2.10. Stullarda yellənmək qadağandır.
2.11. Təcili təxliyyə olmadıqda yanğın pilləkənlərinə çıxmaq qadağandır.
2.12. Yalnız mətbəxtdə olan elektrik cihazlarından – elektrik çaynikləri, soyuducu, elektrik sobası və s. istifadə edilməlidir. Otaqlarda hər hansı nəzərdə tutulmayan elektrik cihazlarından (məsələn televizor, soyuducu, stolüstü lampa) və vasitələrindən (məsələn uzantılar (udlinitel)) istifadə qəti qadağandır.
2.13. Yataqxanaya bıçaq, kəsici-deşici əşyalar (yemək və dəftərxana ləvazimatları istisna olmaqla), partlayıcı və alışqan maddələr, alkoqollu içkilər, narkotik maddələr, zəhərli maddələr gətirilməsi və istifadəsi qadağandır.
2.14 . Elektrik təhlükəsizliyi məqsədi ilə tələbələrə aşağıdakılar qadağandır:
- elektrik naqillərini, elektrik cihazlarını, elektrik lampalarını və elektriklə işləyən avadanlıqları zədələmək;
- açıq kabellərin uclarını, yad əşyaları (toxuma iynələri, mismar və s.) yuvalara taxmaq;
- açıq elektrik panellərinə, şkaflara, elektrik idarəetmə otağına girmək;
- elektrik cihazlarını şəbəkəyə nəm əllərlə və yalın ayaqla qoşmaq.
2.15. Mətbəxdə yemək bişirərkən yeməyi daşmağa qoymamalı. Tavalarda yağ əritdikdə qapağı açarkən buxardan aralı durmalı. Mətbəxdə bir neçə nəfər olduqda bir-birinə diqqətli olmalı. Qazanları, çaydanları, tavaları və digər mətbəx qablarını sobadan götürərkən "soba əlcəkləri" və ya quru bezlərdən istifadə etməli.
Dostları ilə paylaş: |