2.1. Laboratoriya avadanlıqlarından, ölçü cihazlarından istifadə etmək qaydalarını bilməli;
2.2. Cihaz və aparatları buraxılabilən cərəyan və gərginlik hüdudlarında, yalnız bilavasitə təyinatı üzrə istifadə etməlidirlər;
3. Məşqələ zamanı təhlükəsizlik tələbləri
3.1. Stenddə qrup şəklində iş aparan zaman tələbələrin sayı 2 nəfərdən az olmamalıdır. Bir nəfər tələbənin stenddə iş aparmasına o zaman icazə verilir ki, həmin işin aparılmasında bilavasitə müəllim və yaxud laborantın iştirakı olsun.
3.2. Tələbələr iş yerində sxem yığarkən, laboratoriya qurğusunun stendinin elektrik şəbəkəsindən açıq olmasına əmin olmalıdır.
3.3. Sxemin yığılmasına yalnız təcrid olunmuş, ucluqlu, saz naqillərdən (kabellərdən) istifadə olunmalıdır.
3.4. Sxemi elektrik şəbəkəsinə qoşmazdan qabaq tələbələr əmin olanlıdır ki, sxemin cərəyan keçirən hissələrinə heç kəs toxunmur.
3.5. Sxemin elektrik şəbəkəsinə qoşulmasına yalnız müəllim və yaxud laborantın iştirakə ilə icazə verilir.
3.6. Stenddə tədqiq olunan və gərginlik altında olan eksperimentral qurğunun elementlərinin bir vəziyyətdən digər vəziyyətə keçməsinə ehtiyac yarandıqda qurğu elektrik şəbəkəsindən tam açıq vəziyyətdə olmalıdır.
3.7. Stendin elektrik şəbəkəsinə qoşulması və yaxud ayrılması yalnız bir şəxs tərəfindən aparılmalıdır.