2.2. İdman zalında məşğələ aparan müəllimin (məşqçinin) icazəsi ilə tələbə soyunma otağına gedib, idman forması geyinir, paltarları səliqə ilə qatlayaraq xüsusi şkafa qoyur.
2.3. Tələbə idman zalına məşğələ aparan müəllimin (məşqçinin) icazəsi ilə daxil olur.
2.4. İstifadə olunacaq idman avadanlıqlarının sazlıqı müəllim tərəfindən yoxlanılır. Nasazlıq barədə idman zalının əməkdaşına məlumat verilir.
Diqqət:Nasaz avadanlıqdan istifadə qəti qadağandır !!!
2.5. Tələbələrə özləri ilə idman zalına yalnız məşğələlər üçün lazım olan əşyaları götürməyə icazə verilir. Onların üzərində zədə yarada biləcək əşyaların olması qadağandır.
2.6. Yeməkdən dərhal sonra məşğələlərə başlamaq qadağandır.