Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Dərinin altına və ya gözə yad cism düşdükdə ilk yardım



Yüklə 458,42 Kb.
səhifə33/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   29   30   31   32   33   34   35   36   ...   112
TTT — копия

6. Dərinin altına və ya gözə yad cism düşdükdə ilk yardım.

  1. Dərinin (və ya dırnağın) altına yad cism düşdükdə, onu asanlıqla və tam çıxarmağa əmin olduqda kənar etmək olar. Azacıq belə çətinlik varsa həkimə müraciət etmək lazımdır. Yad cismi kənar etdikdən sonra yara yerinə yod çəkib, sarğı qoymaq lazımdır.

  2. Gözə yad cismlər düşdükdə onları su və ya bor turşusu məhlulu ilə yumaqla kənar etmək lazımdır. Gözü yuduqda suyu və ya məhlulu gözün kənar küncündən buruna tərəf axıdırlar. Gözü bərk hissəciklər düşdükdə onu ovuşdurmaq olmaz.

7. Zəhərli qazlarla və neft məhsullarının buxarları ilə zəhərlənmə zamanı ilk yardım.

  1. Qazla zəhərləndikdə (o cümlədən, təbii qaz, dəm qazı, asetilen qazı, benzin buxarı və s.) başağrısı, qulaqların cinkildəməsi, başgicəllənmə, ürəkbulanma, qusma, huşun itməsi, nəfəsin zəifləməsi və göz bəbəklərinin genişlənməsi və s. müşahidə olunur.

  2. Hər bir zəhərlənmə halında zərərçəkəni təcili sürətdə təmiz havaya çıxarıb yaxasını açmalı, onu yerə uzandırıb ayaqlarını bir qədər qaldırmalı, üstünü örtüb isitməli və naşatır spirti iynətməlidir. Zərərçəkənin nəfəsi dayanıbsa ona süni nəfəs vermək lazımdır.

  3. Kömək göstərən şəxs qazlı otağa girməzdən əvvəl izoləedici və ya şlanqlı əleyhqaz geyməlidir. Bu məqsədlə süzkəcli sənaye əleyhqazından istifadə etmək qadağandır.



Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin