Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Məşğələnin sonunda təhlükəsizlik tələbləri



Yüklə 458,42 Kb.
səhifə64/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   60   61   62   63   64   65   66   67   ...   112
TTT — копия

5. Məşğələnin sonunda təhlükəsizlik tələbləri

5.1. İşlədilmiş alətlər təmiz yuylaraq sterilizatora yerləşdirilir. Termometrlər silinərək tamponlu və dezinfeksiyaedici məhlullu qaba qoyulur.

5.2. Təhlükəsizlik texnikası qaydalarına riayət etməklə heyvanlar manejdən stasionara (pəyəyə) aparılır.

5.3. Tədris və laboratoriya məşğələləri başa çatdıqdan sonra istifadə edilmiş elektrik cihazları, aparatlar dövrədən açılır və silinir, su kranları bağlanır, soyuducular istisna olmaqla bütün cihazlar söndürülür.

Maşın və traktorlarla iş üzrə təhlükəsizlik texnikası təlimatı
1. Ümumi tələblər

1.1. Maşın və traktor parkının işçilərindən aşağıdakılar tələb olunur:

-bu Təlimatın tələblərinə riayət etmək;

-park ərazisində davranış qaydalarına riayət etmək, hərəkət edərkən yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmək;

-iş yerinə yetirərkən və ya parkın ərazisində olarkən şəxsi təhlükəsizliyinə və sağlamlığına, habelə başqalarının təhlükəsizliyinə diqqət yetirmək;

- yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, ilkin yanğın söndürmə vasitələrindən istifadə etməyi bacarmaq, yanğın xəbərdarlıq siqnallarını, yanğın və digər fövqəladə hadisələr zamanı hərəkət qaydalarını bilmək,

-ilk yardım dəstinin yerini bilmək və istehsalatda baş verən qəzalarda zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərməyi bacarmaq;

- alət və cihazları yalnız təyinatı üzrə istifadə etmək;

- şəxsi gigiyena qaydalarını bilmək və onlara əməl etmək;

-siqaret çəkməyə yalnız xüsusi təyin olunmuş yerlərdə icazə verilir; -elektrik təhlükəsizliyi tələblərini bilməli və onlara riayət etməli.

1.2. Əmək prosesinə təsir göstərə biləcək zərərli və təhlükəli istehsal amillərinin siyahısı:

- hərəkət edən maşın və mexanizmlər;- istehsal avadanlığının hərəkətli hissələri;

- tikililərin çökməsi;

- iş sahəsindəki havanın tozlanmasının artmsı və s.;

- avadanlıqların, materialların səthnin temperaturunun həddindən çox artması və yaxud azalması;

- iş sahəsindəki hava istiliyinin artması, normadan çoc və yaxud az olması;

- iş yerində səs-küy səviyyəsinin artması;

- iş yerinin yer səthinə nisbətən xeyli yüksəklikdə yerləşməsi.




Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin