Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


İstixana işçiləri üçün təhlükəsizlik texnikası üzrə təlimat



Yüklə 458,42 Kb.
səhifə72/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   68   69   70   71   72   73   74   75   ...   112
TTT — копия

İstixana işçiləri üçün təhlükəsizlik texnikası üzrə təlimat
1. Ümumi tələblər

1.1. Bu Təlimat tərəvəz, fidan, çiçək, dekorativ və digər məhsulların becərilməsində ixtisaslaşmış bütün qorunan torpaq obyektlərinə şamil edilir. Təlimat texnoloji əməliyyatlar, nəqliyyat və yükləmə-boşaltma əməliyyatları, elektrik avadanlıqlarının istismarı zamanı istehsalatda zədələnmələr və xəstələnmələrin səviyyəsinin azaldılmasına kömək edən tələbləri müəyyənləşdirir.

1.2. Təhlükəli və zərərli istehsal amillərinin səviyyəsi müvafiq texnoloji və gigiyena standartlarına cavab verməlidir.

1.3. İstixana ilkin tibbi yardım vasitələri və sarğı materialları dəsti ilə təmin olunmalıdır.

1.4. İsixanada yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı və o ilkin yanğın-söndürmə vasitələri ilə təchiz olunmalıdır.

1.5. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.

1.6. Hidroponik istixanalarda qida məhlullarının hazırlanması üçün lazımi komponentlərin, xüsusən də konsentrat turşu və qələvilərin daşınması, dozası və yüklənməsi kollektiv və fərdi qoruyucu vasitələrdən istifadə edilərək mexanikləş-dirilmiş qaydada aparılmalıdır.

1.7. Bütün növ işləri yerinə yetirərkən aşağıdakılar qadağandır:

- ayaqyalın və yumşaq dabanlı ayaqqabılarla gəzmək;

- texnoloji avadanlıqların hərəkətli hissələrinə toxunmaq;

- nasaz avadanlıqlarla və qaz sızması halında iş aparmaq.




Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin