Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Avtomobil parkında (Qarajda) təhlükəsizlik texnikası üzrə təlimat



Yüklə 458,42 Kb.
səhifə76/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   72   73   74   75   76   77   78   79   ...   112
TTT — копия

Avtomobil parkında (Qarajda) təhlükəsizlik texnikası üzrə təlimat
1.Ümumi tələblər

1.1. Avtoparkın işçiləri aşağıdakıları bilməlidirlər:

- nəqliyyat vasitələrinin texniki istismar qaydalarını;

-istismar olunan texnikanın cari təmirinin təşkilini;

-təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını;

-yanğın söndürmə vasitələrindən istifadə qaydalarını;

-qəza halında ilk yardım üsullarını.



1.2. Təhlükəsiz işin təşkilinə aşağıdakılar mənfi təsir göstərə bilər:

- hərəkət edən nəqliyyat vasitələri;

- avadanlığın çıxıntılı hissələri, iti kənarları;

- həddən artıq sürüşmə/buzlama, avtoparkın asfalt örtüyünün artıq nəmlənməsi və yağlanması;

- asfalt örtüyü səthində artıq cisimlərin mövcudluğu (şlanqlar, kabellər, qutular və s.);

- səs-küy səviyyəsinin yüksək olması;

-iş sahəsində havada zərərli maddələrin artıq tərkibi;

- yüksək və ya aşağı temperatur, rütubət və hava hərəkətliliyi;



- iş sahəsinin kifayət qədər işıqlandırılmaması;

1.3. Yanğın ehtimalının qarşısını almaq, yanğın təhlükəsizliyi tələblərinə riayət etmək. İşçlərin siqaret çəkməsinə yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir.

1.4. İşçilərdən biri ilə qəza baş verərsə, zədə alana ilk tibbi yardım göstərməli, zədə ciddi olarsa “103” qaynar xətti ilə əlaqə saxlanmalı, hadisəni dərhal nəzarətçiyə bildirməli.

1.5. Qaraj işçiləri müəyyən edilmiş iş rejiminə riayət etməlidirlər.

1.6. Texniki təhlükəsizlik üzrə təlimatın tələblərini pozan və ya yerinə yetirməyən işçilər məsuliyyətə cəlb olunurlar.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin