Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Elektrik cihazları enerji mənbəyindən ayırmalı. 5.2



Yüklə 458,42 Kb.
səhifə46/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   42   43   44   45   46   47   48   49   ...   112
TTT — копия

5.1. Elektrik cihazları enerji mənbəyindən ayırmalı.

5.2. İş yerləri səliqəyə salınmalı, avadanlıqlar və cihazlar kabinetdə onaların saxlanması üçün ayrılmış yerə qoyulmalı

5.3. Xüsusi geyimi çıxarmalı, əllər sabunla yaxşıca yuyulmalı, kabinet havalandı-rılmalıdır.
Kimya laboratoriylarında təhlükəsizlik texnikası üzrə təlimat
1. Ümumi tələblər

1.1. Məşğələ və təcrübələrə texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.

1.2. Laboratoriyada iş zamanı yarana biləcək təhlükəli və zərərli amillər aşağıdakılardır :

- spirtli maddələrin və isti mayelərin təsirindən yarana biləcək termiki yanıqlar;

- laboratoriya qabları ilə ehtiyatsız davranışdan dəridə yarana biləcək çapıqlar;

- zəhərli kimyəvi maddələrin qaz və buxarlarından zəhərlənmələr;



- tezalışan və yanacaq maddələrindən yaranan yanğınlar.

1.3. Laboratoriyada işin xarakterindən asılı olaraq xalatlardan, döşlüklərdən, rezin çəkmələrdən, əlcəklərdən, mühafizə eynəyindən, respiratordan istifadə olunmalıdır.

1.4. Laboratoriyada ilkin tibbi yardım vasitələri və sarğı materialları dəsti olmalıdır.

1.5. Laboratoriyada yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı və laboratoriya ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

1.6. Hər bir baş verən bədbəxt hadisələr barədə ləngimədən rəhbərliyə məlumat verilməli, avadanlıq, cihaz və alətlərdə yaranan nasazlıqlar zamanı iş dayandırılmalıdır.

1.7. Şəxsi gigiyena qaydalarına riayət olunmalı, iş yerləri təmiz saxlanılmalıdır.

1.8. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin