Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 458,42 Kb.
səhifə60/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   56   57   58   59   60   61   62   63   ...   112
TTT — копия

1. Ümumi tələblər

1.1. Məşğələ və təcrübələrə texniki təhlükəsizlik təlimatı keçmiş və daxili intizam qaydalarına riayət edən əməkdaşlar, aspirantlar, magistr və tələbələr buraxılırlar.

1.2. Nasaz cihaz, avadanlıqlar və fiksasiya qurğuları olan cərrahiyyə masalarında iş aparmaq qadağandır.

1.3. Bütün iş yerləri daim təmiz saxlanmalı, heyvanlarla iş zamanı aseptik və antiseptik qaydalara ciddi riayət olunmalıdır.

1.4. Tədris auditoriyaları və laboratoriyalarında reaktivlərin saxlandığı şüşə qabların üzərinə reaktivin adı qeyd olunmuş etiket yapışdırılmalıdır.

1.5. Aparatlar, cihazlar, avadanlıqlar və alətlər təmiz vəziyyətdə olmalıdır.

1.6. Baytar mütəxəssisin iştirakı olmadan heyvanların müayinəsi və müxtəlif manipulyasiyaların (inyeksiya, zondlama, əməliyyat) icrası qəti qadağandır.

1.7. Ensefaloqraf, quruducu şkaf, termostatlar və yüksək tezlikli terapiya qurğuları mütləq torpaqlanmalıdır. Bu avadanlıqlarla işə yalnız xüsusi hazırlıq keçmiş şəxslər cəlb olunurlar.

1.8. Bütün əməkdaşlar və təcrübə keçənlər xüsusi geyim, ayaqqabı və sanitar mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Ərazidən xüsusi geyimdə kənarlaşmaq qadağandır.

1.9. Fakültənin əməkdaşları zədələnmiş heyvan və insanlara həkiməqədərki ilkin yardım göstərməyi bacarmalıdırlar.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin