- ÇPYM müstəqil, bilikli, etibarlı və resurslarla
yaxşı təchiz olunmuşdur və lazım olduqda
biznesi effektiv yoxlamadan keçirməyə qadirdir.
- ÇPYM baş menecmentə və ya şuraya birbaşa
hesabat verir.
-
ÇPYM təcrübəsizlikdən və ya statusun
olmamasından, kifayət qədər etibara və
səlahiyyətlərə malik deyildir.
- ÇPYM nəzarət etməli olduğu siyasətləri və
onların mənasını başa düşmür.
- Qrup üzvü olan maliyyə təşkilatının ÇPYM-ı
çirkli pulların yuyulması ilə mübarizəyə dair
öhdəliklərin qrup siyasəti ilə nə dərəcədə
adekvat
əhatə
olunduğunu
nəzərdən
keçirməmişdir.
- ÇPYM maliyyə təşkilatının yüksək riskli
müştəriləri barədə məlumatı müraciət əsasında
və vaxtlı şəkildə əldə etmək imkanına malik
deyildir və bu cür əlaqələrin monitorinqində heç
bir rol oynamır.
YAXŞI təcrübə
2
Bu hissəyə aidiyyatı olan Maliyyə Təşkilatları ÇPY üzrə Mütəxəssisi təyin etməlidirlər. ÇPYM
maliyyə təşkilatının çirkli pulların yuyulması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə nəzarət
edir və təşkilatın ÇPY-na qarşı fəaliyyətində əlaqələndirici rol oyanyır.
Özünü qiymətləndirmək üçün suallar:
•
ÇPYM öz rolunu effektiv yerinə yetirmək üçün kifayət qədər resurslara, təcrübəyə, çıxış
imkanlarına və statusa/səlahiyyətlərə malikdirmi?
•
Maliyyə təşkilatının işçiləri, o cümlədən baş menecment, çirkli pulların yuyulması
məsələlərinə dair ÇPYM-a məlumat/məsləhətlər verirmi?
•
ÇPYM müvafiq məsələləri baş menecmentə və, lazım olduqda, şuraya çatdırırmı?
•
ÇPYM yüksək riskli əməliyyatlar barədə nə dərəcədə xəbərdardır və onlara necə nəzarət
edir?
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Uyğunluq proqramı
Çirkli Pulların Yuyulmasına qarşı tələblərə Uyğunluq üzrə Mütəxəssis/Məsul şəxs (ÇPYUM)
Çirkli Pulların Yuyulmasına qarşı tələblərə Uyğunluq üzrə Mütəxəssis/Məsul şəxs (ÇPYUM) – Bankın
müşahidə şurası hər hansı səriştəli şəxsi ÇPY qarşı tələblərə Uyğunluq üzrə Məsul şəxs təyin etməlidir.
ÇPYUM çirkli pulların yuyulmasına qarşı tələblərin gündəlik yerinə yetirilməsinə nəzarət edir. O, həmçinin
ÇPY üzrə uyğunluq proqramının bütün aspektlərini idarə edir və bankın ÇPY qarşı tələblərə və icraedici
təlimatlara riayət etməsini təmin edir; lakin bankın ÇPY-na qarşı tələblərə ümumi uyğunluğuna görə başlıca
məsuliyyəti müşahidə şurası daşıyır.
ÇPY-na qarşı tələblərin riayət olunmasına nəzarət edən şəxsin vəzifəsinin adı əhəmiyyətli olmasa da, onun
bank daxilində səlahiyyətinin və məsuliyyətinin səviyyəsi çox əhəmiyyətlidir. ÇPYUM öz vizəfələrini digər
işçilərə ötürə bilər, lakin ÇPY üzrə ümumi uyğunluğa şəxsən məsuliyyət daşımalıdır. Şura ÇPYUM-ın
bankın risk profilinə uyğun olaraq ÇPY üzrə uyğunluq proqramını effektiv idarə etmək üçün kifayət qədər
səlahiyyət və resurslara (pul, fiziki və işçi) malik olmasını təmin etməlidir.
ÇPYUM çirkli pulların yuyulmasına qarşı və bütün aidiyyatı tələblər barədə tam biliyə malik olmalıdır.
ÇPYUM həmçinin bankın məhsulları, xidmətləri, müştəriləri, şirkətləri və coğrafi yerləşməsini və onlarla
bağlı potensial çirkli pulların yuyulması və terorizmin maliyyələşdirilməsi risklərini başa düşməlidir. Öz
işini yerinə yetirmək üçün müvafiq təcrübə, səlahiyyət və ya vaxta malik olmayan şəxsin ÇPYUM
vəzifəsinə təyin olunması tənzimləyici tələblərə cavab vermək üçün kifayət deyildir.
Hesabatlıq xətti ÇPYUM-nə müşahidə şurasını və baş menecmenti ÇPY üzrə cari uyuğunluq barədə
müntəzəm qaydada məlumatlandırmağa imkan verməlidir. ÇPY ilə bağlı məlumatlar, o cümlədən Şübhəli
Əməliyyatlar haqqında MMX-ya verilən hesabatlar, şuraya və müvafiq şura komitəsinə çatdırılmalıdır ki,
onlar ÇPY tələblərinə ümumi uyğunluq barədə məlumatlı qərar verə bilsinlər. ÇPYUM şuranın
göstərişlərinin yerinə yetirilməsinə və bankın ÇPY ilə bağlı siyasətləri, prosedurları və proseslərinə işçilər
tərəfindən riayət olunmasının təmin ediməsinə görə məsuliyyət daşıyır.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Uyğunluq proqramı
Təlim
Təlim - Banklar müvafiq əməkdaşların ÇPY-nın aidiyyatı aspektlərinə dair təlimdən keçməsini təmin
etməlidirlər. Təlimlərə tənzimləyici tələblər və bankın ÇPY ilə bağlı daxili siyasətləri, prosedurları və
prosesləri daxil edilməlidir. Ən azından, bankın təlim proqramı öz vəzifələrini yerinə yetirmək üçün ÇPY-na
dair biliklərə malik olmalı bütün işçilər üçün təlimlər təşkil etməlidir. Təlim hər hansı şəxsin xüsusi
vəzifələrinə uyğunlaşdırılmalıdır. Bundan əlavə, yeni işçilərə vəzifə təlimatları izah edildikdə adətən ÇPY
ilə bağlı tələblərin icmalı da verilir. Təlim trast xidmətləri, beynəlxalq və özəl bankçılıq kimi müvafiq biznes
xəttlərinə dair məlumatları daxil etməlidir. ÇPY tələblərinə uyğunluq üzrə mütəxəssis üçün tənzimləyici
tələblərdəki dəyişiklərə, o cümlədən bankın ÇPY ilə bağlı fəaliyyətinə və risk profilinə uyğun şəkildə
müntəzəm təlimlər keçirilməlidir.
Müşahidə şurası və baş menecment ÇPY ilə mübarizə sahəsində, icraedici göstərişlər və təlimlatlarda və
federal bank orqanlarının qaydalarında dəyişikliklər və yeniliklər barədə məlumatlı olmalıdırlar. Müşahidə
şurasının bank əməliyyatçıları qədər təlimlərə ehtiyacı olmasa da, onlar ÇPY-na qarşı tənzimləyici tələblərin
əhəmiyyətini, onlara riayət etməməyin nəticəsini və bundan irəli gələn riskləri başa düşməlidirlər. ÇPY
barədə ümumi təsəvvürü olmasa, müşahidə şurası ÇPY-na nəzarəti adekvat şəkildə keçirə, ÇPY ilə bağlı
siyasətləri, prosedurları və prosesləri təsdiqləyə və yaxud da ÇPY ilə mübarizə üçün kifayət qədər resurslar
ayıra bilməz.
Təlimlər davamlı olmalı və ÇPY ilə bağlı bütün qaydalardaki cari dəyişiklikləri və yenilikləri əhatə
etməlidir. Daxili siyasətlər, prosedurlar, proseslər və monitorinq sistemlərinə edilən dəyişikliklər həmçinin
təlim zamanı nəzərə alınmalıdır. Təlim proqramı şuranın və baş menecmentin ÇPY tələblərinin yerinə
yetirilməsinə verdiyi əhəmiyyəti xüsusilə vurğulamalı və bütün işçilərin ÇPY üzrə uyğunluq proqramındakı
rollarını başa düşməsini təmin etməlidir.
Çirkli pulların yuyulması fəlaiyyətinə və şübhəli əməliyyatlara nəzarət və hesabatın verilməsi üzrə misallar
hər auditoriyaya uyğunlaşdırılmalıdır. Məsələn, kassirlər üçün təlimlərdə iri valyuta əməliyyatları və ya
digər şübhəli fəaliyyətlərdən misallar, kredit mütəxəssisləri üçün təlimlərdə isə kredit əməliyyatları vasitəsilə
çirkli pulların yuyulması misalları gətirilməlidir.
Banklar öz təlim proqramlarını sənədləşdirməlidirlər. Təlim və imtahan materialları, təlim məşğələlərin
tarixləri, iştirakçıların siyahısı və davamiyyət barədə məlumatlar bank tərəfindən saxlanmalı və yoxlayıcılar
üçün açıq olmalıdır.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Uyğunluq proqramı
- Ümumi sığorta üzrə vasitəçi (sığorta şirkəti və ya
brokeri) onlayn təlim saytından istifadə edir (hər işçi
üçün ildə 100 £). Maliyyə təşkilatı təlimin
keyfiyyətli olduğuna inanaraq maliyyə cinayətlərinə
dair hər işçi üçün məcburi olan ayrıca modullar
daxil edib. İşçilərdən həmçinin yenidənhazırlıq
kurslarını bitirmək tələb olunur. Bütün keçirilmiş
təlimlərin auditi elektron şəkildə saxlanılır.
- Hesabat verən təşkilat (fərdi sahibkar) müxtəlif
maliyyə cinayətlərinə dair onlayn təlimlər
keçirmişdir. O, həmçinin təlim verənin müxtəlif
mövzular barədə onlayn məlumat verdiyi təlim zəng
konfransında iştirak etmişdir: bu həm vaxt həm də
xərc baxımından səmərəlidir.
- Ümumi sığorta üzrə vasitəçi (sığorta şirkəti və ya
brokeri) işçilərin biliklərinin adekvatlığını yoxlamaq
üçün uyğunluq üzrə menecer tərəfindən müntəzəm
auditlərin keçirildiyini bildirmişdir. Lakin, təlim
fayllarının yoxlanması zamanı təlimlərin məhsul və
müştəri
xidmətləri
barədə
məlumatlarla
məhdudlaşdığı və maliyyə cinayətlərini kifayət
qədər əhatə etmədiyi aşkarlanmışdır.
- Bir kredit təşkilatı, yeni işçilər üçün vəzifə
təlimatlarına dair izahedici təlimlərdən başqa, heç
bir müntəzəm təlimlər keçirmir və işçilərin maliyyə
cinayətlərinə dair biliklərini yoxlamaq üçün heç bir
metodologiyaya/üsula malik deyildir.
YAXŞI tərübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Bütün banklar Müştərinin Eyniləşdirilməsi üzrə yazılı
Proqrama (MEP) malik olmalıdırlar. MEP qaydası ABŞ-ın
Patriot Aktının 326-cı bölməsini yerinə yetirir və hər bir
bankdan onun həcmi və fəaliyyət növünə uyğun olan və
müəyyən minimum tələbləri daxil edən yazılı MEP-a malik
olmasını tələb edir. MEP müşahidə şurası tərəfindən təşdiq
olunan bankın ÇPY üzrə uyğunluq proqramına daxil
edilməlidir. MEP-nın bankın törəmələri tərəfindən yerinə
yetirilməsi təhlükəsizlik, dayanaqlılıq və reputasiya
riskindən qorunmaq baxımından məqsədəmüvafiqdir.
Bankın yerli törəmələri (ayrı MEP qaydalarına riayət etməli
funksional baxımından tənzimlənən törəmələr istisna
olmaqla) hesab açdıqda 31 Federal Qaydalar Məcəlləsinin
103.121.42 bölməsinə uyğun olaraq ana şirkətə şamil edilən
MMP qaydasına riayət etməlidir.
MEP bankda hər müştərinin həqiqi şəxsiyyəti barədə
məlumatın olduğuna məntiqi əminlik yaratmaq üçün
nəzərdə tutulub. MEP müştərilərdən əldə edilmiş
eyniləşdirici məlumatı əks etdirən hesabın açılması
prosedurlarını daxil etməlidir. O, həmçinin hər bir
müştərinin şəxsiyyətini təsdiq etmək/eyniləşdirmək (müştəri
barədə məlumatı yoxlamaq) üçün rislərə əsaslanan məntiqi
və praktiki prosedurları daxil etməlidir. Banklar öz müştəri
bazalarına və təklif etdiyi məhsullara məxsus risklərin
qiymətləndirilməsini həyata keçirməli və risklərin
müəyyənləşdirilməsində aşağıdakıları nəzərə almalıdır:
1) Bankın təklif etdiyi hesab növləri.
2) Bankın hesab açmaq üsulları.
3) Şəxsiyyəti təsdiq edən (eyniləşdirici) məlumatın növləri.
4) Bankın həcmi, yerləşməsi və müştəri bazası, o cümlədən
müxtəlif coğrafi ərazilərdə müştərilər tərəfindən istifadə
edilən məhsul və xidmətlərin növləri.
Məqsəd. Bankın Müştərinin Eyniləşdirilməsi Proqramına (MEP) dair qanunverici və tənzimləyici tələblərə
uyğunluğunun qiymətləndirilməsi.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Hesab aşağıdakıları daxil etmir:
1) Şəxslə rəsmi bank əlaqələrinin yaradılmadığı məhsul və
xidmətlər, məsələn çekin nağd pula çevrilməsi, vəsaitlərin
köçürülməsi, və ya çekin və ya pul sifarişinin satışı.
2) Bankın əldə etdiyi hər hansı hesab. Buraya aktivlərin
alınması, satınalma, birləşmə və ya öhdəliklərin qəbul
edilməsi nəticəsində vahid və ya müxtəlif hesablar daxildir.
3) 1974-cü ilin İşçilərin Pensiya Təminatı haqqında Qanun
əsasında yaradılan işçilərin təqayüdü/gəlirliyi planında
iştirak etmək üçün açılan hesablar.
4) MƏP qaydası ―müştəriyə‖ şamil edilir. Müştəri yeni
hesab açan, hüquqi imkanları məhdud olan digər [fiziki]
şəxs üçün yeni hesab açan və hüquqi şəxs olmayan digər
təşkilat (məsələn, mülki təşkilat) üçün yeni hesab açan
―şəxsdir‖ (fiziki şəxs, şirkət, birgə müəssisə, trast və ya
hüquqi şəxs olan hər hansı digər təşkilat). Bank
xidmətlərindən faydalanmayan, məsələn kredit müraciəti
rədd edilmiş şəxslər müştəri hesab olunmur.
Hesab kredit olduqda, həmin hesab müştəri ilə bank
arasında kreditin verilməsinə dair müqavilə bağlandığı
vaxtdan ―açılmış‖ hesab olunur.
Məqsəd. Bankın Müştərinin Eyniləşdirilməsi Proqramına (MEP) dair qanunverici və tənzimləyici tələblərə
uyğunluğunun qiymətləndirilməsi.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
- Elektron yoxlama vasitələrindən və ya SƏŞ
üzrə məlumat bazasından istifadə edən
maliyyə təşkilatı onların imkanlarını və
məhdudiyyətlərini başa düşür.
- Maliyyə təşkilatı ümumi formada şəxsiyyəti
təsdiq edən (eyniləşdirici) sənədləri təqdim
edə bilməyən müştərilərə xidmət göstərə bilir
(məsələn cəmiyyətdən təcrid edilən, himayədə
olan, və sairə).
- Prosedurlar risk-əsaslı deyildir: maliyyə
təşkilatı müxtəlif risk səviyyəsinə malik məhsul
və müştərilərə dair eyni araşdırma tədbirlərini
tətbiq edir.
- Maliyyə təşkilatı müştərilərə dair yoxlama
tədbirlərinin bütövlüyünü müəyyən etmək
üsullarına malik deyildir.
YAXŞI təcrübə
2
Maliyyə təşkilatları öz müştərilərinin və, lazımdırsa, onların benefisiarlarının şəxsiyyətini
müəyyənləşdirməli (eyniləşdirməli) və sonradan bu məlumatı yoxlamalıdır. Maliyyə təşkilatları
həmçinin müştərinin maliyyə təşkilatı ilə əlaqələrinin məqsədini və xüsusiyyətini başa düşməli və
müştəri və, müvafiqdirsə, benefisiar mülkiyyətçi haqqında məlumat toplamalıdırlar. Bu biznes
əlaqələri ilə bağlı bütün riskləri tam başa düşmək və sonrakı monitorinqin əsasını yaratmaq üçün
kifayət etməlidir.
Biznes əlaqələri ilə bağlı çirkli pulların yuyulması riski böyük, məsələn müştəri Siyasətlə Əlaqəli
Şəxs (SƏŞ) olduqda banklar əlavə geniş araşdırma (due dilligence) aparmalıdırlar.
Maliyyə təşkilatı müştərinin araşdırılması tədbirlərini keçirə bilmədikdə, o cümlədən benefisiar
mülkiyyətçinin kim olduğu barədə kifayət qədər məlumatı olmadıqda, biznes əlaqələrinə girməməli
və ya davam etməməlidir.
Özünü qiymətləndirmək üçün suallar:
•
Maliyyə təşkilatınız risk əsasında müştərinin araşdırılması prosedurlarını tətbiq edirmi?
•
Müştərilərin araşdırılması prosedurlarınız fərdi biznes əlaqələri ilə bağlı bütün riskləri tam
başa düşməyə imkan verirmi?
•
Maliyyə təşkilatı müştərinin benefisiar(lar)ını necə müəyyən edir? Maliyyə təşkilatının
bütün hallarda benefisiarın şəxsiyyətini yoxlamaq üçün risk-əsaslı və adekvat tədbirlər
gösrməsi sizi qane edirmi? Siz benefisiar mülkiyyətçilərin mürəkkəb korporativ
strukturlardan nə üçün istifadə etməsini başa düşürsünüzmü?
•
Prosedurlar şəxsiyyəti təsdiq edən (eyniləşdirici) məlumatı ümumi forma üzrə təqdim edə
bilməyən müştərilər üçün kifayət qədər çevikdirmi?
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
- Maliyyə təşkilatı müştərinin və onun
benefisiarlarının mülkiyyətini və nəzarət
strukturlarını (o cümlədən mürəkkəb və qeyri-
şəffaf
korporativ
strukturlardan
istifadə
edilməsinin səbəblərini) başa düşür və
sənədləşdirir.
- Maliyyə təşkilatı biznes əlaqələrinin məqsədi
və xüsusiyyəti barədə ÇPY riskini başa
düşmək üçün kifayət qədər məlumatlar əldə
edir.
- Yeni və ya davam edən biznes əlaqələrini
təsdiq edən işçilər bunu etməzdən əvvəl maliyyə
təşkilatının adekvat araşdırma apardığına
əmin olur.
- Maliyyə təşkilatı lazımi məlumatı əldə etmək
üçün verilən suallardan boyun qaçırmaq üçün
mürəkkəb izahlara və ya müştərilərin
iradlarına/etirazlarına imkan verir.
- Müştəri baş menecment və ya nüfuzlu şəxslər
tərəfindən tövsiyə edildiyi üçün işçilər az
araşdırma aparır.
-Maliyyə
təşkilatı
geniş
araşdırmanın
aparılmasını tələb edən vəziyyətlər üçün lazımi
prosedurlara malik deyildir. Bu ÇPY üzrə
Qaydalara ziddir.
-Maliyyə təşkilatı aşağıdakıları nəzərə almır:
a) Səhmlərin və ya səsvermə hüquqlarının 25%
faizindən artığına nəzarət edən şəxslər; və
b) Müştərinin benefisiarını müəyyən edən və
yoxlayan
zaman
korporativ
müştərinin
menecmentinə nəzarət edən şəxslər. Bu ÇPY
üzrə Qaydalara ziddir.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Müştəri haqqında tələb olunan məlumat
MEP müştərilərdən əldə edilmiş eyniləşdirici məlumatı əks etdirən hesabın açılması prosedurlarını daxil
etməlidir. Ən azından, bank hesab açmazdan əvvəl hər müştəridən şəxsiyyəti təsdiq edən aşağıdakı məlumatı
əldə etməlidir:
1) Adı.
2) Doğum tarixi.
3) Ünvanı
4)
Eyniləşdirmə nömrəsi (ID)
Risklərin qiymətləndirilməsinə əsasən, bank müəyyən müştərilər və ya məhsullar üçün yuxarıdakı
məlumatlardan əlavə məlumatlar tələb edə bilər.
Müştərinin yoxlanması – MƏP hesab açıldıqdan sonra məntiqəuyğun müddət ərzində müştərinin
şəxsiyyətini (müştəri barədə məlumatı) yoxlamaq üçün risk-əsaslı prosedurları daxil etməlidir.
Sənədlər vasitəsilə yoxlama
Müştərinin şəxsiyyətini yoxlamaq üçün sənədli üsuldan istifadə edən bank minimum qəbul edilən sənədlər
üzrə prosedurlara malik olmalıdır. MƏP qaydası uzun müddət eyniləşdirmənin əsas mənbəyi hesab edilən
sənəd növlərinin nümunələrini göstərir. Bu qayda federal bank orqanlarının banklar tərəfindən yalnız dövlət
orqanlarının verdiyi şəxsiyyəti təsdiq edən etibarlı (vaxtı bitməmiş) sənədin nəzərdən keçirilməsi
ehtimallarını əks etdirir. Bu çür sənəd müştərinin milliyətini və ya vətəndaşlığını bildirməli və üzərində onun
şəkili və ya oxşar qorunma işarələri olmalıdır; məsələn, sürücülük vəsiqəsi və ya passport. Lakin, bankda
müştərinin həqiqi şəxsiyyəti barədə məntiqi əminlik yaradan digər sənədlər (şəxsiyyəti təsdiq edən formalar)
həmçinin istifadə edillə bilər. Buna baxmayaraq, saxta və dələduzluqla əldə edilmiş sənədləri nəzərə alaraq,
banka müştəri barədə həqiqi məlumata malik olmasını təmin etmək üçün bir neçə sənədi nəzərdən keçirmək
tövsiyə edilir.
Fiziki şəxs olmayan ―şəxslərə‖ (məsələn, şirkət, birgə müəssisə və ya trastlara) gəldikdə, bank qeydiyyat
şəhadətnaməsi, dövlət orqanları tərəfindən verilən etibarlı (vaxtı keçməmiş) lisenziya, əməkdaşlıq
müqaviləsi və ya trast instrumentləri kimi təşkilatın hüquqi mövcudluğunu təsdiq edən sənədlər əldə
etməlidir.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Yoxlamanın çatışmaması
MEP bankın müştərinin həqiqi şəxsiyyəti barədə məntiqi əminlik əldə edə bilmədiyi hallar üçün
prosedurlara malik olmalıdır. Bu prosedurlar aşağıdakıları müəyyən etməlidir:
1) Bankın hesab açmalı olmadığı vəziyyətlər;
2) Müştərinin bank tərəfindən onun şəxsiyyətinin yoxlandığı müddət ərzində hesabdan istifadə etməsi
şərtləri.
3) Bankın müştərinin şəxsiyyətini təsdiq etmək cəhtləri boşa çıxdıqdan sonra hesabın bağlanması şərtləri.
4) Bankın müvafiq qanun və qaydalara uyğun olaraq Şübhəli Əməliyyatlar barədə Hesabat təqdim etməli
olduğu vəziyyətlər.
Müştərinin yoxlanması – MƏP hesab açıldıqdan sonra məntiqəuyğun müddət ərzində müştərinin
şəxsiyyətini (müştəri barədə məlumatı) yoxlamaq üçün risk-əsaslı prosedurları daxil etməlidir.
Sənədsiz üsullarla yoxlama
Banklardan müştərinin şəxsiyyətini yoxlamaq üçün sənədsiz üsullardan istifadə etmək tələb olunmur. Lakin,
müştərinin şəxsiyyətini yoxlamaq üçün sənədsiz üsullardan istifadə edən bank həmin üsulları müəyyən edən
prosedurlara malik olmalıdır. Sənədsiz üsullara müştəri ilə əlaqənin yaradılması; müştəridən və istehlakçılar
agentliyi, ictimai məlumat bazaları və ya digər mənbələrdən əldə edilən məlumatları müqayisə etməklə
müstəqil yoxlamanın aparılması; digər maliyyə təşkilatları ilə əlaqələrin yoxlanması; və maliyyə
hesabatların əldə edilməsi daxildir.
Bankın sənədsiz prosedurları həmçinin aşağıdakı vəziyyətləri əhatə etməlidir: şəxs üzərində şəkil və ya
oxşar qorunma işarələri olan dövlət orqanlarının verdiyi etibarlı (vaxtı bitməmiş) eyniləşdirici sənədi təqdim
edə bilmir; bank təqdim edilmiş sənədlərlə tanış deyildir; hesab sənədsiz açılıb (məsələn, bank sonradan
yoxlamaq məqsədilə müştəridən tələb olunan məlumatı əldə edir/ sonradan sənədin təqdim edilməsi şərti ilə
şifahi məlumat alır); hesab müştərinin şəxsən iştirakı olmadan açılmışdır; və ya bank sənədlər vasitəsilə
müştərinin həqiqi şəxsiyyətinin müəyyən edilə bilməməsi riskini artıran vəziyyətlə qarşılaşdıqda / faktlar
təqdim edildikdə.
Müəyyən müştərilər üçün əlavə yoxlama
MƏP bankın fiziki şəxs olmayan müştərilər tərəfindən açılmış yeni hesabların risklərinin qiymətləndirilməsi
əsasında müştərinin şəxsiyyətini yoxlamaq üçün bu cür hesablar üzərində səlahiyyəti olan və ya onlara
nəzarət edən, o cümlədən imzalayan şəxslər barədə məlumat əldə etdiyi vəziyyətləri nəzərə almalıdır. Bu
yoxlama üsulu yalnız bank sənədli və sənədsiz üsullarla müştərinin həqiqi şəxsiyyətini təsdiqləyə
bilmədikdə tətbiq edilir. Məsələn, banka fərdi sahibkar və ya əsas ortaq barədə məlumat əldə etmək və onun
şəxsiyyətini təsdiq etmək tələb olunduqda və bunu başqa vasitələrlə etmək mümkün olmadıqda.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Müştərinin eyniləşdirilməsi ilə bağlı yüksək riskli vəziyyətlərin həll edilməsi
Müştərinin eyniləşdirilməsi ilə bağlı yüksək riskli vəziyyətlərin həll edilməsi
Qanunvericilik maliyyə təşkilatlarının çirkli pulların yuyulması siyasətləri və prosedurlarının riskə həssas
olmasını tələb edir. Bu o deməkdir ki, yüksək riskli vəziyyətlərdə maliyyə təşkilatları geniş araşdırma və
davamlı monitorinq tətbiq etməlidirlər. Çirkli pulların yuyulması üzrə yüksək risk təşkil edən vəziyyətlərə
aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır: müştərilər yüksək riskli ölkələr və ya biznes sektorları ilə
bağlıdır; və ya lazımsız mürəkkəb və qeyri-şəffaf benefisiar mülkiyyət strukturuna malikdir; qeyri-adi və
aydın iqtisadi və ya hüquqi məqsədi olmayan əməliyyatlar mürəkkəbdir və ya çox iridir və ya anonimliyə
qulluq edir.
ÇPY üzrə Qaydalar xüsusi olaraq geniş araşdırmaların tətbiq edilməsini tələb edən üç ssenarini müəyyən
edir:
• Üzbə-üz araşdırmanın aparılmaması: sahibkarlıq fəaliyyəti telefon və ya internet vasitəsilə həyata
keçirildiyi üçün müştəri şəxsiyyətin təsdiq edilməsində fiziki olaraq iştirak etmədikdə.
• Müxbir bankçılıq: müxbir bank Avropa İqtisadi Zonasından kənardadırsa, bank müxbirin biznesini,
reputasiyasını və çirkli pulların yuyulması və terorizmin maliyyələşdirilməsinə qarşı istifadə etdiyi mübarizə
üsullarının keyfiyyətini ətraflı öyrənməlidir. Baş menecment hər yeni müxbir bank əlaqələrini təsdiq
etməlidir.
• Siyasətlə Əlaqəli Şəxs (SƏŞ): xarici ölkədə, Avropa Birliyi təşkilatında və ya beynəlxalq orqanda ictimai
funksiya yerinə yetirən şəxs, onun yaxın qohumları və məlum olan yaxınları. Müvafiq səlahiyyətlərə malik
olan baş menecer SƏŞ-lə biznes əlaqələrinin yaradılmasını təsdiq etməlidir. Buraya həmçinin əlaqələr
qurulduqdan sonra SƏŞ olan mövcud müştərilərlə əlaqələrin davam etdirilməsinin təsdiqlənməsi daxildir.
Maliyyə təşkilatının həyata keçirdiyi geniş araşdırma tədbirlərinin səviyyəsi risk əsasında müəyyən edilmə
bilər. Maliyyə təşkilatı gördüyü geniş araşdırma tədbirlərinin çirkli pulların yuyulması və terorizmin
maliyyələşdirilməsi risklərinə uyğun/mütənasib olmasını nümayiş etdirə/ sübut edə bilməlidir.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı
Hər hansı şəxs hüquqi şəxs olmayan təşkilat və ya hüquqi imkanları məhdud olan [fiziki] şəxs üçün yeni
hesab açdıqda, hesab açan şəxs barədə eyniləşdirici məlumat əldə edilməlidir. Əksinə, hesab digər şəxsin
adından agent tərəfindən açıldıqda, bank adında hesab açılan şəxs barədə məlumat toplamalıdır.
Kredit kart müştərilərinə gəldikdə, bank kredit verməzdən əvvəl müştəri barədə məlumatı üçüncü şəxslərdən
əldə edə bilər.
Fiziki şəxs üçün: yaşayış və ya iş ünvanı, və ya bu cür ünvanı yoxdursa, poçt ünvanı (poçt yeşiyinin
nömrəsi), yaxın qohumu və ya əlaqə şəxsinin yaşayış və ya iş ünvanı, və ya müştərinin fiziki olaraq
yerləşdiyi yerin təsviri. Fiziki şəxslərdən başqa ―şəxslər‖ üçün (məsələn, şirkət, birgə müəssisə və ya trast):
əsas fəaliyyət göstərdiyi ünvan, yerli ofis və ya digər fiziki olaraq yerləşdiyi yer.
ABŞ vətəndaşı üçün eyniləşdirici məlumat vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsidir (VÖEN) (və ya
müraciətinin təsdiqidir), ABŞ vətəndaşı olmayan şəxs üçün isə eyniləşdirici məlumat aşağıdakılardan biri və
ya bir neçəsidir: VÖEN; pasport nömrəsi və verildiyi ölkə; xarici vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin
nömrəsi; və ya dövlət tərəfindən verilən və şəxsiyyətin milliyyətini və ya vətəndaşlığını təsdiq edən və
üzərində şəkili və ya oxşar qorunma işarələri olan etibarlı (vaxtı keçməmiş) sənədin nömrəsi və verildiyi
ölkənin adı.
Bank müştərinin şəxsiyyətini təsdiq etmək üçün istifadə etdiyi eyniləşdirici sənədlərin nüsxələrini saxlaya
bilər, lakin MEP qaydaları bunu tələb etmir. Bankın yoxlama prosedurları risklərə əsaslanmalı və müəyyən
vəziyyətlərdə sənədlərin nüsxələrinin saxlanması məqsədə uyğun ola bilər. Bundan əlavə, bank digər
məqsədlər, məsələn, potensial dələduzluq hallarının araşdırılmasına kömək etmək üçün eyniləşdirici
sənədlərin nüsxələrini saxlaya bilər. Lakin, bank bu sənədlərin nüsxələrini saxlamaq qərarını verərsə, onların
mümkün oğurluqlardan adekvat şəkildə qorumaq üçün fiziki təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda,
bank üzərində şəkil olan sənədlərdən, məsələn sürücülük vəsiqəsindən, kredit əməliyyatları ilə əlaqədar sui-
istifadə etməməlidir.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı, İdarəetmə
- Hesabat verən kiçik müəssisə məsləhətçilər
tərəfindən hazırlanmış siyasət və prosedurlardan
istifadə edir, lakin ÇPY üzrə Mütəxəssis/Məsul şəxs
(ÇPYM) onları maliyyə təşkilatının fəaliyyətinə
uyğunlaşdırır. Eyni zamanda ÇPYM-ın müntəzəm
olaraq yenilənən Uyuğunluq haqqında hesabatına
müştərilərin
və
məhsulların
risklərinin
qiymətləndirilməsi daxil edilir.
- Ümumi sığorta üzrə vasitəçi (sığorta şirkəti və ya
brokeri) çox yüksək standartlara uyğun olan və
sığorta fəaliyyətinə aid bir çox yaxşı misallar daxil
edən ÇPY ilə mübarizəyə dair siyasətə malikdir. Bu
növ təşkilatlarda ÇPYM-ın mövcudluğuna dair heç
bir tələbin olmamasına baxmayaraq, maliyyə
təşkilatı qabaqcıl təcrübə göstəricisi kimi ÇPY üzrə
uyğunluğun təmin edilməsi funksiyasını həyata
keçirmək üçün konkret şəxs təyin etmişdir.
-
Hesabat verən təşkilatda ÇPYM tənzimləyici
tələblər və maliyyə təşkilatının maliyyə cinayətlərinə
dair siyasət və prosedurları ilə tanış deyildir.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Eyniləşdirilməsi Proqramı, Hesabın açılması
- Portfel üzrə menecer bütün benefisiar
mülkiyyətçilərin şəxsiyyətinin təsdiqlənməsini tələb
edən prosedurlara malikdir. Maliyyə təşkilatı öz
müştəri bazasını sanksiyalar siyahısı ilə tutuşdurur
və SƏŞ-lərlə bağlı riskləri nəzərdən keçirir.
Məsləhətçi yeni müştərilərin çoxusunun evinə səfər
edir və adətən ikinci görüşdə şəxsiyyəti təsdiq edən
sənədlərin göstərilməsini xahiş edir. İşlər məsafədən
aparıldıqda, daha çox (üç və ya dörd) şəxsiyyəti
təsdiq edən sənəd tələb edilir və vəsaitlərin
mənbələri üçün istisnalar edilmir.
- Hesabat verən təşkilat yalnız maliyyə təşkilatına və
ya tənzimləyici orqanlara yaxşı tanış olan investisiya
müştəriləri ilə işlədiyini bildirmişdir.
Lakin, maliyyə təşkilatının ilkin araşdırma (məsələn,
pasportun nüsxəsinin təqdim edilməsini) tələb edən
bəzi yüksək riskli müştəriləri vardır.
Maliyyə təşkilatı ÇPY ilə əlaqədar hər hansı
hadisənin onların kiçik və cavan biznesinin
reputasiyasına mühüm təsir edə biləcəyi barədə
narahat olduğunu və SƏŞ-lərlə çox ehiyatla
davrandığını bildirmişdir.
Lakin, maliyyə təşkilatı SƏŞ-lərin şəxsiyyətini
müəyyən etmək üçün effektiv sistemə malik
deyildir, və bu da bəzi müştərilərin milliyyətini və
vətəndaşlığını nəzərə alaraq narahatçılıq yaradır.
Maliyyə təşkilatı ABŞ-ın Maliyyə Nazirliyinin və
Maliyyə Aktivlərinə Nəzarət İdarəsinin sanksiyalarla
bağlı tələbləri ilə tanışdır, lakin onun öz müştəri
bazasını sanksiyalara qarşı yoxlamasını göstərən heç
bir məlumat yoxdur.
- Vençur fondu (Riskli layihələri maliyyələşdirən
maliyyə təşkilatı) yüksək riskli müştərilərinin
dərindən araşdırılmasını tələb edən siyasətlərə
malikdir. Lakin, bu növ müştəriləri müəyyən etmək
üçün heç bir sistemi yoxdur.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
ÇPY/TM riskinin qiymətləndirilməsi
Bankın ənənəvi əməliyyat sahələrində risklərin idarəedilməsi üçün
istifadə etdiyi eyni prinsiplər ÇPY riskinin qiymətləndirilməsi və
idarəedilməsində də istifadə edilməlidir. Risklərin düzgün
qiymətləndirilməsi
bankın
ÇPY
üzrə
risk
profilinin
müəyyənləşdirilməsinə kömək edir. Risk profilinin başa düşülməsi
riskləri azaltmaq üçün ÇPY üzrə uyğunluq proqramında risklərin
idarəedilməsi proseslərinin tətbiqinə imkan verir. Risklərin
idarəedilməsi prosesi menecmentə bankın nəzarət sistemində
boşluqları daha yaxşı müəyyən etməyə və azaltmağa imkan verir.
Risklərin qiymətləndirilməsi ÇPY risklərinin hərtərəfli təhlilinin
aparılmasını və bankdaxili bütün bölmələrə, şuraya, menecmentə və
müvafiq işçilərə çatdırılmasını nəzərdə tutur; bu baxımdan risklərin
qiymətləndirilməsinin yazılı şəkildə tərtib edilməsi qabaqcıl təcrübə
hesab olunur.
ÇPY riskinin qiymətləndirilməsində istifadə edilən bir çox effektiv
üsullar mövcuddur; lakin, yoxlayıcılar hər hansı konkret üsula
üstünlük verməməlidirlər. Bankın menecmenti bankın risk profilinə
uyğun
olan
üsulu
seçməlidir.
Menecmenti
risklərin
qiymətləndirilməsində istifadə etmək üçün seçdiyi hər hansı üsul
bütün aidiyyatı şəxslər tərəfindən asand başa düşülməlidir.
ÇPY riskinin qiymətləndirilməsi prosesi əsasən iki mərhələdən
ibarətdir: birinci, banka məxsus xüsusi risk kateqoriyalarının müəyyən
edilməsi (məsələn, məhsul, xidmət, müştəri, şirkət, əməliyyat və
coğrafi yerləşməsi); və ikinci, bu kateqoriyalar daxilində riskləri daha
yaxşı qiymətləndirmək üçün müəyyən edilmiş məlumatın ətraflı
təhlilinin aparılması. Yoxlamanın həcminin müyyənləşdirilməsi və
planlaşdırılması prosesi zamanı risklərin qiymətləndirilməsini
apararkən, yoxlayıcı menecment tərəfindən bütün məhsul, xidmət,
müştəri, şirkət, əməliyyat və coğrafi yerləşmələrinin nəzərə alındığını
və xüsusi risk kateqoriyaları üzrə aparılan ətraflı təhlilin adekvatlığını
müəyyən etməlidir. Bank risklərin qiymətləndirilməsini aparmayıbsa,
bu fakt menecmentlə müzakirə edilməlidir. Yoxlama məqsədləri üçün,
bank tərəfindən risklərin qiymətləndirilməsi aparılmadığı və ya onun
qeyri-adekvat olduğu hallarda, yoxlayıcı mövcud məlumata əsasən
riskləri özü qiymətləndirməlidir.
Dostları ilə paylaş: |