Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


İşin sonunda təhlükəsizlik tələbləri



Yüklə 458,42 Kb.
səhifə55/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   51   52   53   54   55   56   57   58   ...   112
TTT — копия

5. İşin sonunda təhlükəsizlik tələbləri

5.1. Stend elektrik şəbəkəsindən ayrılmalı.

5.2. İş yeri səliqəyə salınmalı, avadanlıqlar və cihazlar laboratoriyada saxlanılan yerinə qoyulmalı.

5.3. Xüsusi geyimi çıxarmalı, əllər sabunla yaxşıca yuyulmalı, laboratoriya havalandırılmalıdır.

Balıq yetişdirmə laboratoriyasında məşğələ və təcrübələr zamanı təhlükəsizlik texnikası üzrə təlimat


  1. Ümumi tələblər

1.1. Məşğələ və təcrübələrə texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.

1.2. İş prosesində təcrübə keçənlərə aşağıdakı təhlükəli və zərərli istehsal amilləri təsir göstərə bilər:

- iş zonasının kifayət qədər işıqlandırılmaması;

- alətlərin, avadanlıqların və mexanizmlərin səthlərində kəskin kənarların, kələkötürlüklərin olması;

- elektrik avadanlıqlarının (nasosların) nasazlıqı.



1.3. Balıq laboratoriyasında müəyyən edilmiş normalara uyğun olaraq xüsusi geyim, ayaqqabı və digər fərdi qoruyucu vasitələr verilir, zəruri hallarda aşağıdakılar əlavə edilə bilər:

- gözləri toz, bərk hissəciklər və buna bənzər şeylərdən qorunmaq üçün gözlüklərdən;

- tənəffüs orqanlarını toz, buxar və qazlardan qorumaq üçün respirator.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin