Körpücük sümüyünün sınmasında ilk yardım əlamətləri: körpücük sümüyünün ağırısı, çiyin oynağını tərpətmək istədikdə ağrının güclənməsi, şişkinliklər.
İlk yardım zamanı zədələnmiş tərəfdə qoltuğun altına yumurlanmış pambıq qoymalı, qolu dirsəkdən büküb tənziflə bədənə sarımalı, qolu tənzif və ya yaylıqla boyundan asmalı.
5.5. Ətraf sümüklərin sınmasında və çıxmasında ilk yardım
Sinmanın əlamətləri: zədələnmə vaxtı və sonra güclü ağrılar, zədələnmiş hissəni tərpətməyin mümkünsüzlüyü, əl-ayaq hərəkətlərinin məhdudluğu və ya onun tam hərəkətsizliyi, sınıq yerinin azacıq
şişməsi qara qançurluğu, ətrafın (əl-ayaqın) formasının və düzlüyünün dəyişməsi, sümüyün qeyri-təbii hərəkəti və s.-dir. Qapalı sınıqda xəstənin əl-ayağını ehtiyatla düzgün vəziyyətə gətirib şin sarğrısı qoymaq lazımdır. Şinin mərkəzi sınıq yerin üstünə düşməlıdır. Şini yumaq əskiyə bükmək və ya onu tənziflə sarımaq tövsiyə olunur. Şin olmadıqda zədələnmiş qolu bədənə, qıçı isə sağlam qıça bağlamaq olar. Açıq sınma halında yaralanmış yerə yod cövhəri sürtüb əvvəl aseptik sarğı, üstündən isə şin sarğısı bağlayıb xəstəni müalicə müəsisəsinə aparmaq lazımdır. Sınıb xaricə çıxmış sümüyü düzəltməyə icazə verilmir, çünki bu zaman yaraya infeksiya daxil ola bilər. Bədənin hər hansı bir hissəsinin oynaqda yerini dəyişməsi çıxma (burulma) adlanır. Çıxmanın əlamətləri oynaqda demək olar ki, tam hərəkətsizliyi və əl-ayaqın (ətrafın) qeyri-normal vəziyyətə düşməsidir. Çıxma zamanı oynaqda gündən-günə artan şişkinlik və qan sızması da müşaidə olunur. Çıxma hallarında ilkyardım tibb işçisi tərəfindən yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |