2.1. Məşğələnin, təcrübənin təyinatından asılı olaraq xüsusi geyim vasitələri və fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.
2.2. Avadanlıq, cihaz və alətlər işə hazırlanmalı, laboratoriya qablarının sazlığı yoxlanılmalıdır.
2.3. Cihazların torpaqlanması yoxlanılmalıdır.
2.4. Havalandırma sisteminin sazlığı yoxlanılmalıdır.
3. Məşğələ zamanı təhlükəsizlik tələbləri
3.1. Təmizliyə, texniki təhlükəsizlik qaydalarına riayət edilməlidir.
3.2. Qoxulu maddələri iyləyərkən kənardan əlin zəif hərəkəti ilə hava axınını qabdan özünə doğru hərəkət etdirmək lazımdır.
3.3. İstifadə olunmuş məhlullar, turşular, civə və gümüş birləşmələr xüsusi qablara tökülməlidir. Onlar ümumi kanalizasiya sisteminə boşaldılmamalıdır.
3.4. Reaktivlərin kanalizasiya sisteminə atılmasına yol vermək olmaz.
3.5. Şkaflarda reaktivlərin və məhlulların yanında istənilən avadanlığın saxlanılması qadağandır.
3.6. Turşuların, ammiak məhlulunun fərdi mühafizə vasitələrindən istifadə edil-mədən hazırlanması qadağandır.
3.7.Xüsusi geyim vasitələri, gözün, tənəffüs orqanının, dəri səthinin mühafizə vasitələri olmadan kimyəvi maddələrlə işləmək olmaz.
3.8. Bütün kimyəvi maddələr saxlanan şüşə qabların üzərində etiket olmalıdır
3.9. Turşular şüşə, qələvilər isə polietilendən hazırlanmış qablarda saxlanılmalıdır.
3.10. Günəş şüaları təsirindən korlanan reaktivlər (məsələn dietil efir, peroksidlər,gümüş duzları) tünd və ya sarı rəngli şüşə qablarda saxlanılmalıdır.
3.11. Tezalışan materiallar və maye yanacaqlar laboratoriyaya əl tutacaqlı qapalı qablarda gətirilməli, onlarla aparılan bütün işlər iş rejimində olan ventilyasiya ilə icra edilməlidir.
3.12. Spirt və quru yanacaqlarla iş zamanı, yanan spirtin bir yerdən digər yerə aparılması qadağandır və yanan spirti üfürməklə söndürmək olmaz.
3.13 Kimyəvi laboratoriyalar elektrik cərəyanı ilə zədələnmə üzrə yüksək və ya xüsusi təhlükəli dərəcəyə aid edildiyindən iş zamanı elektrik təhlükəsizliyinə ciddi əməl olunmalıdır.