İnformasiya texnologiyaları kabinetində təhlükəsizlik texnikası üzrə təlimat
Ümumi tələblər
1.1. Məşğələlər texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.
1.2. İnformatika kabinetində məşğələ keçərkən aşağıdakı zərərli amillərin təsirinə məruz qala bilərlər:
- videoterminalların ionlaşdırıcı elektromaqnit şüalarının orqanizmə mənfi təsirləri;
- optimal diapazondan kənara çıxan videoterminalların vizual erqonomik parametrlərinin görmə qabiliyyətinə mənfi təsiri;
- elektrik cəryanı ilə zədələnmə.
1.3. İnformasiya kabinetində xəsarət alan və ya özünü pis hiss edən olarsa ilk tibbi yardım üçün zəruri dərman və sarğı dəsti olmalıdır.
1.4. İnformasiya kabinetində işləyərkən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, ilkin yanğın söndürmə avadanlığının yeri bilinməlidir. Kabinet karbon dioksid və ya quru kimyəvi toz tərkibli yanğınsöndürənlə təchiz olunmalıdır.
1.5. Xəsarət alan və ya qəzanın şahidi hadisə barədə dərhal müəllimə məlumat verməlidir. Avadanlıqlarda nasazlıq yarandıqda məşğələ dayandırılmalıdır və bu barədə müəllimə məlumat verilməlidir.
1.6. Videoterminallarla işləmə müddətində tələbələr iş yerlərini təmiz saxlamalıdırlar.
1.7. Texniki təhlükəsizliklə bağlı tələbləri yerinə yetirməyən və ya pozan tələbələr məsuliyyətə cəlb olunur .
Dostları ilə paylaş: |