3. Liftdə qalan şəxsə necə kömək etməli ?
3.1. Liftdə qalanı sakitləşdirmək və həmin şəxsi müvafiq köməklik göstəriləcəyinə inandırmaq;
3.2. Lift təsərrüfatına cavabdeh olan şəxləri məlumatlandırmaq;
3.3. Əlaqədar qurumlarla rabitə yaratmaq mümkün olmadıqda “112” qaynar xəttinə məlumat vermək.
Yataqxanalarda yaşayanlar üçün təhlükəsizlik texnikası üzrə
təlimat
1. Ümumi tələblər
1.1. Yataqxanada yerləşdirilməmişdən qabaq tələbələrin təlimatlandırılması tələb olunur.
1.2.Tələbələrə ümumi təhlükəsizlik qaydaları və yanğın təhlükəsizliyi üzrə təlimat keçirilir və qeydiyyata alınır.
1.3. Tələbələr özlərinin və ətrafdakıların həyatını və sağlamlığını təhlükə altına alacaq vəziyyətlər yaratmamalıdırlar.
1.4. Yataqxananın hər mərtəbəsi üzrə ilk tibbi yardım göstərmək üçün zəruri dərman və sarğı dəsti olmalıdır.
1.5. Tələbələrin yataxana qaydalarına riayət etmələri məcburidir.
1.6. Təhlükəsizlik tələblərinin pozulmasına görə tələbə universitetin daxili intizam qaydalarına uyğun olaraq məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |