4.1. Tezalışan mayelərin tökülməsi və ya alışması zamanı tələbələr ləngimədən laboratoriyadan çıxarılır və yanğından mühafizə xidmətinə məlumat verilməklə ilkin yanğınsöndürmə vasitələri ilə yanğının qarşısını almaq üçün tədbirlər görülür.
4.2. Şüşə laboratoriya qabı qırıldıqda onun qırıntılarının mühafizəsiz əllə toplanmasına yol verilmir, bu zaman süpürgə və xəkəndazdan istifadə olunmalıdır.
4.3. Zədələnmələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməli, dərhal əməyin mühafizəsi üzrə mühəndisə və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxsə, laboratoriya müdirinə, müəllimə və kafedra müdirinə məlumat verilməlidir.
4.4. Cihaz və avadanlıqlarda nasazlıqlar yaranarkən məşğələ dayandırılmalıdır.