4.1. Dağılmış məhlulların üzərinə quru qum tökülməli, həmin sahə neytrallaşdırıcı məhlullarla təmizlənməli, sonra su ilə yuyulmalıdır.
4.2. Tezalışan və üzvü maddələrin 50 ml həcmdə dağılması zamanı spirtovkanın alovu söndürüldükdən sonra laboratoriya havalandırılmalıdır. 50 ml-dən artıq dağılma zamanı tələbələr laboratoriyadan kənarlaşdırılmalı, elektrik təchizatı dövrədən açılmalıdır.
4.3. Şüşə laboratoriya qabı qırıldıqda onun qırıntılarının mühafizəsiz əllə toplanmasına yol verilmir, bu zaman süpürgə və xəkəndazdan istifadə olunmalıdır.
4.4. Zədələnmələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməli, dərhal əməyin mühafizəsi üzrə mühəndisə və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxsə, laboratoriya müdirinə, müəllimə və kafedra müdirinə məlumat verilməlidir.