Azərbaycan Respublikası Prezidentinin Fərmanı


§11. Tərəflərin imzaları və ünvanları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə154/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   150   151   152   153   154   155   156   157   ...   233
§11. Tərəflərin imzaları və ünvanları: 
11.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu 
bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul 
olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı: 
Möhürü İmzası: 
11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: 
İmzası: Tarix: 
Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək 
müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib 
edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, 
şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi 
bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək 
müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib 
etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin 
formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək 
müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə 
yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir. 


Azərbaycan Respublikasının 
Əmək Məcəlləsinə 
2-ci əlavə 
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti 
havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri 
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada 
və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində 
bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan 
yaradılmaqla fasilələr verilir.
252
2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ 
işlər dayandırılır. 
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır: 
3.1. küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma 
işləri; 
3.2. küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və 
sökülməsi işləri; 
3.3. küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın 
sökülməsi; 
3.4. küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin 
dəyişdirilməsi işləri. 
4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır: 
4.1. küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri 
vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri; 
4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı 
meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və 
yükboşaltma işləri; 
4.3. küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda 
alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər; 
4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar 
edilən quyularda işlər; 
4.5. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı 
meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri; 
4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı 
meydançanın döşəməsi üstündəki işlər; 
4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı 
meydançanın döşəməsi altındakı işlər; 
4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə 
qoyulduğu bütün növ qaynaq işləri; 
4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində 
qoyulduğu bütün növ qaynaq işləri; 
4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişin tavan vəziyyətdə 
qoyulduğu bütün növ qaynaq işləri; 


4.11. küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, 
qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri; 
4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma 
işləri; 
4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsilə dayaqlar vurulması 
işləri; 
4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının 
sökülməsi işləri; 
4.15. küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların 
quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri; 
4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq 
dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, 
kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların 
debitinin ölçülməsi işləri; 
4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların 
cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri; 
4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən 
başqa buruqda bütün işlər. 
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni 
zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır 
və ya işçilərə isinmək üçün fasilələr verilir. 
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-
mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən 
olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları 
təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. 
7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə 
müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin