Süni nəfəs qaydaları.
9.5. Süni nəfəs verməyə başlamazdan əvvəl aşağıdakiıarı yerinə yetirmək lazımdır:
a) zərərçəkəni nəfəsi məhdudlaşdıran paltardan azad edib bərk səthdə arxası üstə uzatmalı, başını arxaya əyməli və bu vəziyyətdə saxlamaq üçün kürəyinin altına yastıq və ya bükülmüş paltar qoymalı;
b) yumsaq parçaya bukiilmiis şəhadət barmaqla onun agzını selikdən və kənar əsyalardan təmizləməli
v) zərərçəkənin ağzı möhkəm bağlanmışdırsa alt çənəsini irəli çəkməli və onu açmalı.
9.6. Süni nəfəsin ən səmərəli üsulu 5 formalı rezin borucuğun köməyi ilə və ya birbaşa sürətdə "ağızdan-ağıza" və ya "ağızdan buruna" nəfəs verməkdir. Süni nəfəs vermə aşağıdakı qaydada aparılır:
rezin borcuğun uzun ucunu zərərçəkənin ağzına qoyub nəfəs borusuna yönəltməli;
rezin borucuğun flansın zərərçəkənin dodaqlarına yapışdırmalı və burnunu barmaq-larla sıxmaq lazımdır ki, borucuqla üfürülən hava geriyə qayitmasın;
v) sonra dərindən nəfəs alıb havanı borucuğa buraxmalı və bunu hər 5-6 saniyədən bir etməli. Nəfəslə havanı birdən-birə, xəstənin döş qəfəsi qalxana qədər verməli. Hər dəfə nəfəs verdikdən sonra onun ağzını və burnunu azad etmək lazımdır ki, ciyərlərdən qayıdan hava sərbəst çıxa bilsin;
q) döş qəfəsini yüngül sıxmaqla havanın ciyərlərdən çıxmasına kömək etməli;
verilən havanın zərərçəkənin qarnına deyil, ciyərlərinə getdiyinə diqqət yetirməli. Hava qarına getdikdə qarın genişlənir ki, bu zaman cəld qarının yuxarı hissəsini (diafraqmanın altını) sıxaraq havanı çıxarmalı və rezin borcuğu lazımi vəziyyətdə qoyub süni nəfəs verməni davam etdirməli;
süni nəfəs verməni zərərçəkənin öz nəfəsi və nəbzi bərpa olunan qədər davam etdirməli.
9.7. Zərərçəkənin ağzına nəfəs verdikdə burnunu bağlamalı, burnuna nəfəs verdikdə isə ağzını bağlamalı. Süni nəfəsi tənzif və ya yaylıq vasitəsi ilə vermək məsləhətdir.
9.8. Süni nəfəs vermə zamanı zərərçəkənin bədənini soyuqdəymədən qorumaq lazımdır.
Dostları ilə paylaş: |