2.1. Elektrik qurğuları ilə işə başlayarkən xüsusi geyimlər və fərdi qoruyucu vasitələr hazır olmalıdır.
2.2. Lazımi avadanlıq və cihazlar işə hazırlanmalı, istismara yararlılığı yoxlanmalı, elektrik qurğularının torpaqlandırıldığından əmin olunmalıdır.
2.3. Fizika kabineti yaxşı havalandırılmalıdır.
3. Məşğələ zamanı təhlükəsizlik tələbləri
3.1. Fizika kabineti digər fənlər üçün sinif otağı kimi istifadə edilə bilməz.
3.2. Tələbələrin laborantlar otağında və fizika kabinetində olmasına yalnız fizika müəlliminin iştirakı ilə icazə verilir.
3.3. Tələbələrə fizika kabinetində laborantın vəzifələrini yerinə yetirməsinə icazə verilmir.
3.4. Tələbələr laboratoriya işlərini, laboratoriya təcrübələrini yalnız fizika müəllimi və ya laborantın iştirakı ilə həyata keçirirlər.
3.5. Qırılan və çatlamış şüşə qabların istifadəsi, təhlükəsizlik texnikası tələblərinə cavab verməyən cihaz və tərtibatlarından, habelə kustar üsulla hazırlanmış cihaz-lardan istifadə etmək qadağandır. Açıq cərəyan keçirən hissələri olan avadanlıq, cihaz, naqil və kabellərdən istifadə edilməməlidir.
3.6. İşləyən elektrik istilik cihazları nəzarətsiz qoyulmamalıdır; Açıq spiralı olan cihazlardan istifadə etmək qadağandır.
3.7. Bütün elektrik cihazlarında istifadə olunan gərginlik bilinməlidir.
3.8. Tələbələrin iş masalarında 42 Voltdan yuxarı dəyişən cərəyan və 110 Voltdan yuxarı sabit cəryan tətbiq edilməməlidir.
3.9. Spirt lampalarında yanacaq kimi benzindən istifadə qəti qadağandır.