3. Sanitar-gigiyenik tələblər
3.1. Tələbələrə universitet yataqxanasına zəhərli maddələr (pestisidlər, turşular, qələvilər, civə və s.) və bunları ehtiva edən əşyalar, habelə qaz və ya aerozol baloncuqları gətirmək qadağandır.
3.2. Tələbələrdən şəxsi gigiyena qaydalarına riayət etmələri tələb olunur. Yeməkdən əvvəl, otaqları təmizlədikdən və tualetdən istifadə etdikdən sonra əllər yuyulmlıdır.
3.3. COVİD-19 əleyhinə olan tələblər mütləq yerinə yetirilməlidir.
3.4. Tələbələrə aşağıdakılar qadağandır:
- narkotik, psixotrop, alkoqollu, zəhərli maddələrdən istifadə etmək;
- saxlanma vaxtı keçmiş qida məhsullarından istifadə etmək;
- hər hansı bir əşyanı pəncərələrdən və nəfəslikdən atmaq;
- təsərrüfat və texniki otaqlara icazəsiz daxil olmaq.
Dostları ilə paylaş: |