4.1. Qəza və yaxud qəfil xəstəlik halında zərərçəkənə ilk yardım göstərməli, lazım gəldikdə həkim çağırmalı və ya həkimə aparılmasına kömək edilməlidir. Sonra hadisə barədə müəssisə rəhbərinə məlumat verilməlidir.
4.2. Zərərçəkənə ilkin tibbi yardım göstərmək üçün tədbirlər görülməlidir.
4.3. Yanğın və ya yanma əlamətləri (tüstü, qoxu) aşkar etdikdə, yanğın siqnalizasiya sistemini işə salmalı, işçilərin binadan təhlükəsiz köçrülməsini təmin etməli və bu barədə dərhal “101, 112” qaynar xəttinə məlumat verilməlidir.
4.4. Yanğınsöndürmə briqadasının gəlişinə qədər insanların təxliyəsi təşkil edilməli, mövcud yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi davam etməlidir.
4.5. Yanğınsöndürmə briqadasını qarşılanmalı, yanğına yaxınlaşmağın ən qısa yolu onlara göstərilməlidir.