Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Yataqxana daxilində ərazisində təhlükəsizlik tələbləri



Yüklə 458,42 Kb.
səhifə92/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   88   89   90   91   92   93   94   95   ...   112
TTT — копия

2. Yataqxana daxilində ərazisində təhlükəsizlik tələbləri

2.1. Hərəkət edərkən ayaqlarının altına baxmalı, dəhlizin sağ tərəfi ilə bir templə hərəkət etməli.

2.2. Dəhlizə açılan qapıların yanından keçərkən və döşəmələrin yaş təmizliyindən sonra dəhlizdə hərəkət edərkən ehtiyatlı olmalı.

2.3. Bina divarları yanında durmaq və digər hərəkət etmək qadağandır. Çünki damdan müxtəlif cisimlər, qışda isə qar və buz parçaları düşə bilər.

2.4. Pilləkənlər ilə hərəkət edərkən aşağıdakılar diqqətə alınmalıdır:

- sürahidən tutmaq,

- bir neçə pilləni aşmamaq və ya adlamamaq,

- sürahilərin üstündən aşmamaq,

- ayaqlarının altına baxmaq, başqaları ilə söhbətlərdən və telefonla danışmaqdan yayınmaq,

- hərəkət yolunun görünüşünü məhdudlaşdıran əşyaları daşımamaq,

- əlləri cibdə saxlamamaq.

- oturmaq və sürahidən aşağı sürüşməmək.

- mayenin yerə tökülməsinə yol verməmək və ya yerə düşmüş əşyaların (qələm, karandaş, konfet, tum qabığı və çeynənilən qidalar və s.) üzərinə basmamaq.

2.5. Yataqxanada yaşayan tələbələrə qapalı və ya açıq pəncərələrin altlıqında ayaq üstündə durmaq və oturmaq qadağandır.

2.6. Açıq pəncərələrdən sallanmaq və hoppanmaqla binanı tərk etmək qadağandır.

2.7. Borular və radiatorlar üzərində oturmağa icazə verilmir (onların temperatu-rundan asılı olmayaraq).

2.8. Avadanlıq və masalar üzərində oturmaq qadağandır;

2.9. Xəsarət almağa səbəb ola biləcək hər hansı bir əşyalar (iynələr, bıçaqlar, tornavida (otvörtka), lezva, qayçı, sancaqlar və s.) paltarın cibində olmamalıdır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin