Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi Kollektiv müqavilənin və sazişin bağlanılması, onlara dəyişikliklər edilməsi və
yerinə yetirilməsi zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi
partiyaların, ictimai birliklərin və dini qurumların tərəflərin hüquqlarını, habelə
qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata
keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır.
Maddə 24. Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyi 1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və
sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.
2. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial
və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və
sazişin şərtləri etibarsızdır.
Dördüncü fəsil Kollektiv danışıqlar Maddə 25. Kollektiv danışıqlar aparmaq hüququ 26
1. Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda
dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri
daxilində həmkarlar ittifaqları təşkilatlar (birlikləri),əmək kollektivləri, işəgötürənlər,
müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər.
2. Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. Kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır. 27
3. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı (birliyi) yoxdursa, əmək
kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.
4. Respublika və ya ərazi üzrə, habelə müəssisə daxilində bir neçə həmkarlar
ittifaqları təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün
işçilərin müvafiq həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən
ibarət komissiya yaradılır.
5. Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədi ilə kollektiv
danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir.
6. İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə orqanlarını, eləcə də onların yaratdığı və ya maliyyələşdirdiyi təşkilatları təmsil edən şəxslərin işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına yol verilmir. 28