5.6. Qabırğaların sınması zamanı ilk yardım
Əlamətləri: nəfəsalma, öskürək və hərəkət vaxtı ağrıların olmasıdır. İlk yardım zamanı döş qəfəsini tənziflə möhkəm bağlamaq və ya onu nəfəs buraxma anında dəsmal çəkib bağlamaq lazımdır.
Əzmə hadisələrində ilk yardım. Əzilmənin əlamətləri: şişkinlik, əzilmiş yerə toxunduqda ağrılardı. İlk yardım zamanı əzilmiş yerə "soyuq" sarğı və ya buz kisəciyi qoyub möhkəm sarğı qoymaq lazımdır. Zədə yerinə yod çövhəri yaxmaq, onu ovxalamaq və ya isidici kompres qoymaq olmaz, çünki bunlar ağrını yalnız gücləndirər.
Dostları ilə paylaş: |