2. İşə başlamazdan əvvəl təhlükəsizlik tələbləri
2.1. İşə başlamazdan əvvəl tələbə nəzərdə tutulan iş üçün nəzəri və praktik hazırlığını qiymətləndirməlidir;
2.2. Təlimatlara təhlükəsizlik texnikası tələblərinə dair məlumatlarını və praktiki bacarıqlarını qiymətləndirməlidir;
2.3. Psixofizioloji vəziyyətini təyin etməli, özünü pis hiss etdikdə həkimə müraciət etməlidir
3. İş zamanı təhlükəsizlik tələbləri
3.1.İş zamanı tələbə müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət etməlidir.
3.2. Təhlükəli ərazilərdə qalmamalı;
3.3. Yanğın təhlükəsizliyinə riayət etməli;
3.4. Təhlükəli əşyaların və ya cisimlərin düşə biləcəyi yerlərdə dayanamalı;
3.5. Qoruyucu eynəksiz elektrik qaynağının qövsünə baxmaq qadağandır;
3.6. Avadanlıqların qızdırılan hissələrinə (sobalar, qurutma şkafları, qaynaq və kəsmə yerləri və s.) toxunmaq qadağandır;
3.7. Açıq lyukların və digər elementlərin müvəqqəti hasarına söykənməməli;
3.8..İş yerində görülən bütün çatışmazlıqlar barədə usta və ya iş nəzarətçisini xəbərdar etməli və təlimat alana qədər işə başlamamalı. İş zamanı aşkar olunan çatışmazlıqlar barədə dərhal təcrübə rəhbərinə xəbər verilməlidir.
Dostları ilə paylaş: |