sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, şelf
qurğularında və digər iş yerlərində tətbiq edilir.
5
2. Bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən
istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.
3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən
maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil
müəssisələrinə şamil edilmir.
6
Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı
müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa,
bu Məcəllə müvafiq xarici
dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
təsis etdikləri və
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət
göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq,
polis və digər hüquq-
mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ
hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu
normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları
bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar
onlara tətbiq edilir.
Dostları ilə paylaş: