4.1. Gərginlik altında olan elektrik cihazlarının işində bir nasazlıq aşkar edilərsə (artan istilik, qığılcım və s.), dərhal elektrik təchizatı cərəyan mənbəyindən ayrıl-malı və bu barədə dərhal məsul şəxsə məlumat verilməlidir.
4.2. Elektrik cihazlarında qısaqapanma və ya yanğın baş verərsə, dərhal şəbəkədən ayrılmalı, yanğın barədə ən yaxın yanğınsöndürmə hissəsinə bildirilməli və yanğını karbon qazı və ya quru kimyəvi tozdan istifadə etməklə yanğınsöndürən və ya qumla söndürməyə başlanmalıdır.
4.3. Zədələnmələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməli, dərhal əməyin mühafizəsi üzrə mühəndisə və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxsə, laboratoriya müdirinə, müəllimə və kafedra müdirinə məlumat verilməlidir.
4.4. Qurğunun yenidən işə salınması, yaranmış nasazlıq aradan qaldırılıb, yoxlandıqdan sonra laboratoriya rəhbərinin və yaxud laborantın icazəsi ilə mümkündür.