4. Qəza vəziyyətində təhlükəsizlik tələbləri
4.1.Avadanlıqlarda, alətlərdə, qurğularda nasazlıqlar aşkar edilərsə onları dayandırmaq lazımdır.
4.2. Yanğın baş verdikdə işi dayandırmaq, elektrik avadanlıqlarını şəbəkədən ayırmaq və mövcud yanğın söndürmə vasitələri ilə yanğını söndürməyə başlamaq, insanların təxliyəsini təmin etmək lazımdır.
4.3. Yaralanma halında, ilk tibbi yardım dəstindən istifadə edilməlidir.
5. İş sonunda təhlükəsizlik tələbləri
5.1. Elektrik avadanlıqları dövrədən açılmalıdır.
5.2. İş yerindən zibili çıxarmalı onu xüsusi təyin olunmuş yerə aparmalı, maşın-traktor parkını gözətçiyə təhvil verməli.
5.3. Alətlər, cihazlar, maşınlar, mexanizmlər və aparatlar onlar üçün ayrılmış yerlərdə yerləşdirilməlidir.
5.4. Şəxsi gigiyena tələblərinə riayət edilməli, əllər sabunla yuyulmalı.
5.5. İş zamanı aşkar edilmiş əmək təhlükəsizliyinə təsir göstərən çatışmazlıqlar barədə dərhal rəhbərə məlumat verilir.
Dostları ilə paylaş: |