24 fevral 2009-cu il tarixli
771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №
05, maddə 294) ilə 164-cü maddə aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 1 6 4 . İstirahət və
iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək
haqqının ödənilməsi
1. İstirahət və iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə əmək haqqı
aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş günü hesab edilməyən bayram günü iş aylıq iş vaxtı norması
çərçivəsində görülmüşsə, maaşdan artıq, gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla və iş aylıq
iş vaxtı normasından artıq
vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat
məbləğdən aşağı olmamaqla.
2. İş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn günü işləmiş
işçinin arzusu ilə əmək
haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.
173
24 fevral 2009-cu il tarixli
771-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu
Dostları ilə paylaş: