Ürəyin qapalı massajı
9.9. Zərərçəkəndə həyat əlaməti yoxdursa, süni nəfəs verməklə bərabər, onun qan dövrəsinə kömək etmək üçün ürəyinə qapalı masaj da tətbiq etmək lazımdır.
Kömək edən şəxs zərərçəkənin böyründə dizləri üstə oturur, əllərini bir-birinin üstünə qoyur və əlin içi ilə xəstənin döş qəfəsinin aşağı 1/3 hissəsinə iti ritmlə (dəqiqədə 50-60 dəfə) təzyiq göstərir. Bu zaman ürək döş sümüyü ilə onurğa arasında sıxılır, onun boşluqlarında qalmış qan böyük və kiçik qan dövranı dairələrinə keçir. Döş sümüyündən təzyiq götürüldükdə isə ürək boşluqları düzəlir və venadan ora qan sorulur.
Süni nəfəsvermə və ürəyin qapalı masajı düzgün yerinə yetirildikdə zərərçəkən aşağıdakı həyat əlamətləri əmələ gəlir:
üzünün rəngi dəyişir;
sərbəst nəfəs hərəkətləri yaranır;
v) göz bəbəkləri daralır ki, bu da beyinin oksigenlə kifayət qədər təmin olunduğunu göstərir.
Dostları ilə paylaş: |