Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Məşğələnin sonunda təhlükəsizlik qaydaları



Yüklə 458,42 Kb.
səhifə52/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   48   49   50   51   52   53   54   55   ...   112
TTT — копия

5. Məşğələnin sonunda təhlükəsizlik qaydaları

5.1. İş yerini təmizləməli, avadanlıq, cihaz , alət, preaparat və kimyəvi reaktivlər laboratoriya şkaflarına yerləşdirilməlidir.

5.2. Mikroskopun hissələri salfet vasitəsi ilə təmizləndikdən sonra qabında, nəzərdə tutulan yerlərdə yerləşdirilməlidir.

5.3. Reaktiv tərkibli işlənmiş mayelər 3 litrdən az tutumu olmayan ağzı bağlanan şüşə qablara tökülərək məhv edilməyə hazırlanmalıdır.

5.4. Laboratoriya məşğələsi qurtardıqdan sonra əllər sabunla diqqətlə yuyulmalıdır.
Ümumi elektrotexnika laboratoriyasında təhlükəsizlik texnikası üzrə təlimat
1. Ümumi tələblər

1.1. Məşğələ və təcrübələrə texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.

1.2. Laboratoriyada işlər yalnız kafedranın professor-müəllim heyətinin icazəsi ilə aparıla bilər.

1.3. Laboratoriyada yaralanmalar zamanı ilk tibbi yardım göstərmək üçün zəruri dərman və sarğı dəsti olmalıdır.

1.4. Laboratoriyda işləyərkən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, ilkin yanğın söndürmə avadanlığının yeri bilinməlidir. Laboratoriya ilkin yan-ğınsöndürmə vasitələri: köpüklü yanğınsöndürən, karbon qazı və ya tozlu yanğın-söndürən, qum ilə doldurulmuş vedrə və odadavamlı parçadan hazırlanmış örtük ilə təchiz olunmalıdır.

1.5. İş zamanı zədə almış və yaxud qəzanın şahidi olmuş digər əməkdaşlar baş vermiş hadisə barədə dərhal müəssisə rəhbərliyinə məlumat verməlidir. Avadan-lıqlar, cihazlar və alətlər nasaz olarsa məşqələ dayandırılmalı və rəhbərliyə məlumat verilməlidir.

1.6. İş prosesində xüsusi geyimdən, fərdi qoruyucu vasitələrdən istifadə qaydala-rına riayət edilməli və iş yeri təmiz saxlanmalıdır..

1.7. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.

1.8. Tələbə laboratoriya işini yerinə yetirən zaman orada yalnız işin yerinə yetrilməsinə aid olan materiallar: təlimatlar, metodik göstərişlər və qeydiyyat aparmaq üçün qeyd dəftəri olmalıdır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin