İstehsalat təcrübəsi keçən zaman təhlükəsizlik texnikası üzrə
təlimat
Ümumi tələblər
Universitetdə istehsalat təcrübəsi keçən şəxslər texniki təhlükəsizlik üzrə giriş və iş yerində təlimat almış şəxslər buraxıla bilərlər.
1.1. Təcrübə keçəcək tələbə təcrübəyə getməzdən əvvəl texniki təhlükəsizlik barədə təlimat aldıqdan sonra ona gündəlik, fərdi tapşırıq və lazım gəldikdə ezamiyyə vərəqi verilir.
1.2. Giriş təlimatını əmək mühafizəsi üzrə mühəndis və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxs keçməlidir. Təlimatlandırma haqqında jurnalda qeydiyyat aparılır və tələbələr təhlükəsizlik qaydalarını öyrəndiklərini imzalayırlar.
1.3. Giriş təlimatından əlavə tələbələr göndərildikləri istehsalat müəssisəsində ilkin təlimat keçməlidirlər. İlkin təlimatın keçirilməsi barədə jurnalda imza atırlar.
1.4. Müəssisəyə gələn tələbələr bütün sənədləri müəssisədən təyin olunan təcrübə rəhbərinə təhvil verir, onun tərəfindən iş yerində yanğın təhlükəsizliyi və funksional vəzifələrin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydaları barədə təlimatlandırırlar.
1.5. Təcrübə keçən tələbələr təhlükəsizlik texnikası təlimatlarına, habelə idarəetmə mexanizmləri və maşınlarına, avadanlıqlarına dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər.
1.6. Təcrübə zamanı su anbarlarında üzmək qəti qadağandır,
Ayrıca olaraq, tələbələrdən yol hərəkəti qaydalarına riayət etmələri tələb olunur.
Təcrübə zamanı tələbə aşağıdakı qaydalara əməl etməlidir:
- müəyyən yolla piyada iş yerinə gedərkən, yolun sol tərəfində nəqliyyat vasitələrinə doğru hərəkət etmək;
- xəbərdarlıq etiketlərinin, nişanların, işıqforların və s.-nin tələblərinə tam əməl etmək.
- açıq düz yerlərdə, tək ağacların yanında və hündür obyektlərin yaxınlığında olmaq, həmçinin ildırım vurmaması üçün su hövzələri yaxınlığında mobil telefondan istifadə etmək tövsiyə edilmir;
- istehsal ehtiyacı olmadan müəssisə ərazisində gəzməmək.
1.7. Müəssisənin ərazisi və istehsal sahələri ətrafında hərəkət edərkən tələbələr qəzaların ən çox baş verə biləcəyi aşağıdakı halları bilməlidirlər:
- avtomobil binanın küncündən, binanın qapısından çıxdıqda və onlara daxil olduqda;
- dar şəraitdə (dar keçidlər, maşın sıraları arasındakı keçidlər və s.) avtomobilin manevr və hərəkət qaydaları pozulduqda;
- işçilərin diqqətini yayındıran və ya hərəkət yolunun görünüşünü məhdudlaşdıran əşyalar daşınarkən (nəql edərkən);
- sürüşkən səthlərdə işləyərkən;
- müəssisənin ərazisində və binanın daxilində nəqliyyat vasitələrinin müəyyən edilmiş hərəkət sürətini aşması halında;
1.8.Elektromobillərin, avtomobillərin, kranların və digər hərəkətli nəqliyyat növlərinin xəbərdarlıq siqnallarına diqqət yetirməli, habelə dəmir yolu və magistral yolların kəsişməsində xəbərdarlıq işarələrinin, işıq siqnallarının tələblərinə riayət etməli.
Dostları ilə paylaş: |