Azərbaycan Respublikası Prezidentinin Fərmanı


§9. Əmək müqaviləsinə xitam verilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə153/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   149   150   151   152   153   154   155   156   ...   233
§9. Əmək müqaviləsinə xitam verilməsi 
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci 
maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin 
birinin təşəbbüsü ilə ləğv edilə bilər; 
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi 
qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir; 
9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir 
təqvim ayı qabaqcadan xəbərdar edilməlidir; 
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı 
başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun 
məcbur edilməsinə yol verilmir; 
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: 
________________________________________________________________________ 
________________________________________________________________________ 
 
§10. Yekun qaydalar 
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan 
əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin 
hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında 
razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan 
istifadə edəcəklər. 
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə 
işəgötürəndə saxlanılır. 
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə 
həvalə edə bilməzlər. 
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə 
Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında 
biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar. 
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən 
edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, 
təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, 
mülkiyyətçidən tələb etmək hüququna malikdirlər. 
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi 
vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, 
birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin