5. Məşğələdən sonra təhlükəsizlik tələbləri
5.1. Məşğlənin sonunda iş yerində təmizləmə aparılır, kimyəvi reaktivlər bağlanan şkaf və ya seyflərdəki yerinə yığılır.
5.2. İşlənmiş məhlul və reaktivlər sonradan məhv edilmək üçün həcmi 3 litrdən artıq olmayan qapaqlı şüşə qaba tökülür.
5.3. Ventilyasiya dövrədən açılır.
5.4. Cihazlar elektrik dövrəsindən açılır.
5.5. Mühafizə geyimi və fərdi mühafizə vasitələri çıxarılır, əllər sabunla yuyulur.
Bioloji laboratoriyalarda məşğələ və təcrübələr zamanı
təhlükəsizlik texnikası üzrə təlimat
1. Ümumi tələblər
1.1. Məşğələ və təcrübələrə texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.
1.2. Bioloji təcrübələr zamanı aşağıdakı təhlükəli və zərərli amillər meydana gələ bilər :
- turşu və digər zəhərli maddələrin dəriyə və gözə düşməsi ilə kimyəvi yanıqlar ;
- spirtlərlə iş zamanı termiki yanıqlar;
- kəsici və ya deşici alətlərin təsirindən, əldə kəsiklər.
1.3. Bioloji laboratoriyasında işləyərkən aşağıdakı xüsusi geyim və fərdi qoruyucu vasitələrindən istifadə olunmalıdır: pambıq parçadan tikilmiş xalat, dielektrik əlcəklər, gərginlik göstəricisi, izolyasiya edilmiş tutacaqlı alətlər, dielektrik xalça.
1.4. Bioloji laboratoriyada yaralanmalar zamanı ilk tibbi yardım göstərmək üçün zəruri dərman və sarğı dəsti olmalıdır.
1.5. Laboratoriyada yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı və laboratoriya ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
1.6. Hər bir baş verən bədbəxt hadisələr barədə ləngimədən rəhbərliyə məlumat verilməli, avadanlıq, cihaz və alətlərdə yaranan nasazlıqlar zamanı iş dayandırıl-malıdır.
1.7. Şəxsi gigiyena qaydalarına riayət olunmalı, iş yerləri təmiz saxlanılmalıdır.
1.8. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.
Dostları ilə paylaş: |