Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2010, №1



Yüklə 438,5 Kb.
səhifə1/3
tarix07.01.2017
ölçüsü438,5 Kb.
#4994
  1   2   3

ADAU-nun Elmi Əsərləri. Gəncə, 2010, №1




Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti

ADAU-nun 80 illik

yubileyinə həsr edilir

ADAU-nun
ELMİ ƏSƏRLƏRİ

G


ƏNCƏ - 2010, №1




Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09.09.2002-ci il tarixli qərarı, qeydiyyat №48




1972-ci ildən nəşr olunur

(ildə 3 ... 4 sayda buraxılır)



Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının 28.04.2010-cu il tarixli (protokol №EŞ-8/5.23) iclasının qərarı ilə nəşr edilmişdir.
Redaksiya heyəti:
Baş redaktor: M.M.SADIQOV, iqtisad elmləri doktoru, professor, rektor

Baş redaktorun müavini: N.Y.SEYİDƏLİYEV, kənd təsərrüfatı elmləri namizədi, dosent
Redaksiya heyətinin üzvləri:
B.B.ƏLİYEV -professor, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini

Ə.C.MUSAYEV -dosent, Aqrar Elm Mərkəzinin baş direktoru

İ.H.CƏFƏROV -professor əvəzi, tədris işləri üzrə prorektor

H.S.ZEYNALOV -dosent, ümumi işlər üzrə prorektor

M.BABADOS -professor, İllinays Universiteti, ABŞ

V.Ş.QULİYEV -professor

A.H.BABAYEV -professor

Q.Q.ABDULLAYEV -professor

Z.M.HƏSƏNOV -professor

N.N.MƏMMƏDOV -professor

X.H.QURBANOV -professor

M.C.HÜSEYNOV -iqtisad elmləri doktoru, dosent

H.K.FƏTƏLİYEV -professor əvəzi

C.Ə.HACIYEV -dosent

Z.İ.HÜMBƏTOV -dosent

T.B.İSGƏNDƏROV -dosent

F.Ə.NAMAZOV -dosent, məsul katib

C.H.MƏHƏRRƏMOV-beynəlxalq əlaqələr şöbəsinin müdiri

Redaksiya-nəşriyyat şöbəsinin baş redaktoru – F.Ə.NAMAZOV


Redaktor: R.S.Kərimova

Korrektorlar: Q.H.Şahverdiyeva

A.A.Əliyeva

Kompüter operatoru: T.R.İbrahimova

Komputer tərtibatçısı: M.İ.Məmmədov
© ADAU nəşriyyatı, 2010, №1


UOT 331.024.2:331
KƏND ƏHALİSİNİN MƏŞĞULLUQ SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ

Dosent Zeynalov H.S.

ADAU-nun ümumi işlər üzrə prorektoru


2009-cu ilin aprel ayında Azərbaycan res­pub­likasında keçirilmiş əhalinin siyahıya­alınma­sının ilkin nəticələrinə əsasən həmin dövrdə ölkə əhalisnin sayı 8896,9 min nəfər olmuşdur ki, bu­nun da 4078,6 min nəfərini və ya 45,8 faizini kənd əhalisi təşkil etmişdir. Bir çox dünya ölkə­lərində olduğu kimi Azərbaycanda da ümumi əhalinin strukturunda kənd əhalisinin xüsusi çəkisinin aşağı düşməsi prosesi müşahidə olunur. Məsələn, bu göstərici 1897-ci ildə 83,1 faiz, 1913-cü ildə 76,2 faiz, 1939-cu ildə 63,9 faiz, 1959-cu ildə 52,2 faiz, 1990-cı ildə 46,1 faiz, 2000-ci ildə 48,8 faiz və 2008-ci ildə 46,1 faiz təşkil etmişdir [7].

Bu vəziyyətə səbəb olan mühüm amillərdən biri sənaye və digər sahələrdə mənfəət normasının kənd təsərrüfatına nisbətən yüksək olmasıdır. Ona görə də müasir dövrdə urbanizasiya proseslərinin qarşısının alınması, kənddə yoxsulluğun səviyyəsi­nin minimuma endirilməsi və məşğulluq səviyyəsi­nin yüksəl­dilməsi digər məsələlərin həlli ilə yanaşı bütövlükdə kənd təsərrüfatının sürətli inkişafının tələb edir.

Məlumdur ki, yoxsulluğun azaldılmasının mü­hüm ehtiyat mənbələrindən biri məşğul­luqdur. 2000-ci ilin sentyabrında dünyanın əksər ölkələri BMT-də Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləş­dir­miş­lər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsəd­lərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.

Ölkənin sosial-iqtisadi inkişafına yönəl­dilmiş dövlət proqramlarında kənd əhalisinin sosial-iqti­sadi vəziyyətinin yaxşılaş­dırıl­masında, məşğullu­ğu­nun yüksəldilməsində aqrar sahənin inkişaf etdi­ril­məsinin əsas amillərdən biri kimi önə çəkilməsi qeyd olunan məsələnin aktual­lığını özündə əks etdirir. Ümumiyyətlə, bu kimi sənədlərdə öz əksini tapan müddəaların həyata keçirilməsi ölkədə əmək bazarının tənzimlən­məsində dövlət siyasətinin əhəmiyyətini artır­maqla, əhali məşğulluğunun inki­şaf etdiril­məsində bu siyasətin vasitə və istiqa­mət­lərinin formalaşmasında, müvafiq institusional mühi­tin yaradılmasında və təkmilləşdirilməsində mühüm rol oynamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yox­sulluğun azaldılması və davamlı inkişaf Dövlət Proq­ramı”nda göstərilir: “Ölkə əhalisinin təqribən 48%-dən çoxu kənd yerlərində yaşadığına görə kənd təsərrüfatı sektoru ailə təsərrüfatlarının müva­fiq iş yerləri ilə və gəlirlərlə təmin edilməsində mü­hüm mənbədir...kənd yerlərində layiqli məşğulluq və özünüməşğulluq imkanlarının genişləndirilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının vergilərdən azad olunması məsələsinə baxılacaq, kənd təsərrüfatı ilə məşğul olan əhalinin maliyyə-kredit mənbələrindən istifadə imkanları yaxşılaş­dırı­lacaqdır. Təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən ziyanın azaldılması məqsədilə sığorta mexa­nizmi təkmil­ləş­diriləcəkdir” [4].

2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təs­diq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Res­pub­likasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində ər­zaq təminatının yaxşılaşdırılması məqsədilə ilk növbədə ölkədə aqrar sahib­karlığın inkişafı, ev təsərrüfatlarının iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, eyni zamanda yerli ərzaq növlərinin istehlakı və istehsalına üstünlük veril­məsi üçün əhalinin istehlak vərdişlərinin dəyiş­diril­məsi sahəsində sistemli tədbirlər həyata keçirilməsi də son nəticədə kənd əhalisinin məşğulluq səviyyə­sinin yüksəldilməsinə xidmət edir [5].

Yuxarıda qeyd olunanlarala yanaşı, 2005-ci il 26 oktyabr tarixdə “2006-2015-ci illərdə Azərbay­can Respublikasında məşğulluq strate­giyası” təsdiq edilmiş və hazırda həmin strategiya çərçivəsində müvafiq tədbirlər həyata keçiril­mək­dədir. Strategiya­nın əsas məqsədi əmək ehtiyat­larından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur [6]:


  • sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü məşğulluğunun inki­şa­fı üçün zəruri şərait yaratmaq;

  • məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;

  • işaxtaran və işsiz vətəndaşların sosial müda­fiə­sini gücləndirmək, qeyri-formal əmək münasibət­lərinin leqallaşdırılması istiqamətində tədbirlər həya­ta keçirmək;

  • əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəl­dil­miş institusional infrastrukturu təkmil­ləş­dirmək;

- kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliy­yə­tini dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırmaq.

Göründüyü kimi, əhalinin məşğulluğunun tə­min edilməsində ilk növbədə sahibkarlıq subyekt­lərinin inkişaf etdirilməsi əsas vəzifə­lərdən biri kimi qəbul edilmişdir. Ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında müx­təlif təsərrüfat formalarının yaradılması, sahib­karlıq təşəbbüsünün reallaş­dırıl­masına əlverişli şəraitin formalaşdırılması bu sahədə inkişafa səbəb olmaqla yanaşı əhalinin də məşğulluğuna müsbət təsir göstər­məkdədir. İqtisadiyyatın sahələri üzrə məşğul əhalinin strukturunu təhlil etdikdə aydın olur ki, bu göstəricinin əhəmiyyətli bir hissəsi kənd təsərrüfatının payına düşür. Məsələn, 2008-ci ildə ölkə iqtisadiyyatının sahələri üzrə məşğul əhalinin 38,3 faizi və ya 1553,1 min nəfəri kənd, meşə və balıqçılıq təsərrüfatlarında çalışmışdır.

Buna baxmayaraq, kənd yerlərində əmək resurs­la­rının potensial imkanlarının bir hissəsi reallaş­dırılmamış olaraq qalmaqdadır. Əmək bazarında tələb və təkilfın tarazlaşdırılması vasitəsi kimi işçi qüvvəsinin qiymətini və ya əmək haqqı­nın səviyyəsini təhlil etdikdə qeyd olunan məsələ bir daha öz təsdiqini tapır. Başqa sözlə, iqtisa­diyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatında əmək haqqının ən aşağı səviyyədə olması onu göstərir ki, kəndin əmək bazarında təklif tələbi üstələyir, əmək resurslarının bir hissəsi işsiz qalır.

Aşağıdakı dioqramdan göründüyü kimi, 2008-ci ildə ölkə iqtisadiyyatı üzrə orta aylıq əmək haqqı 274,4 manat, o cümlədən sənayedə 424,5 manat, tikintidə 406,1 manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində 329,4 manat olduğu halda, kənd, meşə və balıqçılıq təsərrü­fatın­da bu göstərici 114,7 manat təşkil etmişdir [1].






2008-ci ildə iqtisadiyyatın sahələri üzrə orta aylıq əmək haqqı, manat.


Kənd təsərrüfatında kooperasiya və inteqrasiya əlaqələrinin güclü olmaması da kənd əhalisinin məşğulluğuna mənfi təsir edən amillər sırasına daxildir. Belə ki, qeyd olunan prob­lemlə əlaqədar kənd təsərrüfatında iri sahibkarlıq subyektlərinin lazımi səviyyədə formalaşmaması əmək bazarında, xüsusilə yüksəkixtisaslı kadr­lara tələbin aşağı düşməsinə səbəb olur. Ona görə də perspektivdə kooperasiyanın inkişaf etdirilməsi yolu ilə kənd təsərrüfatında iri sahibkarlıq subyektlərinin fəaliy­yə­tinin genişlən­dirilməsi prioritet məsələlərdən biri hesab olunur.

İqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında istehsal və iş dövrlərinin bir-birinə uyğun gəlməməsi əmək resurslarından istifadədə fasiləliyə və beləliklə mövsümi işsizliyə gətirib çıxarır. Beləliklə, bu sahədə mövsümiliyin azaldılmasına, o cümlədən ilin bütün dövrləri üzrə əmək resurslarından bərabər şəkildə istifadə etməyə imkan verən kənd təsərrüfatı sahələrinin səmərəli struktu­runun formalaşdırılması mühüm məsələlər­dən hesab edilir.

Kənd əhalisinin məşğulluq səviyyəsinin yük­səl­dil­məsində əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı aqrar mütəxəssislərin hazırlanması da mühüm rol oynayır. Bu istiqamətdə kadr hazırlığı ilə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Həmin müəssisələr ilk növbədə müvafiq ixtisaslar üzrə əmək bazarında tələbin həcmini dəqiqləş­dir­məli və buna uyğun rəqabət qabiliyyətli kadr hazır­lığı sistemini formalaşdırmalıdır.

Kənd əhalisinə göstərilən xidmətlərin səviyyəsi də əmək resurslarından istifadənin səmərəliliyinin, o cümlədən məşğulluq səviy­yəsinin yüksəl­dil­mə­sin­­də mühüm rol oynayır.

Azərbaycanın kənd əhalisinə xidmətin təşkili və onların xidmətlərə olan tələbatının ödənilməsi mövcud tələbatdan aşağı səviy­yədədir. İnzibati-amir­lik dövründə bu sahənin inkişafına ikinci dərə­cəli problem kimi diqqət yetirilmişdir.

Aqrar sahədə əmək münasibətlərinin tənzim­lən­məsinin təkmilləşdirilməsi də kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldil­məsinin prioritet istiqamətlərindən biri hesab edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya­sının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifa­hın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasın­da sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Kənd təsərrüfatı və başqa aqrar-sənaye sahə­lərində işəgötürənlərlə işçilər arasında əmək müna­sibətlərinin yaranması və tənzimlənməsi yalnız müva­fiq növ müəssisənin təsis sənədi – nizamna­məsi, əsasnaməsi və Əmək Məcəlləsi, habelə digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqavi­ləsinin bağlanması qaydaları bütövlükdə həmin müəssisələrə də şamil edilir [2].



Şübhəsiz ki, aqrar sahədə əmək münasibət­lə­ri­nin tənzimlənməsi sahəsində mü­va­­fiq qanunve­ri­cilik aktlarının olmasına bax­mayaraq bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələyə daxil olması onların təkmilləş­diril­məsini tələb edir.


ƏDƏBIYYAT


  1. Azərbaycanın kənd təsərrüfatı, statistik məcmuə. Bakı, 2009, s. 294.

  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

  3. Sadıqov M.M. Maliyyə potensialı: formalaşma və aqrar sahənin prioritetliyi. Bakı, 2009, s. 294.

  4. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”. 15 sentyabr 2008-ci il.

  5. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”. 25 avqust 2008-ci il.

  6. “2006-2015-ci illərdə Azərbaycan Respublikasında məşğulluq strategiyası”. 26 oktyabr 2005-ci il

  7. www.azstat.org


УДК 331.024.2:331

Преимущество повышения уровня занятости сельского населения

Г.С.Зейналов

Проректор по обшим делам АГАУ

РЕЗЮМЕ
В статье было изучено современное положение уровня занятости сельского населения и влияющие на него факторы. По сравнению с другими секторами экономики, ежемесячная заработная плата в аграрном секторе на очень низком уровне, в то время как на рынке труда избыток сельскохозяйственной рабочей силы. Кроме того, рекомендуется повысить роль предпринимательской деятельности, создать эффективную структуру в аграрном секторе и улучшить законодательство рынка труда для повышения уровня занятости сельского населения.
Priorities of rising employment of rural population

H.S.Zeinalov

Pro-rector on common affairs of ASAU

SUMMARY
In this article have been examined the current situation of employment level of rural population and its factors. It is shown that in comparison with the other sectors of economy monthly wages are in the lowest level and there is more surplus in labor market of agricultural sector. Moreover, the role of entrepreneurship, the formation of effective structure of agricultural sector, the improvement of legislation base in labor market have been recommended for rising employment level in rural areas.

AQRONOMLUQ VƏ EKOLOGİYA

УДК 661.727.1
ИЗУЧЕНИЕ ДЕЗИНФИЦИРУЮЩЕГО ДЕЙСТВИЯ РАСТВОРА ФОРМАЛЬДЕГИДА
А.Б. Асадов,

Заведующий сектором минсельхоза Азербайджанской Республики


Формальдегид - бесцветный газ, име­ю­­щий резкий запах и обладающий раздра­жающим действием на слизистые оболочки. В воде растворяется в количестве 40 весовых частей.

Формальдегид при пониженной тем­пера­туре энергично полимеризует, обра­зуя на дне сосуда плотный белый осадок. Поли­мери­зован­ный формальдегид при нагревании до 40°- 50° очень легко деполи­меризуется.

Водный раствор формальдегида называют формалином. Просветленный и вос­­становлен­ный формалин после опре­деления в нем коли­чества формальдегида используют для дезин­фекции. Формалин с белым нерастворимым осад­ком для дезин­фекции не пригоден.

Дезинфекционное действие фор­маль­де­гида объясняется тем, что он вступает в реакцию с аминогруппами белков, приводит к денатура­ции белков и образует новые соединения.

Формальдегид в отличие от других газооб­разных веществ - хлора, сернистого газа, брома и др., не портит обрабатываемых предметов и мало ядовит. Поэтому многие исследователи изучали его дезинфе­ци­рую­щие действия при различных инфекци­онных заболеваниях.

До проведения опытов мы опре­де­лили пу­тем титрации процентное содержание формаль­дегида в формалине и установили, что нами употребленный фор­малин содержал 38% фор­мальдегида. Раст­воры формальде­ги­да были испытаны в разных концентрациях при средней +12° -+15° температурах.

Результаты заключительных опытов по изу­чению дезинфецирующего действия растворов формальдегида при окружающей температуре +12°- +15° представлены в таблице 1.

Из таблицы видно, что при тем­пературе окру­жающей среды +12°- +15° 1 %-ный холод­ный раствор формальдегида обез­зараживает деревян­ные поверхности, инфи­ци­рованные возбу­дителем брадзота овец в течение 2-х часов, а 1 %-ный горячий раствор - в течение 1 часа. Каменные и кирпичные поверхности обез­зараживаются 1%-ными холодными и горячими растворами фор­мальдегида в течение 2-3 часов.

Нами установлено, что при окру­жающей температуре +12° - +15° 2%-ный горячий раствор обеззараживает гли­но­битные поверх­нос­ти, зараженные с1 septicum, в течение 2-х часов и 2%-ный холодный раствор - в течение 3-х часов, а поверхности утрам­бованного наво­за обез­зараживаются 3%-ным холодным раство­ром - в течение 2-х часов и 2%-ным горячим раствором - в течение 3-х часов. Предметы ухода, зара­женные с1 septicum, надежно обез­за­ра­живаются 0,5%-ным холодным раствором формальдегида в течение 3-х часов, а также 0,5%-ным горячим раствором - в течение 2-х часов.

Мы определили, что 1%-ные холодные и горячие растворы формальдегида обезза­ра­жи­вают инфицированные поверх­ности досок в течение 2-3 часов (холодный - 3 часа, а горячий - 2 часа). Каменные и кирпичные поверхности, инфицированные возбудителем брадзота, при температуре +2°-+5° надежно обеззараживают 2%-ным хо­лодным и 1%-ным горячим раст­ворами формальдегида в течение 2-х часов.

Глинобитные и утрамбованные навозные поверхности полностью обеззара­жи­ваются 3%-ным холодным раствором формальдегида в течение 3-х часов и 3%-ным горячим раствором в течение 2-х часов. Предметы ухода, инфи­цированные возбу­дителем брадзота, при окру­жающей темпе­ратуре +2° -+5° надежно обезза­ра­живаются 1%-ным холодным раствором в течение 2-х часов.

На основании полученных данных рекомен­дуем дезинфицировать поверхности, инфициро­ванные с1 septicum, 3%-ными холодными рас­тво­рами формальдегида в течение 2-3 часов.








UOT 661.727.1

Formaldehid məhlulunun dezinfeksiya xüsusiyyətlərinin öyrənilməsi

A.B.Əsədov

Azərbaycan Respublikası KTN şöbə müdiri



XÜLASƏ
Aparılan tədqiqatlar nəticəsində cl septicum ilə yoluxdurulmuş səthlərin 2-3 saat mьddətində 3 %-li soyuq formaldehid məhlulu ilə dezinfeksiya edilməsi təklif olunur.

The study of the disinfectant action of formaldehyde solution

A.B.Asadov

SUMMARY

On the basis of conducted researches can be drawn the conclusion that infected with cl septicum upside ought to be disinfected with cool solution of formaldehyde within 2-3 hours.


UOT 631.5
GÜBRƏ NORMALARININ, SUVARMALARIN VƏ BİTKİ SIXLIĞININ BİR QOZADAN ÇIXAN XAM PAMBIĞIN KÜTLƏSİNƏ TƏSİRİ
Kənd təsərrüfatı elmləri namizədi N.Y. Seyidəliyev

Azərbaycan Dövlət Aqrar Universiteti


Pambıqçılığın ən mühüm vəzifəsi əkinçilik mə­də­niyyətinin yüksəldilməsi və pambığın məhsul­dar­lığının artırılması, onun məhsulunun keyfiyyə­tinin yaxşılaşdırılmasıdır.

Ölkəmizin sosial və iqtisadi inkişafında pam­bıq­çılığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Pambıq ölkəmizin ən qiymətli sərvətidir. Pambığın mahlıcından paltar üçün parça toxun­ma­sın­dan əlavə, sap, şlanqlar, kanat, balıq tutmaq üçün əşyalar, süni ipək, partlayıcı maddələr, sellüloid, foto və kino lentləri, laklar, yüksək növ kağızlar və bir sıra digər məmulatlar hazırlanır.

Elmi və qabaqcıl təcrübənin nailiyyətlərini pambıqçılıqda tətbiq etməklə xam pambığın məhsuldarlığını xeyli artırmaq olar. Məhsulun artırılması ilə yanaşı onun keyfiyyətinin yaxşılaşdırılmasına, yeni texnologiyanın tətbiqinə və sair tədbirlərə geniş yer verilməlidir.

Mil və Qarabağın boz çəmən torpaqları qida maddələri ilə zəif təmin olunmuşdur. Həmin bölgələrdə keyfiyyətli lif çıxımına malik olan yüksək məhsul əldə etməkdən ötrü hökmən tələb olunan miqdarda mineral gübrə normaları tətbiq etmək lazımdır.

Optimal bitki sıxlığı almaq üçün əsas məsələ çiyidin torpaqda vəziyyətinə və cücərtilərə gündəlik nəzarətdir. Bitkilərin normal inkişafı və məhsulun miqdarı hər hektarda olan bitkilərin sayından asılıdır. Seyrək və hər yuvada bir bitki olduqda bitki sürətlə inkişaf edir, onların üzərində çoxlu meyvə orqanları əmələ gəlir. Sıx olan səpinlərdə isə bitkilərin boyu bir qədər zəif olur. Hər kolda olan bar elementlərinin sayına və bir qozadan çıxan xam pambığın çəkisinə də bitki sıxlığı müxtəlif formada təsir edir. Bitki sıxlığı pambığın məhsuldarlığını müəyyən edən ən vacib amildir. Bitkilər yuvada nə qədər çox və düzgün yerləşdirilərsə, məhsul da bir o qədər çox olar.

Suvarma rejimini heç bir aqrotexniki tədbirlə əvəz etmək olmaz. Pambığın suvarılmasının düzgün təşkil edilməsi bol məhsul üçün zəmin yaradır. Suvarmaların miqdarı torpaqda olan nəmlikdən və torpaq- iqlim şəraitindən asılıdır. Suvarmaların başlanma vaxtlarının təyin edilməsi baxımından inkişaf fazaları aşağıdakı kimi müəyyən edilmişdir: pambıqda çiçəkləməyə qədər olan faza, çiçəkləmə və meyvə əmələ gətirmə (qoza bağlama) fazası, məhsulun yetişməyə başlama fazası.

Çiçəkləmə fazasına qədər olan dövrdə torpağın ən az su tutumu 60%, çiçəkləmə və məhsulun əmələgəlmə fazasında 70%, məhsulun yetişmə fazasının başlanğıcında isə 60% olmalıdır.

Pambıq bitkisinin məhsuldarlığı bir qozadan çıxan xam pambığın çəkisindən daha çox asılıdır. Bir qozadan çıxan xam pambığın çəkisinə yuxarıda göstərilən aqrotexniki tədbirlərin müsbət təsiri daha çoxdur.

Yerqobulov J. [1] Orta Asiyanın Karakalpak vilayəti şəraitində bitki sıxlığının, qida sahəsinin və suvarma rejiminin pambıq sortlarının bioloji, morfoloji və genetik imkanlarından asılı olaraq pambığın məhsuldarlığına, lif çıxımına və toxum keyfiyyətinə müsbət təsirini öyrənmişdir. Həmin təcrübələrdə hektarda 120 min ədəd bitki sıxlığı, hektara N150P100K100 kq gübrə norması və 1-4-0 suvarma sxemi tətbiq etməklə bir qozadan çıxan xam pambığın çəkisinin də orta hesabla 0,4-0,6 qram artmasını qeyd etmişdir.

Seyidəliyev N.Y [2] Azərbaycan Respublika­sının Mil və Qarabağ bölgələri şəraitində gübrə normalarının və suvarma rejiminin pambıq bitkisində qozaların sayına və bir qozadan çıxan xam pambığın göstəricilərinə müsbət təsirini öyrənmişdir. Həmin bölgələrdə hektara N250P200K75 mineral gübrə normaları və 1-4-0 sxemində maqnitləşdirilmiş su ilə suvarmanın aparılması pambıq bitkisinin struktur göstəricilə­rinə müsbət təsir göstərmişdir.

Güləhmədov X.O., Ənnağıyev T.Ə. [3] göstərmişlər ki, pambıq sortlarında sortun genetik potensialından asılı olaraq bir qozadan çıxan xam pambığın kütləsi bitki sıxlığından, suvarma rejimindən və qida normalarından daha çox asılıdır.

Hüseynova N.Y. [4] apardığı tədqiqatlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, pambıq bitkisinin məhsuldarlığının, bar orqanlarının, bir qozadan çıxan xam pambığın çəkisinin artmasında düzgün qidalanmanın böyük əhəmiyyəti vardır, yəni əsas şum altına müəyyən qədər fosfor və kalium (P150K100 kq) gübrələrin verilməsi, səpinqabağı becərmədə yenə də həmin gübrələrdən verilmənin, hektara 200 kq azot gübrəsinin verilməsi və həmin normanın 70%-nin 2 dəfədə yemləmə şəkilində verilməsi məhsuldarlığı və digər struktur göstəriciləri xeyli artırır.

Mil düzü şəraitində adi su ilə 4 dəfə suvarma apardıqda hektara 100 min ədəd bitki sıxlığı və N200P175K50 kq/ha gübrə norması verilən variantda illər üzrə qozadan çıxan pambığın çəkisi 4,8; 4,9 və 4,8 qram, Qarabağda 4,6; 4,7 və 4,6 qram olmuşdur. Həmin fonda hektara 160 min ədəd bitki sıxlığı olan variantda illər üzrə göstəricilər xeyli aşağı düşmüşdür (4,7; 4,7; 4,6; 4,3; 4,4; 4,3)

N250P200K75 gübrə norması tətbiq edildikdə hər iki bölgədə göstəricilər xeyli yüksəlmişdir. Mil regionunda 100 min/ha bitki sıxlığı olan variantda illər üzrə göstəricilər 4,9; 5,0 və 4,9 və Qarabağda 4,7; 4,8 və 4,8 qram olmuşdur. Hektarda 160 min ədəd bitki sıxlığı olan variantlarda həmin göstəricilər 4,8; 4,8; 4,7; 4,4; 4,4 və 4,5 qram olmuşdur.

1-3-0 maqnitləşdirilmiş su ilə suvarma aparılan variantlarda göstəricilər bir qədər də artmışdır. Orta hesabla regionlarda illər üzrə bir qozadan çıxan xam pambığın çəkisi 0,3-0,6 qram artmışdır.

1-4-0 sxemi üzrə adi su ilə suvarmada bir qozadan çıxan xam pambığın çəkisi Mil regionunda 5,9; 6,0; 6,1 və Qarabağda isə 5,8; 5,6 və 5,8 qram olmuşdur. Həmin göstəricilər hektara 160 min ədəd bitki sıxlığı tətbiq edilən variantlarda da özünü əks etdirmişdir.

Aparılan tədqiqatların nəticəsinə əsasən hər iki regionda ən yüksək nəticə 1-4-0 maqnitləşdirilmiş su ilə suvarma apardıqda, hektara N250P200K75 kq gübrə norması verdikdə və hektarda 100 min ədəd bitki sıxlığı olan variantlarda əldə edilmişdir.


Yüklə 438,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin