9. Elektrik cərəyanı ilə zədələnmədə ilk yardım.
Elektrik cərəyanı ilə bütün zədələnmə hallarında mütləq həkim çağırılmalıdır.
Gərginlik altına düşmüş şəxs cərəyan hissədən özü, müstəqil sürətdə azad ola bilmirsə onu aşağıdakı üsullardan biri ilə elektrik şəbəkəsindən azad etmək lazımdır:
ən yaxın elektrik açarı (rubilniki) söndürülməli və ya xətti izolə dəstəkli alətlə kəsməli;
kömək edən dielektirik əlcəkdə və rezin ayaqqabıdadırsa zərərçəkəni bir əllə tutub kənara çəkmək olar, v) zərərçəkənin və ya elektrik naqilini quru əşya ilə (ağac, ip, paltar) kənar etməli, bu vaxt kömək edən şəxs quru yerdə və ya quru taxta üzərində durmalıdır.
9.3. Zədələnmiş şəxsin vəziyyətini aşağıdakı qaydada müəyyən etməli: onu bərk səthə, arxası üstə uzandırmalı;
nəfəsini yoxlamalı; nəbzini yoxlamalı; göz bəbəyinin vəziyyətini (daraldığını və ya genişləndiyini) müəyyən etməli.
9.4. Zərərçəkənin vəziyyətindən asılı olaraq aşağıdakı yardım üsullarından birini tətbiq etməli:
l. Əgər zərərçəkən şüurunu itirməyibsə onu rahat vəziyyətdə uzadıb həkim gələnə qədər ona tam sakitlik yaratmalı, nəfəsini və nəbzini müşahidə etməli, onun hərəkət etməsinə yol verməməli.
Əgər zərərçəkən şüursuz vəziyyətdə, amma nəfəsi və nəbzi sabitdirsə, onu rahat uzatmalı, paltarını boşaltmalı və yaxasını açmalı, sonra üzünə su çiləməli.
Əgər zərərçəkən arabir və titrək nəfəs alarsa ona süni nəfəs vermək və ürəyini xaricdən masaj etmək lazımdır.
Zərərçəkəndə həyat əlamətlərinin olmamasına görə onu ölmüş hesab edib köməkdən imtina etmək olmaz; yardımı davam etdirməyin faydasızlığı və xəstənin ölümü haqqında rəyi yalnız həkim verə bilər.
Dostları ilə paylaş: |