunun ərazisində əsasən dağ-meşə gəhvəyi torpaqlar yayılmışdır. Bu torpaqlar yüksək münbitlyə malik olmaqla, respublika ərazisinin 1212 min hektar sahəsində yayılıb, bu da 14,0% təşkil edir [2].

Torpaq əmələgətirən süxurlar karbonatlı gillərdən, konqlomerantlardan, bərk süxurların delüvial və prolüvial çöküntülərindən ibarətdir. Ana süxurların çox aşınması və gilləşmə prosesi burada daha aydın müşahidə edilir.

Bu torpaqların rəngi gəhvəyi olub, tərkibində çürüntünün çoxluğu və profillərinin gilli olması ilə digər meşə torpaqlarından fərqlənir. Gəhvəyi dağ-meşə torpaqlarında xüsusən karbonatlı illüvial qat daha aydın ifadə olunur [3]. Meşə zonasının gəhvəyi torpaqları 400-500 m-dən 1100 m-ə qədər yüksəkdə, əsasən palıd meşəsi altında (qismən dəmirqara, alçaq boylu kol bitkiləri qarışığı) inkişaf etmişdir. Meşə bitkilərinin tərkibində eyni zamanda müxtəlif kolmeyvəlilər də (zoğal, əzgil, göyəm, və s.) vardır. Meşəaltı bitkilərin tərkibində çoxlu miqdarda taxıl və paxla fəsiləli (o cumlədən çöl noxudu, gülul, barınci) otlar da inkişaf edir.

Ərazinin əksər hissəsi yayı quraq keçən mülayim – isti iqlim və qışı quraq keçən soyuq iqlim tipinə aiddir. Bu iqlim tipləri soyuq quru qışı, sərin yayı ilə səciyyələnir. Rayonun ərazisində ümumu radiasiyanın illik miqdarı 130-145 kkal/sm2, radiasiya balansının illik miqdarı isə 25-40 kkal/sm2-dır (Q.Hacıyev, V.Ə Rəhimov, 1977).

Daşkəsən rayonu ərazisində qəhvəyi dağ-meşə torpaqlarının keyfiyyəti insan fəaliyyəti nəticəsində xeyli dəyişilmişdir. Rayonun ərazi­sində vaxtı ilə aparılmış çöl torpaq tədqiqatları nəticəsində meşə örtüyü və çoxillik becərilən bitkilər (meyvə bağları) altında yayılmış qəhvəyi dağ-meşə torpaqlarının 3 yarım tipi ayrılmışdır:



  1. Tipik tünd qəhvəyi dağ-meşə torpaqları (karbonatlı, yuyulmuş, qalın, orta və yuxa növləri).

  2. Açıq qəhvəyi dağ-meşə torpaqları (karbonatlı, yuyulmuş, qalın və yuxa növləri).

  3. Qəhvəyi bağ- meşə torpaqları (çox qədim vaxtlardan bəri çoxillik meyvə ağacları altında becərilən tünd gəhvəyi və açıq gəhvəyi torpaqlar.)

Qəhvəyi dağ-meşə torpaqlarının kim­yəvi və fiziki mexaniki xassələri.

Qoyulmuş kəsimin hər qatından torpaq nümunəsi götürülmüş, qurudulub analizə hazırlanmışdır. Həmin nümunələrdə termiki üsulla hiqroskopik suyun miqdarı, Tyurin üsulu ilə humusun miqdarı, Şeybler üsulu ilə karbonatların miqdarı, Kaçinski üsulu ilə torpağın qranulometrik tərkibi, torpağın həcm və xüsusi kütləsi təyin edilib, ümumi məsaməliyi hesablanmışdır. Analizin nəticələri cədvəllərdə verilir.



Cədvəl 1

Qəhvəyi dağ meşə torpaqlarının əsas tərkib hissələri

Dərinlik sm

Hiqroskopik su,

%-lə


CaCO3

CO2-yə görə %-lə



Humus, %-lə

0 - 34

3,49

0,25

3,28

34 - 56

3,93

0,34

2,78

56 - 82

4,88

0,43

1,65




1 saylı cədvəldən göründüyü kimi, qəhvəyi dağ-meşə torpaqların üst qatında hiqroskopik suyun miqdarı 3,49% olub, aşağı qatlara getdikcə bir qədər artması müşahidə olunur və 3,49 – 4,88% arasında dəyişir. Karbonatların miqdaı üst qatda 0,25 % olub, profil boyu 0,25 – 0,43 % arasında dəyişir. Humusun miqdarı 0 – 34 sm qatda 3,28%. 34 – 56 sm qatda 2,78 %, 56 – 82 sm qatda 1,65 % olmuşdur.

Cədvəl 2

Gəhvəyi dağ-meşə torpaqlarının qranulometrik tərkibi

Dərinlik

sm


Fraksiyaların ölçüsü mm-lə, miqdarı - %-lə.

1-0,25

0,25-


0,05

0,05-0,01

0,01-0,005

0,005-0,001

<0,001

<0,01

0 – 34

1,22

5,58

29,60

9,20

24,96

23,44

63,60

34 – 56

1,27

1,21

35,64

8,72

19,36

34,40

62,48

56 – 82

0,78

10,42

24,40

11,88

18,96

34,16

64,60




2 saylı cədvəldən göründüyü kimi, üst qatda gil fraksiyasının (<0,01 mm) miqdarı 63,60 %-dir.Qəhvəyi dağ-meşə torpaqlarının gilli olması, şübhəsiz ki, onların mikroaqreqat tərkibinə və strukturuna, kipliyinə təsir göstərir. Qəhvəyi dağ-meşə torpaqlarıın yüngül gilli olması möhkəm topavari-dənəvari və topavari-qozvari strukturu yaradır.

Metodikaya uyğun olaraq götürülmüş torpaq nümunələrində xüsusi və həcm kütləsi təyin edilmiş və bu göstəricilərin əsasında məsaməlik hesablanmışdır. Alınan nəticələr 3 saylı cədvəldə verilir.



Cədvəl 3

Qəhvəyi dağ-meşə torpaqlarının fiziki xassələri

Dərinlik, sm-lə

Xüsusi kütlə, q/sm3

Həcm kütləsi, q/sm3

Məsaməlik, %-lə

0 – 34

2,52

1,22

55,56

34 – 56

2,52

1,31

48,02

56 – 82

2,60

1,43

45,00

3-ci cədvəldən göründüyü kimi, qəhvəyi dağ-mesə torpaqlarının xüsusi və həcm kütləsi 0-34 sm-lik qatda müvafiq olaraq 2,52 q/sm3 və 1,22 q/sm3 olmuşdur, profil boyu alt qatlara getdikcə bu qöstəricilərin artması müşahidə edilir. Üst qatda məsaməlik 55,56 % olub , alt


qatlara getdikcə azalır və profil boyu 55,56 - 45,00% arasında dəyişilir. Üst, humusla zəngin qatda məsaməlik göstəricisi bu torpaqların su-hava rejiminin yaxşı olmasına dəlalət edir, nəticədə bitkilərin kök sisteminin inkişafı və mikroorqanizmlərin fəaliyyəti üçün əlverişli şərait yaranır.


NƏTİCƏ
Daşkəsən rayonu ərazisində yayılmış qəhvəyi dağ-meşə torpaqları yüksək münbitlik göstəricisinə malikdir və bizim apardığımız tədqiqatların nəticəsi aşağıda qeyd olunanları söyləməyə imkan verir:

1. Daşkəsən rayonunun aqroiqlim şəraiti bu ərazidə kartof, taxıl, tərəvəz bitkilərinin becərilməsinə, yüksək və keyfiyyətli məhsul əldə etməyə imkan verir.

2. Rayonun ərazisində yayılmış qəhvəyi dağ-meşə torpaqlarının səthinin orta temperaturu, çoxillik məlumatlara əsasən, aprel ayında 70 olur ki, bu da bitkilərin və torpaq canlılarının inkişafına, bioloji aktivliyin artmasına səbəb olur. Bu proses oktyabr ayına kimi davam edir.

3. Qəhvəyi dağ-meşə torpaqlarının üst 0 – 34 sm-lik qatında humus - 3,28 %, fiziki gil – 63,6 %, məsaməlik isə 55,56 % olmuşdur.

4. Rayonun ərazisi faydalı qazıntılarla zəngin olduğundan və onların hasilatı ilə əlaqədar torpaqların rekultivasiyası məsələləri aktual olaraq qalır. Ərazinin torpaq örtüyünü bərpa etmək, mövcud torpaqların münbitliyini qoruyub saxlamaq və daha da yüksəltmək üçün yamacların bitki örtüyünü bərpa etmək məqsədilə yeni texnoloqiyalardan istifadə etmək günün tələbidir.

5. Yamaclarda səpinin və becərmə aqrotexniki tədbirlərin eninə istiqamətdə aparılmasına riayyət edilməsi vacibdir.

6. Yamaclarda torpaq münbitliyinin yüksəldilməsi üçün qarışıq səpin və çılpaqlaşmış ərazilərdə mütərəqqi ot bitkilərinin səpin üsullarının tədbiqi məqsədə uyğundur.

Yuxarıda qeyd olunanlara riayət edilsə qəhvəyi dağ-meşə torpaqlarının bioloji aktivliyi yüksək olar.


ƏDƏBİYYAT
1. Babayev A.H. Azərbaycanın davamlı inkişafı alternativ olmayan bir yoldur. // Ekoloji k/t-ı, 2007, 7-ci sayı, s.2

2. Məmmədov Q.M. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: Elm, 1998, s.274

3. Гасанов Ш.Г. Генетические особенности и бонитировка почв юго-западного Азербайджана. Баку; Элм, 1978, s . 253.

4. Hacıyev Q.Ə., Rəhimov V.Ə Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. Bakı: Elm, 1977, s.235.


УДК 634.948: 631.4

Показатели плодородия горно-лесных коричневых почв Дашкесанского района

Агрономы: З.Г.Абдуллаева,Х.М.Назарова,

магистр С.А.Османова

РЕЗЮМЕ
Горно-лесные коричневые почвы Дашкесанского района обладают высоким плодородием. Агрохимические показатели этих почв позволяют выращивать картофель, озимые и овощные культуры.

Ввиду того, что на территории района идет выработка полезных ископаемых, рекультивация почв здесь очень актуальна. Для сохранения и улучшения плодородия почв на территории района необходимы мероприятия, направленные на восстановление растительного покрова склонов с использованием новейших технологий посева.


Fertility indices of mountain-forest brown soils of Dashkesan region.

Z.H.Abdullayeva, H.M.Nazarova, S.A.Osmanova

SUMMARY
Mountain-forest brown soils of Dashkesan region are very fertile. The fertility indices of these soils allow us to get high yield from potato, winter and vegetable crops.

In connection with mining works, recultivation of soils is very actual issue in the region. For the purpose of conservation and improvement of soils fertility it is necessary to restoration of plant cover on the slopes using a new planting technology.




Yüklə 438,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin