Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
“Ədəbiyyatımızın böyük dayağı”
Metodiki vəsait. 2016
“Lap qədim zamanlardan bədii yaradıcılığı, ədəbiyyat və incəsənət əsərlərini
ruhun, qəlbin qidası adlandırırlar. Mənə elə gəlir ki, bu çox doğru tərifdir. Axı,
həqiqətən də əsl sənət əsərləri insanın ruhunu qaldırır, ürəyini sevinclə, yüksək
duyğular və ehtiraslarla doldurur, yəni insanı mənən, fikrən ucaldır, mübarizə
qabiliyyətini, həyat eşqini artırır.”
Mirzə İbrahimov. Həqiqi sənət əsərləri yaradan Azərbaycan ziyalıları içərisində xalq yazıçısı,dramaturq, ədəbiyyatşünas, alim Mirzə İbrahimovun yaradıcılıq aləmində özünəməxsus yeri var. Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə dəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr lunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 1930-cu illərdə yazmış-dır.M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-ya incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır (1942-1946). Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), zərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Ömrünün axırınadək isə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədbiy-yatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur.Qeyd edim ki, yazıçı 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak etmişdir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) pyesləri ilə azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. Yazıçının əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.Hələ onun ilk yazılarında – şeirlərində, hekayə və oçerklərində günün vacib aktual mövzusu aydın duyulurdu. “Qazılan buruq” “Mədən səsləri”, “Zərbəçi qız”“On il”, “Dastan”, “Neft”, “Yalandır, yalan” və başqa şeirləri 1930-cu illərin bəhrəsi olsa da müasir dözvrümüzlə səsləşən şeirlərdir. Mirzə İbra-himovun yaradıcılıq imkanları, istedadının özünəməxsus xüsusiyyətləri daha çox bədii nəsrdə, müasir mövzularda yazdığı hekayələrində özünü parlaq və aydın biruzə verirdi. “Zəhra”, “Mələk”, “Qaçaq”, “Qorxulu səs”, “Sənət aşiqləri”, “Balta”, “Anama deyərəm, ha”,“Həyat yolu” yazıçının 1930-35-ci illərdə yazdığı ilk hekayələridir. İnsanın köhnə ailə və əxlaq vərdiş-lərindən xilas olması, yeni ictimai münasibətlərin təsiri altında dəyişib təzələnməsi, yeniliyə can atması Mirzə İbrahimovun helayələrinin əsas mövzusudur. 1935-ci ildə yazdığı məşhur “Həyat” pyesi yazıçının topladığı zəng,təzə həyat materialı əsasında yazılmışdır və məhz buna görə pyes həyati və inandırıcı çıxmışdı. “Həyat” pyesi nəinki müəllifin, bütövlükdə Cəfər Cabbarlıdan sonrakı dramaturgiyanın görkəmli yaradıcılıq uğuru olaraq meydana çıxdı və bu pyes 1935-ci ildə müsabiqədə yaxşı əsər kimi qiymətləndirilərək Azərbaycan Dövlət Dram Teatrında tamaya qoyuldu, böyük müvəffəqiyyətlər qazandı. Bundan sonra bir-birinin ardınca aktual və əhə-miyyətli mövzularda “Madrid”, “Məhəbbət” pyeslərini yazdı. Mirzə İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan həyatının təsviri geniş və əhəmiyyətli yer tutur. “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat” və s. hekayələrindən ibarət olan “Cənub hekayələri” silsiləsini yara-dır.
Xalq yazıçısı Mirzə İbrahimovun həyat və yaradıcılığının əsas tarixləri.
1911 Oktyabr ayının 28-də cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Evə kəndində anaqdan olmuşdur.
1918 Atası ilə bərabər Bakıya neft mədənlərinə işləməyə gəlib.
1926 Suraxanıda açılan ilk sovet fabrik- zavod məktəbinə daxil olub.
1929-1930 “Qazılan buruq” adlı şeri ilə ilk yaradıcılığa başlayıb.
1930 Partiya sıralarına daxil olub.
1932-1933 Sovet yazıçılar ittifaqı təşkilat komitəsinin məsul katibi seçilmiş və Azərbaycan dövlət elmi- tədqiqat Institutunun hazırlıq şöbəsinə daxil olmuşdur.
1933 Naxçıvanda çapdan çıxan “Sürət” qəzetinin redaktoru işləmişdir.
1932-1933 “Həyar üçün”,”Sənət aşiqləri”,”Qorxulu səs”, “Yol ayrıcında”,”Qaçaq” adlı hekayələrini və 1935 “Həyat”dramını yazmışdır.
1937 “Madrid” pyesini yazmışdır. Leninqradda Şərqşünaslıq İnstitu tunun Akademiyasında təhsil almışdır.
1942-1946 Azərbaycan SSR xalq maarif komissarı işləmişdir
1946-1950 Azərbaycan Respublikası Nazirlər Soveti Rəyasət Heyətinin sədrinin müavini işləmişdir.
1946-1954 Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri işləmişdir
1961 Xalq yazıçısı adına layiq görülüb.
1965-1975 SSRİ Yazıçılar İttifaqının İdarə heyətinin katibi işləmişdir.
1941 “Məhəbbət” pyesini yazmışdır.
1961 “Kəndçi qızı” pyesini yazmışdır.
1963 “Yaxşı adam” pyesini yazmışdır.
1967 “Közərən ocaqlar” pyesini
yazmışdır.
1993 Dekabrın 17-də Bakıda vəfat etmişdir
Görkəmli şəxsiyyətlərin M.İbrahimov haqqında dedikləri. Onun qələmi həmişə cilalı, parlaq, kəsərli, heç vaxt qınına salınmayan silahdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin səsi-sözü eşidilməsin. O təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir. Mir Cəlal. Xalq yazıçısı
M. İbrahimov öz gərgin yazıçı əməyi ilə zəmanəmizin böyük nəsrini yaradan bir yazıçı kimi Azərbaycan xalqının həyat səlnaməsini yazan böyük sənətkarlardan dır.
Anatoli Safronov. Yazıçı Sosialist Əməyi qəhrəmanı
M.İbrahimovun dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri yerlərdən birini tutur.
Mehdi Hüseyn. Xalq yazıçısı
C. Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. Orijinal əsər yox idi, teatr yalnız tərcümə ilə məşğul idi. Mirzənin ilk dram əsəri olan “Həyat” dramaturgiyanın inkişafı üçün sanki bir açar oldu. “Həyat” Mirzədə güclü dramaturqluq istedadı olduğunu meydana çıxartdı. Ondan sonra yazdığı “Madrid” və “Məhəbbət”dramlarının da müvəffəqiyyəti bu istedaddan doğur. M. İbrahimov xalqın sevimlisidir,təcrübəli və püxtə bir yazışıdır.
Sabit Rəhman. Yazıçı dramaturq
Mirzə sənin hələ bərkiməmiş qələmlə yazdığın ilk şeirlərin, kamil əsərlərin ---- həyatın dadı, duzu, günlərin isti-soyuğu, insan arzuları, insan nəfəsi məhz bu həyat universitetinin töhfəsi deyilmi?!
Rəsul Rza. Xalq şairi
Mirzə müəllim böyük insan, qüdrətli yazıçı və şəxsiyyət idi.
Çingiz Abdullayev. Xalq yazıçısı
Mirzə İbrahimovun yaradıcılığını daha yaxından tanıtmaq üçün kitabxanada oxucular arasında sual-cavab gecəsi keçirmək olar. Sualcavab gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar təqdim olunur.Mirzə İbrahimov haqqında oxuculara aşağıdakı suallaırı təqdim edə bilərsiniz:
1. Mirzə İbrahimov kimdir?
Mirzə İbrahimov xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisistdir.
2. Mirzə İbrahimovun ilk yazdığı hekayə hansıdır? İlk yazdığı hekayə “Zəhra” adlı hekayə olub (1930).
3. Mirzə İbrahimovun ilk yazdığı şeir hansıdır? İlk şeiri “Qazılan buruq” (1930) adlanır.
4. Mirzə İbrahimov yaradıcılığa hansı janrla başlayıb? Nəzmlə.
5. Mirzə İbrahimovun hansı əsərləri ilə tanışsınız? “Pərvizin həyatı”, “Zəhra ”, “Güləbətin”, “Fırtına quşu”, “Azad”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”,
6. İlk pyesi hansıdır və neçənci ildə yazılıb? “Həyat” pyesi və 1935-ci ildə.
7. Hansı romanına film çəkilib? “Böyük dayaq”
8. Uşaqlar üçün yazdığı hansı əsərləri oxumusunuz?
“Pərvizin həyatı”, “Çobanın məsləhəti”, “Pələng və insan” və s.
9. Ədəbi yaradıcılığa neçənci ildə başlayıb? 1930-cu ildə.
10. “Cənub hekayələri” silsiləsinə yazıçının hansı hekayələri daxildir?
“Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”, “İran qızı”, “Bir
günəşin işıqları” və s.
11. Xalq yazıçısı Mirzə İbrahimoz nə vaxt vəfat edib?
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn
olunmuşdur.
Sual-cavab gecəsinin sonunda kitabxanaçı uşaqlara diqqətli olmalarına görə öz
təşəkkürünü bildirir, sualları düzgün cavablandıran oxucunu mükafatlandırır və Mirzə İbrahimovun həyat və yaradıcılığı haqqında daha dərindən maraqlanmalarını tövsiyə edir.
“Görkəmli ədib”adlı ədəbi-bədii kompazisiyanın ssenarisini sizə təqdim edirik:
Aparıcı səhnəyə daxıl olur: Salam əziz tədbir iştirakçıları və hörmətli qonaqlar!
100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz görkəmli xalq yazıçısı M. İbrahimovun yaradıcılığına həsr etdiyimiz bu tədbirdə hər birinizi xoş gördük. M. İbrahimov yaradıcılığı oxucular tərəfindən sevilən, oxunan yaradıcılıqdır.
II Aparıcı: Mirzə İbrahimov xalqının yazıçısı olaraq düşünən və düşündürən yazıçıdır. Yazıçı Azərbaycan xalqına zəngin bir irs qoyub getmişdir. Ədibin xalqımızın tarixi keçmişindən, həyatından bəhs edən əsərləri bu gün də sevilə-sevilə oxunur.
I Aparıcı:
M. İbrahimov şəxşiyyət idi, özü də çox təmkinli şəxsiyyət idi. Ömrünün müdrik çağlarından dönüb arxaya boylananda bəlkə nəyəsə təəssüflənməyi olub,hansı əsərisə tamamlamayıb, hansısa işi yarımçıq qoyub amma heç vaxt özünə xas olan təmkinini pozmayıb, həmişə çalışıb ki tərəflər arasında sülh olsun.
I Oxucu:
Vətənimin hüsnü əzəldən məni valeh eləmiş
Ey gözəllər! Bilin o təkcə nigarımdır mənim
Bir bütə səcdə qılır dünyada hər kəs inanın
Məbədim,səcdəgahım doğma diyarimdır mənim.
II Oxucu:
Min səadət dilərəm hər elə hər xalqa müdam,
Bir günəşdir nəzərimdə yaradan hər insan.
Eşqi, ilqarı təmiz yurduma oldum heyran,
Xoş günüm,xoş nəfəsim cismidə canımdı mənim.
I Aparıcı: Xalq yazıçısı M. İbrahimov 1932 ci ildən partiya və hökumətin tanınmış adamı kimi böyük vəzifələrə irəli çəkilmişdir. Böyük ədib şəxsiyyəti, insanlığı və ziyalılığı ilə hər kəsin dərin hörmət və məhəbbətini qazanmışdır.
II Oxucu: Gəncliyim bir quş oldu, havaxt uçdu bilmədim
Budaq-budaq gəzirəm tapa bilmirəm onu.
Şirin bir yuxu kimi gəldi keçdi o günlər.
Xəyal etməzdim əsla gəncliyin də var sonu.
Gəzərdim ehtiyacdan qayğılardan aralı,
Bilməzdim yuxusuzluq, yorğunluq, aclıq nədir.
Dağları, qayaları oynadardım yerindən
Bilməzdim ki, cavanlıq misilsiz xəzinədir.
I Aparıcı: İstedadlı yazıçımız M İbrahimovun “Cənub hekayələri”, və “Gələcək gün”əsərləri onun şah əsərlərindəndir. Bu günün özündə də o əsərlər öz vətənpərvərlik missiyasını uğurla yerinə yetirirlər. M. İbrahimovun “Pərvanə” romanı klassik Azərbaycan romanının ən möhtəşəm nümunələrindən biri və bəlkə də birincisidir.(Oxucu yazıçının “Diyarımdı mənim” şeirini söyləyir)
Vətənin hüsnü əzəldən məni valeh eləmiş,
Ey gözəllər! Bilin o təkcə nigarımdı mənim.
Bir bütə səcdə qılır dünyada hər kəs, inanın
Məbədim, səcdəgahım – doğma diyarımdı mənim.
İnsan övladı həmişə nəyəsə meyl elyəmiş,
Kimisi candan olub mənsə bu şöhrət diləmiş.
Kimisi xəznə dolu mirvari zinət diləmiş
Dünyada bircə vətən dövləti varımdı mənim...
Min səadət dilədim hər elə, hər xalqa müdam,
Bir günəşdir nəzərimdə yaradan hər insan.
Eşqi, ilqarı təmiz yurduma oldum heyran,
Xoş günüm, xoş nəfəsim, cismdə canımdı mənim!...
II Aparıcı: Mirzə İbrahimov xalqımızın tarixində XX əsrin ən böyük yazıçılarından biri kimi qalacaq, gələcək nəsil onun əsərlərinə dönə-dönə müraciət edəcəkdir
Sonda M. İbrahimovun həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilir, Tədbir iştirakçıların fəallığı ilə başa çatır.
Metodika şöbəsi: Yarıyeva Səadət.
Dostları ilə paylaş: |