4.1. İşlədilən avadanlıqlarda nasazlıqlar yarandıqda onlar dərhal dayandırılmalıdır.
4.2. İş prosesində zədələnənlərə ilkin tibbi yardım göstərilməli, lazım gəldikdə yaxınlıqdakı tibb məntəqəsinə çatdırılmalıdır.
5. İşin sonunda təhlükəsizlik tələbləri
5.1. Elektrik cərəyanı ilə işləyən avadanlıqlar dövrədən açılmalıdır.
5.2. İş yeri təmizlənməli, yanğın təhlükəli maddələr yığışdırılmalıdır .
5.3. Əllər sabunla diqqətlə yuyulmalıdır.
Qazanxana üzrə təhlükəsizlik texnikası təlimatı 1.Ümumi tələblər
1.1 Qazanxanaya yeni işə qəbul olunanlarla mütləq həmin gün əməyin mühafizəsi üzrə giriş və iş yerində ilkin təlimat keçirilməlidir. Bu barədə aidiyyatı jurnallarda qeydiyyatlar aparılmalı, təlim alan və təlim keçən tərəfindən imzalanmalıdır. Qazanxana işçiləri ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə dövri təlimatlar 3 ayda bir dəfədən az olmayaraq keçirilməlidir.
1.2. Qış mövsümü başlamazdan əvvəl qazanxana, kalorifer qurğuları və yerli isitmə cihazları diqqətlə yoxlanılaraq təmir olunmalıdır. Nasaz soba və isitmə cihazları istismara buraxılmamalıdır.
1.3. Qazanxana işçiləri isitmə mövsümü başlamazdan əvvəl yanğına qarşı təlimatlandırılmalıdırlar.Qazanxananı işlədən şəxs yanğın təhlükəsizliyinə cavabdehlik daşıyır.
1.4. Avtomatlaşdırılmamış qazanxanalarda işləyən şəxslər qazanlar işlədiyi zaman onu nəzarətsiz buraxmamalıdırlar.
1.5. Binanın yanma təhlükəli konstruksiyalarında yanğına qarşı ara kəsmələrlə ayrılmamış qazanxana, soba və digər qızdırıcı cihazlardan istifadə etməyə icazə verilmir.
1.6. Hava qızdırıcıları və isitmə cihazları elə yerləşdirilməlidir ki, onlara sərbəst baxmaq və təmizləmək üçün yaxınlaşmaq mümkün olsun.
1.7. Binanın daxilində yerləşən qazanxana otaqlarında həcmi 1 kub metrdən, ayrıca yerləşən qazanxana otaqlarında isə 5 kub metrdən çox olmayan qapalı tipli yanacaq cənlərinin yerləşdirilməsinə icazə verilir.
1.8. Qazanxanada ilkin tibbi yardım vasitələri və sarğı materialları dəsti olmalıdır.