3. Məşğələlər zamanı təhlükəsizlik tələbləri
3.1. Məşğələlər zamanı tələbə üçün aşağıdakılar vacibdir:
- bu təlimatın tələblərinə riayət etmək;
- məşğələ aparan müəllimin bütün göstərişlərini yerinə yetirmək;
- məşqlər ardıcıl axınla yerinə yetirilərkən (bir-birinin ardınca) toqquşma olmaması üçün kifayət qədər intervallara riayət etmək;
- idman ləvazimatlarından yalnız məşğələləri aparan müəllimin icazəsi və rəhbər-liyi altında istifadə etmək;
- idman avadanlıqlarında və idman qurğularında tapşırıqları ehtiyatı qorumaqla yalnız məşğələ keçirən müəllimin (məşqçinin) iştirakı ilə yerinə yetirmək;
- sıçrayışlar edərkən yumşaq yerə, pəncələr üstünə enmək və ehmalca çökmək;
- Oyun və ya qaçış zamanı toqquşmaların qarşısını almaq üçün qəfil dayanmaları istisna etmək;
- topları yalnız idman zalında məşğələ keçən müəllim (məşqçinin) icazəsi ilə atmaq.
3.2. Tələbələrə aşağıdakılar qadağandır:
- İdman tapşırığını yerinə yetirən digər tələbələrin yaxınlığında durmaq;
- məşğələ aparan müəllimin (məşqçinin ) icazəsi olmadan hər hansı bir hərəkət etmək;
- idman avadanlığı və inventarından onun təyinatına aid olmayan başqa məqsədlər üçün istifadə etmək;
- topu zalın divarlarına və tavanına, elektron tablo və çəpərlərə vurmaq;
- idman avadanlığı və tərtibatlarını müstəqil şəkildə sökmək, yığmaq və təmir etmək;
- Məşğələ aparan müəllimin (məşqçinin) icazəsi olmadan idman zalına istənilən əşyanı gətirmək və ya oradan çıxarmaq.
Dostları ilə paylaş: |