Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Qəzalı vəziyyətlərdə təhlükəsizlik tələbləri



Yüklə 458,42 Kb.
səhifə95/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   91   92   93   94   95   96   97   98   ...   112
TTT — копия

4. Qəzalı vəziyyətlərdə təhlükəsizlik tələbləri

4.1. İnsanların həyatı və sağlamlığı üçün təhlükəli olan hər hansı bir vəziyyət (yanğın, xəsarət, binanın damından düşmə ehtimalı olan buz və qar və s.), konstruksiyaların dağılması (qapı və pəncərə şüşələrinin qırılması, suvaqların aralanması və aşması, kərpiclərin düzülüşünün pozulması, metal konstruksiyaların korroziyası və s.) meydana gəldiyi təqdirdə yataqxananın rəhbərinə məlumat verilməlidir.

4.2. Xəsarət alan olduqda tələbələr tibb işçilərinin gəlişindən əvvəl ilk tibbi yardım göstərməyi bacarmalıdır.

4.3. Yataqxanalarda yaşayan tələbələrdən, təxliyyə planını öyrənərək binadan təxliyyə yollarını bilmələri tələb olunur.

4.4. Yataqxanada yaşayan tələbələrdən ilkin yanğınsöndürmə vasitələrinin yerlərini bilmələri (bu obyektlərin yerləri xüsusi təhlükəsizlik işarələri ilə işarələnmiş olur) lazımdır.

4.5. Yanğın aşkar edilərsə (nəzarətsiz yanma), yanğın xəbərdarlıq sistemini işə salmaq, binadan çıxmaq və yataqxananın gözətçisinə və yanğınsöndürmə xidmətinə xəbər verilmək lazmıdır.

4.6. Təxliyyə zamanı təhlükəsizlik tələblərinə riayət etmək lazımdır. Cəld və təmkinlə hərəkət edilməlidir. Dəhlizin sağ tərəfi ilə qrup şəklində hərəkət edərkən insanlar bir-birinin əllərini tutmalıdır ki, heç kim geridə qalmasın, Dəhlizdə güclü tüstü olarsa, tənəffüs orqanları nəmli bir parça ilə örtülməli.

4.7. Binadan çıxdıqdan sonra dağılmamalı, toplantı yerinə yığılaraq hamının binadan çıxıb-çıxmadığına əmin olunmalıdır.

Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin