1.1. Yem sexlərində işə tibbi cəhətdən sağlam, texniki təhlükəsizlik üzrə təlimatlanmış, elektrik təhlükəsizliyi qaydalarını bilən, yaşı 18-dən az olmayan kişi cinsindən şəxslər cəlb oluna bilər.
1.2. Yem sexində sərbəst işləməyə iş rəhbərinin və ya texnoloji əməliyyatların təhlükəsiz yerinə yetrilməsi bilgilərinə malik olan təcrübəli işçinin rəhbərliyi altında təcrübə keçmiş şəxslər buraxılırlar.
1.3. İşçi zonada kənar şəxslərin olması, spirtli içkilərin qəbulu, siqarət çəkmək qadağandır. Spirtli içki qəbul etmiş və ya həmin vaxtda orqanizmində hər hansı tibbi ağrılar olan, yorğun şəxslər işə buraxıla bilməz.
1.4. İşçi yalnız təlimatlandırıldığı işi yerinə yetirə bilər.