2.1. İşçilər hava şəraitinə uyğun geyinməlidirlər. Geyim müvafiq ölçüdə olmalı və hərəkəti məhdudlaşdırmamalıdır.
2.2. Qarajın ərazisində hərəkət edərkən, əsasən mürəkkəb meteoroloji şəraitdə ( yağış, duman, qar yağması, buzlaşma) və gecə vaxtlarında diqqətli olmalı.
2.3. Qaraj işçilərinin təhlükəsizliyinin təmin edilməsinə əmin olmadan işə başlamaq olmaz.
3. İş zamanı təhlükəsizlik tələbləri
3.1. Ərazidə, əsasən avtomobillərin hərəkət istiqamətində olarkən hərəkət edən avtomobil nəqliyyatını diqqətdə saxlamaq lazımdır.
3.2. Yolda hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi və mexanikləşdirilmiş vasitələr olarsa hərəkət marşrutunu dəyişmək lazımdır.
3.3. Yükləmə-boşaltma işləri görülən ərazidə xüsusən diqqətli olmaq lazımdır.
3.4. Yüksək risk zonalarında hərəkət edərkən mümkün təhlükə mənbəyindən minimum təhlükəsiz məsafəsdə olmaq lazımdır.
3.5. Şlanqlar, kabellər, iplər, arabalar, balonlar və s. ilişməmək üçün ərazini gəzərkən diqqətli olmaq lazımdır.